Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyya (Azərbaycan)

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya (bundan sonra "Komissiya") "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 13 yanvar 2005
Ünvan Az1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan
Rəhbərlik
Rəhbər Samir Nuriyev

Rəsmi saytı www.antikorrupsiya.gov.az

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır.

Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.

Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.

  • Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək;
  • Korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək;
  • Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramlarının icrasına nəzarəti həyata keçirmək;
  • "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək;
  • "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək;
  • Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək;
  • Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək;
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək.[1]
Üzv Üzvün vəzifəsi
Azərbaycan Repsublikası Prezidenti tərəfindən təyin olunmuş Komissiya üzvləri
Samir Nuriyev Komissiyanın Sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Fuad Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri
Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunmuş Komissiya üzvləri
Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini
Əminə Ağazadə Milli Məclisin deputatı
Elşad Mirbəşiroğlu Milli Məclisin deputatı
Arzu Nağıyev Milli Məclisin deputatı
Fərid Hacıyev Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləri
Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə naziri
Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru
İnam Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Anar Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi
Ramin Vəlizadə Komissiyanın katibi
Kamran Həsənov Böyük məsləhətçi

Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılıb. Katibliyin rəhbəri Komissiyanın qərarı ilə, digər işçiləri isə Komissiyanın sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir. Katiblik dövlət orqanıdır və Katibliyin işçiləri dövlət qulluqçularıdır.

Katibliyin səlahiyyətləri Komissiya tərəfindən müəyyən edilir. Katiblik Komissiyanın fəaliyyəti haqqında illik məruzə tərtib edir və onu Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edir.

  1. "Arxivlənmiş surət". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]