Devid Kemeron

Devid Vilyam Donald Kemeron (9 oktyabr 1966[1][2][…], Marlibon[d], Böyük London[4][5]) — Böyük Britaniya siyasətçisi, 2005-ci ildən Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri,Böyük Britaniyanın 75-ci Baş Naziri(11 may 2010 – 13 iyul 2016).

Devid Kemeron
ing. David Cameron
11 may 2010 – 13 iyul 2016
MonarxII Elizabet
ƏvvəlkiQordon Braun
SonrakıTereza Mey
Şəxsi məlumatlar
Doğum adı David William Donald Cameron
Doğum tarixi 9 oktyabr 1966(1966-10-09)[1][2][…] (58 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Uşaqları İvan Rejinald İan
Nensi Qven
Artur İlven
Florens Rouz Endellion
Dini anqlikanizm[d]

İmzanın şəkli
davidcameronoffice.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlığı və təhsili. Siyası fəaliyyətinin başlanğıcı

[redaktə | mənbəni redaktə et]

Kemeron aristokratik ailədən olan broker ailəsində anadan olub. Ailələri öz kökünü ingilis kralı IV Vilhelm və onun rəfiqəsi Doroti Cordandan götürür. İton kollecini və 1988-ci ildə Оksford Universitetiini bitirib. Orada siyasət, fəlsəfə və iqtisadiyyatı öyrənib. Oksfordda Londonun indiki meri, babası türk olan Boris Consonla yaxından tanış olub.

Universiteti bitirdikdən sonra 1988–1993-cü illərdə Mühafizəkarlar Partiyasının tədqiqat şöbəsində fəaliyyətə baəlayır. Həmçinin o vaxtkı baş nazir Con Meycorun çıxışlarını hazırlayır və iqtisadi məsələlərlə məşğul olur.

1993-cü ildə Kemeron xarici işlər nazirliyində çalışır. 1997-ci ildə Stafford dairəsindən parlament seçkilərində iştirak etsə də məğlub olur.

2001-ci ildə Vitni dairəsindən (Окsfordşir) parlament seçkilərində iştirak edərək İcmalar Palatasının deputatı seçilir və parlanmentdə sosial işlər komitəsində fəaliyyət göstərir. 2003-cü ildə Mühafizəkarlar Partiyası kölgə kabinetinin üzvü olur və partiya liderinin müavini seçilir. 2005-ci ildə onun partiyası lider Маykl Qovardın rəhbərliyi ilə parlament seçkilərini uduzur və o istefaya gedir. Devid Kemeron lider seçkilərinin üçüncü turunda qalib gəlir. Devid Kemeronun və partiyanın apardığı fəaliyyət nəticəsində ötən dövrdə mühafizəkarlar Partiyasının reytinqi artmağa başlayır.

2010-cu ilin parlament seçkiləri ərəfəsində o ilk dövrdə Böyük Britaniya liberal demokratlarının lideri Nik Kleqqə uduzur, ancaq sonra onu rəy sorğularında üstələyir.[6].

Kemeron — Baş Nazir

[redaktə | mənbəni redaktə et]

6 маy 2010-cu ildə mühafizəkarlar partiyası parlament seçkilərində 307 mandatla qələbə çalsa da, coxluq əldə edə bilmr. 11 маy 2010-cu ildə leyborist baş nazir Qordon Braun istefaya gedir[7][8][9]. Həmin gün Kraliça II Elizabet qalib gəlmiş partiyanın lideri kimi D. Kemerona hökuməti təşkil etməyi tapşırır. O son 200 il tarixində ən gənc baş nazir olur.[10] Kemeronun partiyası parlamentdə çoxluq əldə etmədiyinə görə 57 mandata malik olan liberal demokratlarla koalisiya qurmaq qərarına gəlir.[11].

12 may 2010-cu ildə Böyük Britaniyada 1945-ci ildən bəri ilk dəfə koalisiya hökuməti qurmaq məcburiyyətində qalırlar; Böyük Britaniya liberal demokratlarının lideri Nik Kleqq baş nazirin müavini postuna təyin olunur.[12][13].

Kemeronun koalisiya hökuməti

[redaktə | mənbəni redaktə et]

6 mart 2010-cu il parlament seçkisinin qalibi, İcmalar palatasında 306 yerə malik mühafizəkarlar seçkidə 57 mandat qazanmış liberal demokratların danışıqları mayın 12-də gecə başa çatır və koalisiya hökumətinin heyəti rəsmən elan olunur.

Koalisiya kabinetinin tərkibinə Mühafizəkarlar Partiyasının 18 nümayəndəsi daxil edilib. Mühafizəkarlar xarici işlər, əmək və pensiyalar, müdafiə, ədliyyə, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, Olimpiya oyunları, KİV və idman, beynəlxalq inkişaf, Şimali İrlandiya, yerli idarəetmə və icma nazirləri, həmçinin baş prokuror vəzifəsini özlərinə götürüblər. Xarici işlər naziri postuna mühafizəkarların keçmiş lideri Vilyam Heyq gətirilib.

Xəzinədarlıq kansleri (maliyyə naziri) vəzifəsi mühafizəkar Corc Osborn təyin edilir. Onun birinci müavini, Xəzinədarlığın baş katibi vəzifəsinə liberal-demokrat Devid Lous təyin olunur.

Liberal-demokratlar hökumətdə 5 yer alıblar. Kleqq və Lousdan əlavə, bunlar partiyanın veteranı, biznes, innovasiyalar və peşəkar təhsil naziri Vins Keybl, enerji və iqlim məsələləri naziri Kris Hyun, və Şotlandiya məsələləri naziri Denni Aleksanderdir.

Hökumətdə 4 qadın nazir var. Daxili işlər naziri postuna Tereza Mey təyin olunur. O, həmçinin qadın və bərabərlik məsələləri naziri postundadır. Ətraf mühit naziri vəzifəsini Kerolayn Spelman, Uels məsələləri naziri vəzifəsini isə Şeril Gillan icra edir.

Hökumətdə etnik azlıqların yeganə nümayəndəsi olan Pakistan mənşəli baronessa Saeda Varsidir. Mühafizəkarlar Partiyasının həmsədri olan 39 yaşlı Varsi dövlət (portfelsiz) nazirdir. Varsi Britaniya hökumətində yer alan ilk müsəlman qadın olub.

Hökumətin ən gənc naziri 37 yaşlı Denni Aleksandrdır, ən yaşlı isə 69 yaşlı ədliyyə naziri Kennet Klarkdır.

Koalision hökumət əsas diqqəti iqtisadi problemlərin həllinə yönəldəcək. Yeni xarici işlər naziri Vilyam Heyq jurnalistlərə açıqlamasında deyib ki, Böyük Britaniya avrozonaya daxil olmaq fikrində deyil və Avropa Birliyinə əlavə səlahiyyətlər verilməsinin əleyhinədir.

Kleqq seçkiqabağı çıxışlarında Britaniyanın avroməkana girməsinin vacib olduğunu bildirsə də, hökumətdə yer aldıqdan sonra hələlik bu fikrindən daşınıb.

Baş nazir Devid Kemeronun yeni hökuməti artıq bəyan etmişdir ki, bu il büdcə xərclərini 6 milyard funt (9 milyard dollar) azaltmaq niyyətindədir. Kabinetin siyasətinə görə heç bir sahə, o cümlədən 2012-ci ilin Olimpiya Oyunlarının büdcəsi ixtisarlardan sığortalanmayıb.

Hökumət ilk iclasında şəxsiyyət vəsiqələri verilməsindən imtina edilməsi, Londonun Hitrou hava limanında üçüncü uçuş-enmə zolağının tikintisinin təxirə salınması və növbəti beş ildə Böyük Britaniyanın avrozonaya daxil olmamasını qərara alıb.[14]

Velosiped sürməyi xoşlayır.[15].

1996-cı ildə aristokrat ailənin nümayəndəsi, II Karl və onun rəfiqəsi Nell Qvinin nəslindən olan Samanta Şeffild (1971-ci ildə anadan olub) ilə evlənir. Onların iki övladı var.

  1. 1 2 http://www.nytimes.com/2010/05/12/world/europe/12cameron.html.
  2. 1 2 David William Donald Cameron // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 https://www.workwithdata.com/person/david-cameron-1966.
  4. 1 2 https://www.biographyonline.net/politicians/uk/david-cameron.html.
  5. 1 2 https://ethnicelebs.com/david-cameron.
  6. "В последнем туре британских теледебатов победил лидер консерваторов". 2010-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-12.
  7. "Гордон Браун объявил об уходе с поста премьер-министра Великобритании". 2010-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-12.
  8. Гордон Браун уходит в отставку и называет королеве имя своего преемника Arxivləşdirilib 2010-05-14 at the Wayback Machine NEWSru, 11 мая 2010.
  9. Gordon Brown resigns as UK prime minister Arxivləşdirilib 2012-10-11 at the Wayback Machine BBC, 11 мая 2010, 19:25.
  10. David Cameron is UK's new prime minister Arxivləşdirilib 2010-05-13 at the Wayback Machine BBC, 11 мая 2010, 19:54.
  11. Гордон Браун ушел с поста премьер-министра Британии Arxivləşdirilib 2010-05-13 at the Wayback Machine BBC, 11 мая 2010, 22:37.
  12. David Cameron and Nick Clegg pledge 'united' coalition Arxivləşdirilib 2017-07-08 at the Wayback Machine BBC, 12 мая 2010.
  13. В Лондоне объявлено о первых назначениях в коалиционном правительстве Arxivləşdirilib 2010-05-14 at the Wayback Machine NEWSru, 12 мая 2010.
  14. [1] [ölü keçid]
  15. BBC: Hypocrisy claim over Cameron bike Arxivləşdirilib 2010-08-20 at the Wayback Machine  (ing.)