Fuad Ələsgərov (siyasətçi)

Fuad Murtuz oğlu Ələsgərov (14 may 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri.

Fuad Ələsgərov
bayraq
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi — şöbə müdiri
bayraq2
Vəzifədədir
31 may 2017-ci ildən
bayraq
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
bayraq2
1998 – 2017
bayraq
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət hüquq şöbəsinin müdiri
bayraq2
1994 – 1998
bayraq
Azərbaycan Respublikasının Ali Məhkəməsinin üzvü
bayraq2
1990 – 1994
Şəxsi məlumatlar
Doğum tarixi 14 may 1959(1959-05-14) (65 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Murtuz Ələsgərov

Fuad Ələsgərov 1959-cu il mayın 14-də Şərur rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirib.[1]

1981–1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990–1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir.[2] Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmişdir.[3]

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.[4][5]

Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri təyin edilmişdir.

Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə "Əməkdar Hüquqşünas" fəxri adı verilmişdir.[6]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1984, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsi, Məsləhətçi
  • 1984, Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsi, Məsləhətçi
  • 1987, Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsi, Baş məsləhətçi
  • 1990, Bakı şəhəri Suraxanı rayonu xalq məhkəməsi, Xalq hakimi
  • 1994, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Üzv
  • 1998, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsi, Müdir
  • 1998–2017, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsi, Müdir
  • 2017 — h/h, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri
  1. "ADMİNİSTRASİYA: Struktur: Ələsgərov Fuad Murtuz oğlu" (az.). president.az. 2014. 2015-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.
  2. "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  3. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  4. "Arxivlənmiş surət". 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  5. "Arxivlənmiş surət". 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
  6. "Arxivlənmiş surət". 2018-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.