Vaythol (Whitehall) — mərkəzi Londonda, Vestminstrdə Trafalqar meydanından Celsiyə qədər A 3212 yolunun birinci hissəsini təşkil edən yol. Trafalqar meydanının cənun qurtaracağından Parlament meydanına əvvəllər Carinq-Kross olan yerə gedən əsas yoldur. Əlahəzrət kraliçanın hökumətinin mərkəzi kimi qəbul olunmuş küçə dövlət idarələri və nazirliklərlə əhatə olunub. Bu səbəbdən Vaythol adı ümumilikdə Böyük Britaniya hökumətini bildirən metonomiya və ətraf ərazinin ümumi çoğrafi adı kimi istifadə olunur.
Vaythol küçəsi adını ərazidə böyük sahəni tutan Uatholl sarayından almışdır. Vaytholl əvvəllər sarayın ön hissəsinə gətirən geniş yola verilən ad idi. Trafalqar meydanı yolun şimal hissəsində 19-cu əsrin əvvəlində salınmışdır. Parlament meydanı ilə Dauninq-strit arasındaki cənub ərazisi Parlament küçəsi adlanır. Parlament küçəsi və Vaythol birlikdə 0.6 mil (1 km) ərazini əhatə edir. Vaythol həmçinin bır sıra xatirə heykəlləri və abidələri ilə də məşhurdur. Bunların arasında ilk növbədə Böyük Britaniyanın ilk hərbi memorialı olan, naməlum əsgərin şərəfinə ucaldılmış abidə qeyd edilməlidir.
Britaniyanın ilk müharibə memorialı olan Kenotaf Vaytholun mərkəzində yerləşir və illik xatirə bazar günü üçün sahə rolunu oynayır.
2005-ci ildə kenotafdan şimala tərəf bir az aralı Vaythol faytonyolunun ortasında II Dünya Müharibəsi qadınlarının xatirəsinə abidə ucaldıldı.
Yol həmçinin altı digər abidənin yerləşdiyi məkandır:
Şahzadə Corc, Kembric Hersoqu (1819–1904): 1856–1895-ci illərdə Britaniya ordusunun baş komandanı
Spenser Kevendiş, 8-ci Devonşir Hersoqu(1833–1908): 1875–1880-ci illərdə Böyük Britaniya Liberal partiyasının rəhbəri; 1886–1903 Liberal Həmkarlar İttifaqı Partiyasının rəhbəri; və Mühafizəkarlar Partiyası (Böyük Britaniya)nın rəhbəri (1902–1903)
Duqlas Heyg, 1-ci Heyq qrafı (1861–1928): 1915–1918-ci illərdə Fransada Britaniya Qoşunlarının baş komandanı (Qraf Heyg abidəsi kimi tanınır)
Uilyam Slim 1-ci Slim vikontu (1891–1970): 1943–1945-ci illərdə 14-cü ordunun komandanı; 1953–1959-cu illərdə Avstraliya General-Qubernatoru
Alan Bruk 1-ci Alanbruk vikontu (1883–1963): 1941–1946-cı illərdə İmperiya Baş Qərargahının rəisi
Bernar Montqomeri Alameynli 1-ci Montqomeri vikontu(1887–1976): 1942–1943-cü illərdə 8-ci ordunun komandanı və 1943–1945-ci illərdə 21-ci birləşmiş ordu qrupunun komandanı;1946–1948-ci illərdə İmperiya Baş Qərargahının rəisi