Fulleksera

Fulleksera fəsiləsi-(lat. Phulloxeridae) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan fəsilə.

Fulleksera
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Fulleksera
Beynəlxalq elmi adı
  • Phylloxeridae[1]

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Bığcıqları qısa 3, tək-tək hallarda 4 buğumlu, qanadlılarda 2, qanadsızlarda isə bir ədəd ilkin rinariya olur. Şpis qısa və ya tamamilə olmur. Ön qanadlar 3 ədəd sadə çəpinə malikdir.Arxa qanadlar damarlanmamışdır. Bədəndəki tükcüklər qısa, adətən nəzərə çarpmır. Borucuğu yoxdur. Mənənələr maye ifraz etmir. Nümayəndlərin hamısı yumurtaqoyandır. Normal dişi və erkəklər xortumsuz, sürfəyə oxşayır.[2]

Bir, bəzən iki evli olub, tam olmayan həyat tərzi keçirir. Əsasən yarpaqlı ağaclar, başlıca olaraq palıd, pekan (Amerika qozu) və habelə üzüm tənəyi üzərində yaşayırlar. Tənək bitkisi üzərində şişkinlik əmələ gətirir, onlar adətən dərin olmayan çuxurlarda yerləşir. Mənənələrin bədəni yaşılımtıl və ya bozumtul-sarı, o cümlədən 6 cərgəli, tutqun rəngli ləkələrə malikdir. Yarpaqlar üzərindəki fırlarda olan mənənələr çirkli-sarı rəngli olub ləkədən məhrumdur, oxraya bənzər sarı rənglidir. Amerika tənək sortlarında tam inkişaf həyat tərzi müşahidə edilir. Belə ki, yarpaqdakı fırlardan bitkinin köklərinə köçürlər. Avropa tənəklərinin köklərində tam olmayan həyat tərzi müşahidə edilir. Tənəyin təhlükəli zərərvericilərindən birisidir.Viteus vitiffoli Fitch., 1855-Üzüm fillokserası. Qanadlıların bədəninin uzunluğu 1-1,5, eni isə 0,85-0, 90 mm-ə qədərdir. Cinsi nəsil dişilərinin bədən uzunluğu 0,5 mm-ə kimidir. Sürfələri xeyli kiçik olur. Erkək və dişiləri sarımtıl-qəhvəyidir. Fillokseranın ən çox zərərli forması kök üzərində yaşayan formadır. Onlar tənək üzərində 40-dan 120-yə qədər yumurta qoyurlar. Yumurtadan çıxan sürfələr çox da uzaq olmayan bir yerdə tənəyin kökünə yapışaraq onu sorur, böyüyür və tezliklə çoxalmağa başlıyır. Respublikamızda havaların isti keçdiyi yerlərdə, may ayının əvvəllərindən başlayaraq sentyabrın axırıncı ongünlüyünə qədər həmin növün kök forması 6-7 qədər nəsil verir. Qanadlı formalar-nimfalar torpaqdan çıxaraq tənək yarpağı üzərinə keçir. Bir qədər yarpaq şirəsi ilə qidalandıqdan sonra yarpaqlar üzərində yumurta qoyur. Qışı keçirmiş yumurtalardan yazda-aprel ayının ortalarında yarpaq forması törədiciləri hesab edilən dişilər çıxır. Azərbaycanda üzüm bağlarında yerli Qafqaz tənək sortlarının yarpaqları üzərində fillokseranın yarpaq forması inkişaf edə bilməyərək məhv olur. Bu səbəb respublikamızda həmin zərərvericinin çoxalmasında kök forması və onun gəzəyən sürfələri rol oynayır. Bu zərəverici Azərbaycanda Gürcüstandan 1915-ci və 1922-ci illər arasında, Gürcüstana isə 1881-ci və 1889-cu illərdə Fransadan tənək vasitəsilə gətirilmiş, Fransaya isə bu, 1868-ci ildən sonra Amerikadan gətirilmişdir. Fillokseranın tənəyə vurduğu əsas zərər ondan ibarətdir ki, tənək kökləri üzərində xəstəlik əlaməti olaraq şişkinliklər əmələ gəlir və onlar get-gedə pozulub, dağılaraq, kök toxumalarının daxili hissələrinə zərərli bakteriya və göbələklərin daxil olması üçün imkan yaradır. Qeyd etmək lazımdır ki, kök formaları fillokseranın sorması zamanı onun tüpürcyinin təsiri nəticəsində əmələ gəlir. Xırda köklər üzərində əmələ gələn və nisbətən kiçik olan fırlara “podozitlər”, çoxillik iri köklər üzərində əmələ gələn böyük fırlara isə “tuberozitetlər” adı verimişdir.[3]

Dünya faunasında 60-a qədər növün 40-a qədəri Şimali Amerika, 8 növü MDB-nin Avropa hissəsində məlumdur. Şimali Amerika, Moldova, Ukraynanın cənubu, Krım, Şimali Qafqaz, Zaqafqaziya, Azərbaycan (Cəlilabad, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gəncə). Tənək fillokserası kök formalarının nəsil miqdarı müxtəlif şəraitlə əlaqədar olaraq müxtəlif sayda ola bilər. Moldovanın şimal rayonlarında vegetasiya müddətində 4-5, Kubanda 4-8, Ukraynada 5-8, Krımda 5-6, Azərbaycanda 7-8, Qafqazın Qara dəniz sahillərində isə 6-8 nəsil verir. Birinci və ikinci yaşlı sürfələr qış diapauzası halında köklərdə qışlayır. Temperaturun aşağı düşməsi nəticəsində qışda sürfələrin çoxu tələf olur. Azərbaycanda isə bir növü Cins: Viteus Shim.,1855

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. N.C.Vəzirov. Azərbaycanın mənənələri Homoptera, Aphidinea, Bakı: Elm, -1995, -520 səh.
  3. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  • N.C.Vəzirov. Azərbaycanın mənənələri Homoptera, Aphidinea, Bakı: Elm, -1995, -520 səh.
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004