Futarasan-cinca

Futarasan məbədi (二荒山神社, Futarasan-cinca?) və ya bəzən Futarayama məbədi (二荒山神社, Futarayama-cinca?)Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi.

Şintoizm
Futarasan məbədi
36°45′30″ şm. e. 139°35′47″ ş. u.
Din
İlahi gücü Okuninuşi
Festivalları 17 aprel
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Prefektura  Toçiqi prefekturası
Şəhər Nikko
Yeri Futara dağı
futarasan.jp
Futarasan məbədi xəritədə
Futarasan məbədi
Futarasan məbədi
Şintoizm terminologiyası

Tarixi[redaktə | mənbəni redaktə et]

Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır.[1] Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur.[1]

Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur.[1]

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir.[1] Əsas məbəd şəhərin içində yerləşir.[1] Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir.[1]

Məbədin illik festivalı 17 aprel tarixində baş tutur.[1]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 376. ISBN 0-87011-622-3. İstifadə tarixi: 24 avqust 2022.