Gülüstü Qadınəfəndi (1831, Suxumi, Abxaziya knyazlığı – 1861, Konstantinopol) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası.
Gülüstü Qadınəfəndi | |
---|---|
türk. Gülüstü Kadın Efendi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1831 |
Doğum yeri | |
Vəfat tarixi | 1861 |
Vəfat yeri | |
Vəfat səbəbi | Yoluxucu xəstəliklər |
Dəfn yeri | |
Atası | Tahir bəy Şervaşidze |
Anası | Afisə xanım Lakerba |
Həyat yoldaşı |
|
Uşaqları |
Zəkiyə Sultan Fəhimə Sultan Mədiha Sultan VI Mehmed Vahidəddin |
Ailəsi | Şervaşidze sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir.[1]
Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir. Ən kiçik övladı Mehmed Vahidəddin Əfəndinin doğumundan 3 ay sonra 1861-ci ilin may ayında vərəmdən vəfat etmişdir. Sultan Əbdülməcidin qızlarının dəfn olunduğu Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir. Türbəsini vəfatından öncə inşa etdirmişdir. Sultan Vahidəddinin qızı Sabiha Sultanın xatirələrində yazdığına görə, nənəsi vəfat etdiyi əsnada atası 4 yaşına idi. Ancaq bir çox mənbədə Gülüstü xanımın vəfat tarixi 1861-ci ilin may ayı olaraq qeyd olunur.[2]
Oğlu Mehmed Vahidəddin Əfəndi anasının ölümündən 57 il sonra taxta çıxmış, bu səbəblə Gülüstü Qadınəfəndi validə sultan ola bilməmişdir.