Fyodor Buslayev

Fyodor İvanoviç Buslayev (rus. Фёдор Ива́нович Бусла́ев) (25.4.1818, Penza vilayətinin indiki Vadinsk kəndi –12.8.1897, Moskva ətrafındakı Lublino qəsəbəsi) — rus filoloqu və incəsənət tarixçisi. Peterburq Elmlər Akademiyasının akademiki (1860).[1]

Fyodor Buslayev
rus. Фёдор Ива́нович Бусла́ев
Fyodor Buslayev
Fyodor Buslayev
Doğum tarixi
Doğum yeri Vadinsk kəndi, Penza
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Lublino qəsəbəsi, Moskva
Təhsili M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
Fəaliyyəti filoloq
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moskva Universitetini bitirmiş (1838), həmin Universitetdə professor (1859–81), rus ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Rus dilinin tarixi, qədim rus ədəbiyyatı, şifahi xalq yaradıcılığına dair əsərlərin müəllifidir. Rus dilinin tədqiqində müqayisəli-tarixi metodun tərəfdarı kimi çıxış etmişdir.[1]

Qədim russlavyan əlyazmalarının filoloji tədqiqatını aparmış və onları nəşr etdirmişdir. Buslayev 1840–60-cı illərdə yazdığı elmi əsərlərində rus mifoloji məktəbinin ən görkəmli nümayəndəsi kimi mifdə xalq yaradıcılığının dərin köklərini görmüş, onun linqvistik bərpasına çalışmışdır ("Rus xalq ədəbiyyatı və incəsənətinin tarixi oçerkləri". ).[1]

1870-ci illərdə bu baxışlardan uzaqlaşmış və alman sanskritoloqu T. Benfeyin ideyalarına əsaslanaraq Avropanın bir sıra folklor süjetinin Şərqdən qaynaqlandığını göstərmişdir ("Səyyah povestlər və hekayələr", 1874). RusQərbi Avropa rəngkarlığı, ikonoqrafiyası, miniatürornament sənətinin tarixinə dair tədqiqatların müəllifidir.[1]

  1. 1 2 3 4 Buslayev// Azərbaycan Milli Ensiklopediyası  : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 119. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]