Neftqaz futbol klubu Sovet dönəmində Bakı şəhərində yaranmış keçmiş tarixə sahib futbol klubu olmuşdur. Klub müstəqillik illərində uşaq futbolunun inkişafında xüsusi yer tutmuş və bir çox peşəkar azərbaycanlı futbolçuların yetişdirilməsinə xidmət etmişdir.[1]
Neftqaz FK 90-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Neftçi İdman-Sağlamlıq Mərkəzinin[2] tabeliyində fəaliyyət göstərən futbol klubu olmuşdur. Əsas fəaliyyəti uşaq futbolunun inkişafı olan futbol klubunun nəzdində Neftçi İdman-Sağlamlıq Mərkəzinin fəaliyyət göstərdiyi müxtəlif rayon və şəhərlər üzrə müxtəlif yaş qruplarında uşaq futbol komandaları fəaliyyət göstərmiş və bu komandalar arasında Neftqaz FK-nın daxili futbol çempionatı keçirilmişdir. Klub bir neçə dəfə ölkə çempionatının müxtəlif liqalarında çıxış etmişdir. Klub İsmət Qayıbov adına stadionda fəaliyyət göstərmişdir. Klub uzun illər Tofiq İsmayılov adına Suraxanı stadionunda ev oyunlarını keçirmişdir. Klub 2005-ci ildən etibarən aktiv fəaliyyət göstərməmiş. 2005-ci ildən etibarən Neftçi İSM-in digər futbol klubları olan Neftçi İSM və Qaradağ Lökbatan Neftqaz FK-nın varisi olaraq fəaliyyətlərini davam etdirmişlər.
Futbol klubu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |