Rauf Cabarov (tam adı: Rauf Gülağa oğlu Cabarov) — FİFA dərəcəli Azərbaycanlı beynəlxalq futbol hakimi və İnformasiya Texnologiyaları sahəsinin eksperti. 2019-cu ildən etibarən Azərbaycanı beynəlxalq futbol yarışlarında futbol referisi olaraq təmsil edir.[1][2]
Rauf Cabarov
Doğum
9 oktyabr 1985 Bakı
Digər peşəsi
İT ekspert
Yerli səviyyədə
İllər
Liqa
Rolu
2009-h/h
Azərbaycan Premyer Liqası
Referi
200 matç
Beynəlxalq səviyyədə
İllər
Liqa
Rolu
2019-2024
UEFA
FİFA hakimi
2019-h/h
Beynəlxalq hakim
Rauf Cabarov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavinidir.[3]
Rauf Cabarov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Nazirliyin İKT Tətbiqi və Tədrisi Mərkəzinin direktoru olub.[5] İngiltərədə Mançester Universitetində informasiya texnologiyaları ixtisası üzrə təhsil alıb[6] və İngiltərə aşağı futbol liqalarında hakimlik edib.[7]