Güllər və quşlar — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
Güllər və quşlar | ||
---|---|---|
| ||
Rəssam | Mirzə Qədim İrəvani | |
Saxlanıldığı yer | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı |
Bu rəsm-trafaret uzunsov kağız üzərində çəkilmişdir.[1] Yarpaqlar və çiçəkli budaqların sallandığı vaza kənarlarını xatırladan kompozisiya vertikal şəkildə təşkil edilmişdir (fuksiya, lalə və itburnu çiçəklərindən). Qızılgül tumurcuqları kompozisiyaya tamlıq bəxş edir. Kompozisiyanın mərkəzində itburnu və süsən çiçəkləri arasında iki erkək qırqovul yerləşdirilib. İki erkək fazan isə qızılgüllərdən yuxarıda təsvir edilib. Quşların hərəkət və cins elementləri, süsənin rəng çaları, çəhrayı tumurcuqlar və onlara uyğun budaqların rəngləri düzgün verilib.[2]