Gülhanə Təhsil və Araşdırma Xəstəxanası və ya əvvəlki adı Gülhanə Hərbi Tibb Akademiyası — 30 dekabr 1898-ci ildə II Əbdülhəmid tərəfindən İstanbulda Gülhane Seririyat Xəstəxanası olaraq qurulub.[1] 1941-ci ildə xəstəxana Ankaraya köçürülüb. Türkiyə respublikası qurulduqdan sonra uzun müddət Türkiyə Silahlı Qüvvələri nəzdində Gülhanə Hərbi Tibb Akademiyası kimi fəaliyyət göstərib. Hazırda Keçiören Etlikte Təhsil və Araşdırma Xəstəxanası olaraq fəaliyyətini davam etdirir.
Gülhanə Təhsil və Araşdırma Xəstəxanası | |
---|---|
türk. Gülhane Eğitim ve Araştırma Hastanesi | |
Tipi | hərbi və mülki |
Yerləşir | Ankara |
Ünvan |
Etlik, Keçiörən, Ankara Səlimiyyə, Üsküdar, İstanbul |
Tabelik |
Türkiyə Silahlı Qüvvələri (1898-2016) Səhiyyə Nazirliyi (2016-hazırki dövr) |
Yaradılıb | 30 dekabr 1898[1] |
Əvvəlki adı | Gülhanə Hərbi Tibb Akademiyası |
|
|
Sayt | gata.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Xəstəxana ilk dəfə Sultan II Əbdülhəmidin doğum günü olan 30 dekabr 1898-ci ildə şəxsən onun iştirkı ilə təntənəli təşkil edilən mərasimlə açıldı.[1] Xəstəxana onun tərəfindən “Gülhanə Səririyyət Xəstəxanası” adlandırılıb. "Gülhanə" adı ilə qurulduqdan dərhal sonra "Tıbbiye-i Şahane"dən məzun olan hərbi həkimlər bir illik praktiki təhsilə burada başladılar. Əvvəllər hərbi həkimlər vəzifə başına keçməzdən qabaq Haydarpaşa Əsgəri Xəstəxanasında təcrübə keçirdilər.
1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsindən sonra tibb sahəsində islahatlar cəhdləri nəticəsində hərbi və mülki tibb fakültələri birləşdirildi. 1909-cu ildə təcrübəli on bir professor-müəllim heyəti İstanbul Universiteti Tibb Fakültəsinə köçürüldü. 1914-cü ildə Gülhanədə hərbi tibb təhsili artırıldı və Gülhanə Seririyat Xəstəxanasının adı "Gülhanə Hərbi Təhsil Məktəbi və Seririyat" olaraq dəyişdirildi. Gülhanə Səririyyət Xəstəxanasında müasir təhsil və təlim sayəsində burada təhsil alan hərbi həkimlər Balkan müharibələri, Birinci Dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsi illərində ordu sıralarında uğurla xidmət ediblər.
Birinci Dünya müharibəsi illərində orduya müvəffəqiyyətlə səhiyyə xidmətinin göstərilməsi və Çanaqqala döyüşündən gətirilən yaralıların müalicəsində mühüm vəzifələr götürüb. Gülhanə Xəstəxanası İstanbulun işğalı zamanı (1918-1923) Gümüşsuyuya köçürülmüş və Qurtuluş Savaşı zamanı burada xidmətini davam etdirmişdir. İşğal bitdikdən sonra 1923-cü ildə köhnə binalarına qayıtmışdır.
Bolqarıstanın Berlin-Roma-Tokio oxu ittifaqına qoşulması və Yunanıstanın onlar tərəfindən işğalından sonra Türkiyənin İkinci Dünya müharibəsinə qoşulma ehtimalı yarandı. Beləliklə, Türkiyə üçün ciddi təhlüklər yaranmaşı ilə əlaqədar olaraq hərbi məktəblərin və Gülhanənin İstanbuldan Ankaraya köçürülməsi qərara alındı. 21 iyul 1941-ci ildə İstanbuldan 28 vaqonluq bir qatara yığılan bütün əşyalar və şəxsi heyət Ankaraya yola salındı. Beləliklə hərbi hospital İstanbuldakı Sirkecidən, Ankaradakı Cebeci Mərkəzi Xəstəxanasına köçürüldü. Gülhanə Hərbi Tibb Akademiyası adlanan hərbi hospital öz fəaliyyətini Ankarada davam etdirməyə başladı.[2]
Gülhanənin 1945-ci ildə Ankara Universiteti Tibb Fakültəsinin yaradılmasında da mühüm rolu olmuşdur. Tibb fakültəsi Gülhanənin tərkibində idi və onun qurucu heyətində olan 14 professordan 11-i Gülhanədən təyin edilmişdi. Gülhanə 1947-ci ildən Gülhanə Hərbi Tibb Akademiyası (GHTA) adını aldı və 1952-ci ilə qədər Ankara Tibb Fakültəsinin tərkibində birgə fəaliyyət göstərdi.[3]
1952-ci ildə Gülhanə Cebecidəki binalarını Tibb Fakültəsinə təhvil verdi. Həmən il o, indiki Quru Qoşunları Komandanlığı olan Bahçelievlerdəki binasına köçürüldü. Bu binalar tibbi xidmət üçün yararsız olduğu üçün 1963-cü ildə Etlikdə müasir xəstəxana kompleksinin tikintisinə qərar verildi. Gülhanə 1971-ci ildə bu yeni binalara köçürüldü. Hələ də istifadədə olan bu bina kompleksləri müasirləşməkdə və böyüməkdə davam edir.[3]
Gülhanənin türk tibb tarixində hər zaman mühüm yeri olmuşdur. Daxili və cərrahi tibb sahələrindəki mühüm yeniliklərlə yanaşı, tibb təhsili, laboratoriya xidmətləri, xalq sağlamlığı, profilaktik tibb, tibb bacısı xidmətləri, xəstələrə qulluq, elmi tədqiqat və inkişaf fəaliyyətləri sahələrində həmişə nümunəvi və qabaqcıl rol almışdır. Hərbi hospital əsasən səhiyyə xidmətləri, mütəxəssis hazırlığı və ixtisasartırma təhsili verirdi. Gülhanə Hərbi Akademiyası 1980-ci ildə Gülhanə Hərbi Tibb Fakültəsinin açılması ilə hərbi həkimlərin yetişdirilməsi vəzifəsini də öz üzərinə götürdü.[3]
2016-cı ilə qədər Türkiyə ordusuna bağlı olan Gülhanə Akademiyası Türkiyə Silahlı Qüvvələrinin səhiyyə elmləri sahəsində əsas təhsil bazası oldu. Burada gənc tibb işçiləri və tibbi texniki kiçik zabitlər məzun olurdular. Lakin 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən sonra mövcud hökumətin 31 iyul 2016-cı il tarixli qanuni qüvvəyə malik fərmanı ilə Türkiyə Silahlı Qüvvələrinin səhiyyə bölmələri ilə birlikdə Gülhanə Akademiyası Səhiyyə Nazirliyinin tabeliyinə verildi. Bundan sonra onun adı Gülhanə Təhsil və Araşdırma Xəstəxanası olaraq dəyişdirildi. Gülhanə Təhsil və Araşdırma Xəstəxanasına bağlı ali təhsil ocaqları isə Səhiyyə Elmləri Universitetinə köçürüldü.[4]
Gülhanə Hərbi Tibb Akademiyası Komandanlığı və ona bağlı bölmələr Ankara, İstanbul və Əskişəhərdə yerləşirdi. 2016-cı ilin sentyabr ayına qədər onun bölmələri aşğıdakı kimi idi: