Future plc — Birləşmiş Krallıq media şirkəti. 2006-cı ildə illik dövriyyəyə görə Birləşmiş Krallıqda 6-cı yeri tutmuşdur. Videooyunlar, texnologiya, avtomobil, motor idmanı, musiqi və s. kimi sahələrdə 150-dən çox jurnal nəşr edir.[2] "Future plc" üç əsas oyun konsolu istehsalçısı üçün rəsmi məhsul jurnallarının naşiridir.[3] London fond birjasında (FUTR) siyahıya alınmışdır.[4]
Future plc | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | publik məhdud məsuliyyətli şirkət[d] |
Sənaye | nəşriyyat |
Məhsulu | proqram təminatı[1] |
Təsis tarixi | 1985 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
futureplc.com | |
Vikianbarda əlaqəli mediafayllar |
"Future plc" 1985-ci ildə Somersetin eyniadlı şəhərində Kris Anderson tərəfindən təsis edilmişdir.[5] Şirkətin tətbiq etdiyi yenilik jurnalın üz qabığına yapışdırılmış CD-də pulsuz proqram təminatının verilməsi olmuşdur. "Future plc" bu yanaşmadan istifadə edən ilk təşkilatdır.[5]
Anderson 1994-cü ildə şirkəti "Pearson PLC"yə 52,7 milyon funta satmışdır, lakin 1998-ci ildə şirkətin baş direktoru Qreq İngem "Apax Venture Partners" ilə birlikdə onu 142 milyon funta geri almışdır.[5] Anderson 2001-ci ildə şirkəti tərk etmişdir.[6]
Media şirkəti çap və elektron nəşrlər, həmçinin müvafiq mükafatlar və tədbirlər də daxil olmaqla 150-dən çox brendə sahibdir. Jurnal və qəzetlərin əksəriyyəti Birləşmiş Krallıq və ya ABŞ-də yerləşir, lakin Avstraliya və digər ölkələrdən də nəşrlər var.[7]