Dürrüadən Qadınəfəndi (16 may 1860, Soçi – 17 oktyabr 1909, İstanbul) — 35. Osmanlı sultanı V Mehmedin ikinci xanımı.
Dürrüadən Qadınəfəndi | |
---|---|
درودي كاديثندي | |
Şəxsi məlumatlar | |
Doğum adı | خديجه واجبه |
Doğum tarixi | |
Doğum yeri | Soçi, Rusiya imperiyası |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | Gülüstü Qadınəfəndi türbəsi |
Fəaliyyəti | əsilzadə |
Atası | Mustafa bəy Voçibe |
Həyat yoldaşı | V Mehmed |
Uşağı | Mahmud Nəcməddin Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Dürrüadən xanım Mustafa bəy Voçibenin qızı idi. Qardaşı Əziz bəyin qızı İnşirah, Şahzadə Vahidəddin ilə evlənmişdi. Ailəsi rus zülmü səbəbilə İstanbula gəlmiş, 3–4 yaşlarında olan Dürrüadən isə saraya təslim edilmişdi. Saray tərbiyəsi alan 16 yaşlı Dürrüadən xanım 10 oktyabr 1876-cı ildə Şahzadə Mehmed Rəşadla vəliəhd sarayında evləndi. Evləndikdən 2 il sonra oğlu Şahzadə Nəcməddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq kifoz olaraq dünyaya gəlmişdi və yeriyə bilmirdi. Bu səbəblə heç vaxt evlənə bilmədi. Oğlunun ağır vəziyyəti səbəbilə əziyyət çəkən Dürrüadən xanım isə vərəmə tutuldu və 17 oktyabr 1909 tarixində İstanbulda vəfat etdi. Cənazəsi Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilib.