Vaqif Hüseynov (dövlət xadimi, 1947)

Vaqif Aslan oğlu Hüseynov (9 oktyabr 1947, Ağbulaq, Krasnoselsk rayonu) — İqtisad elmləri namizədi, Saatlı rayonu İcra hakimiyyətinin başçısı (2005–2008).

Vaqif Hüseynov
Vaqif Aslan oğlu Hüseynov
Saatlı rayonu İcra hakimiyyətinin başçısı
2005 – 2008
ƏvvəlkiGülhüseyn Əhmədov
SonrakıSiraqəddin Cabbarov
Şəxsi məlumatlar
Doğum tarixi 9 oktyabr 1947(1947-10-09) (76 yaş)
Doğum yeri
Atası Aslan Hüseyn oğlu
Anası Kəklik Nəcəf qızı
Həyat yoldaşları Elmira xanım, Fəridə xanım
Uşaqları Nazənin, Leyla

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Vaqif Aslan oğlu Hüseynov 9 oktyabr 1947-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Vaqif Hüseynov qonşu Toxluca kəndində I sinifə gedib, Ağbulaqda təhsilini davam etdirib və Ardanış kəndində məktəbi bitirib.[1]

1966-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı instituna daxil olub. 1971-ci ildə xalq təsərrüfatının planlaşdırılması üzrə iqtisadçı ixtisasına yiyələnib.

Bakı İdman malları fabrikində sıravi işçidən direktor müavini vəzifəsinədək yüksəlib.

1996-cı ilin oktyabrndan Azərbaycan Respublikası Kənd Təsərrüfatının Nümunəvi Özəl Təsərrüfatlarının Formalaşmasına Yardım Layihəsini Həyata keçirən mərkəzin işçi orqanına rəhbərlik etmişdir. 1999-cu ildən isə o Kənd Təsərrüfatında Özəl bölmənin inkişafına Yardım agentliyinin rəhbəri vəzifəsini icra etmişdir.[2]

13 dekabr 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Aslan oğlu Hüseynov Saatlı rayon İcra hakimiyyətinin başçısı təyin edilib[3].

25 aprel 2008-ci ildə prezident İlham Əliyevin 2775 saylı sərəncamı ilə V. A. Hüseynov Saatlı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir[4].

  • Eldar İsmayıl. "Məndən ötrü Ermənistan yoxdu, yox". Bakı, "Nurlan", 2002. səh.182-də
  • Eldar İsmayıl. "Vətənimdir Azərbaycan". Bakı, "Elm və təhsil", 2012. səh.36-da
  1. Salman Vilayətoğlu. Oğuz elinin müqəddəs ocağı: Göyçə (PDF). Bakı: TS. 2006. səh. 129.
  2. Eldar İsmayıl. "Oğuz yurdun övladları". Bakı, "Təbib", 1999. səh.342
  3. VAQİF HÜSEYNOV SAATLININ İCRA BAŞÇISI OLDU [ölü keçid]
  4. "V. A. Hüseynovun Saatlı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında". 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.