Gülüstü Qadınəfəndi türbəsi

Gülüstü Qadınəfəndi türbəsiİstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə.

Gülüstü Qadınəfəndi 31-ci Osmanlı sultanı olan Sultan Əbdülməcidin xanımı və son osmanlı sultanı olan Sultan Vahidəddinin anasıdır. 1855-ci ildə əkiz qızları Zəkiyə və Fəhimə Sultanları, 1856-cı ildə Mədiha Sultanı1861-ci ildə oğlu Mehmed Vahidəddin Əfəndini dünyaya gətirmişdir. Ancaq oğlu hələ 5 aylıqkən vəfat etmiş, Fateh məscidinin arxa həyətində, daha əvvəl vəfat edən övladlarının məzarı yaxınlığına dəfn edilmişdir. Məzarların üzərinə inşa edilən türbə isə Sultan Əbdülməcid səltənətinin sonlarına aiddir. Digər Osmanlı türbələrindən fərqli olaraq dairəvi planlı olan bu türbə kəsmə daşdan inşa edilib. Türbədə aşağı sıralarda 9, yuxarıda isə 14 olmaqla, ümumilikdə 23 pəncərə var.

Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: