Qaracalar — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.Qaracaların mərkəzi 39°52'39"N 48°17'13"E-dır.
Qaracalar | |
---|---|
39°52′49″ şm. e. 48°18′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Saatlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1033 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | Az 4919[1] |
Əhalisinin sayı 1033 nəfərdir.[2]
Qaracalar oykonimi qılıclı tayfasının qaracalar tirəsinin adı ilə bağlıdır. Qılıclı/qılınclı tayfası keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir.[3] Hal-hazırda Azərbaycan Respublikasının müxtəlif rayonlarında Qılıclı adlı obyektlər vardır.[4]
Saatlı rayonunun Varxan kəndinin inzibati ərazi vahidində yerləşir. Araz çayının sahilində, Muğan düzündədir.
Qaracalar kəndinin iqlimi əsasən mülayim-isti iqlim tipidir. Yayı isti, qışı isə mülayimdir.
Kənddə əsasən pambıq, taxıl, arpa, şəkər çuğunduru, yonca və s. bitkilər becərilir. Torpağı münbit olduğuna görə ildə 2 dəfə məhsul almaq olur.