Gülhüseyn Əhmədov (20 iyun 1955, Qaracalar, Saatlı rayonu – 3 yanvar 2020, Qaracalar, Saatlı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[1] deputatı.
Gülhüseyn Əhmədov | |
---|---|
Gülhüseyn Əliəhməd oğlu Əhmədov | |
2005 – 2010 | |
1993 – 2005 | |
Əvvəlki | Mikayıl Hümbətov |
Sonrakı | Vaqif Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyun 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 2020 (65 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
1993 −2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
2005-ci ildə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.
Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstraliya, Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
3 yanvar 2020-ci ildə vəfat etmişdir.[2]