Gülməmmədlilər

Gülməmmədli soyuCənubi Qafqaz, Gürcüstan, Azərbaycan həmçinin UkraynaRusiyada geniş yayılmış və tanınmış, Qıpçaq kökənli, Qarapapaq soylarından biri.[1] Soy öz başlanğıcını 1470-ci ildə indiki Borçalı ərazisində doğulmuş Buğakar Təkbaş Güldən götürür. Buğakar Təkbaş Gülün ulu babası Aryukan Dengizik Gül başçılıq etdiyi Gül Dengizik nəsli ilə indiki Borçalı ərazisinə 1118-ci ildə Qıpçaq xanı Artıq xanın ordusunun tərkibində gəlib və nominal olaraq Tiflis Əmirliyinin ərazisi sayılan Didi Türkoba (Böyük Türkoba) adladırılan Təpətöy və Xram çayı vadilərini əhatə edən indiki Borçalı və Qazax ərazilərində, həmçinin indiki Marneuli rayonu Qaçağan kəndi yerləşən torpaqlarda məskunlaşıblar.[2][3] Hal-hazırda Gülməmmədli soyunun nümayəndələri kompakt şəkildə Gürcüstanın Marneuli rayonu Qaçağan kəndində, həmçinin Azərbaycan Respublikasının Bakı şəhərində, Rusiya Federasiyası, Moskvada, Ukraynada və digər ölkələrdə yaşayaırlar. Soyun nümayəndələri Gülməmmədli, Gülməmmədov, Musayev, Orucov, Allahverdiyev və Haqverdiyev soyadları daşıyırlar[4][5][6]

GÜLMƏMMƏDLİ (GÜL)
Gülmämmätdi
Titul Şad
Xan
Əcdadı Buğakar Təkbaş Gül (1470-1545)
Biləncər Doluxan Gül (1516-1580)
Tamğaçı Əhməd Gül (1540-1665)
Qara Gül Məmmət (1585-1690)
Qohum soylar Talıflı (Gürcüstan, Marneuli şəhəri)
Şahmuradlı (Gürcüstan, Təkəli kəndi)
Məmmədağalı (Gürcüstan, Qaçağan kəndi.)
Dəlləkli (Gürcüstan, Qaçağan kəndi)
Hümmətdi (Gürcüstan Qaçağan kəndi)
Əmircanlı (Azərbaycan, Bakı və Gürcüstan, Qaçağan kəndi)
Seyidli (Azərbaycan, Bakı və Gürcüstan, Qaçağan kəndi)
Budaqları Gülməmmədli nəsli
Hacılı nəsli
Haxverdiuşağı nəsli
Dövr 1118-indiki dövr
Mənşəyi Ukrayna Berdiçev-Kazyatin tarixi bölgəsi
Tiflis Əmirliyi, Didi Türkoba, indiki Borçalı
Təbəəliyi Flag of Ak Koyunlu.svg Ağqoyunlu 1472-1501
Kartli - drosha jvari.svg Gürcüstan çarlığı 1480-1490
Safavid Flag.svg Səfəvilər 1515-1736
Ottoman flag.svg Osmanlı imperiyası 1590-1615
Flag of Kingdom of Kartli-Kakheti.svg Kartli-Kaxeti çarlığı 1762-1801
Rusiya İmperiyası Rusiya imperiyası 1801-1917
Flag of the Transcaucasian Federation.svg Zaqafqaziya Demokratik Federativ Respublikası 1918
Flag of the South West Caucasian Republic.svg Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyəti 1918
Flag of Georgia (1990–2004).svg Gürcüstan Demokratik Respublikası 1918-1921
Gürcüstan Sovet Sosialist Respublikası Gürcüstan SSR 1921-1922
SSRİ SSRİ 1922-1991
Gürcüstan Gürcüstan 1991-dən
Azərbaycan Azərbaycan 1991-dən.
Flag of Russia.svg Rusiya 1997-dən.
Flag of Ukraine.svg Ukrayna 2006-dan
Torpaqları Gürcüstan, Marneuli rayonu Qaçağan kəndində
Azərbaycan Respublikası Bakı şəhərində
Ukrayna Vinnitsa vilayəti Vinnitsa şəhərində.
Mülki fəaliyyəti Soyun nümayəndələri ZSFSR, SSRİ və Gürcüstan SSR-də dövlət vəzifələri tutmuş, ictimai-siyasi fəaliyyətləri ilə məşhur olmuşlar, hal hazırda isə Gülməmmədli soyunun nümayəndələri Azərbaycan Respublikası, Gürcüstan və Ukraynada ictimai siyasi fəaliyyətləri ilə seçilirlər
Hərbi fəaliyyəti Soyun nümayəndələri Osmanlı İmperiyası, Kartli-Kaxeti Çarlığı, Rusiya İmperiyası, SSRİ ordu və silahlı qüvvələrində hərbi mükələffiyət daşmış, birinci və ikinci Dünya müharibələrində iştirak etmişlər,
Dini fəaliyyəti Star and Crescent.svg İslam dininin şiə və ya sünni məzhəbi
Hərbi mükafatları Soyun nümayəndələri Rusiya və SSRİ yüksək hərbi orden və mükafatları ilə təltif edilmişlər.

Mənşəyi[redaktə | mənbəni redaktə et]

Gülməmmədli (Gül) soyunun əcdadlarının indiki Borçalı ərazisində yurd salma tarixi 1118-ci il hesab olunur.[7] 1118-c ilə qədər Qıpçaq kökənli bu soyun əcdadları Ukraynanın indiki Vinnitsa və Jitomir vilayətlərini ərazilərinə daxil olan Kazyatin-Berdiçev torpaqlarında yaşayıblar və Qarapapaq (Çernıy Klubok) tayfa ittifaqına daxil olublar.[8] Daha sonra isə 1116-cı ildə soy iki qrupa ayrılaraq bir qrup Kiyev şəhəri ətrafı və Berdiçev bölgələrində yaşayıblar və Berendey-Çernıy klobuk hərbi-tayfa ittifaqının əasas hərbi hisələrindən biri olublar, 1240-cı ildən sonra Qızıl Orda xanına tabe olmayraq Şərqi Avropaya köç ediblər, digər qrup isə Qıpçaq Artıq xanın tərəfinə keçib. Artık xan Dəşt-i Qıpçaq çöllərindən Şimali Qafqaz vasitəsilə Dəryal dərəsi (İndiki hərbi Gürcüstan yolu) ilə Tiflis ətraflarına Didi Türkoba bölgəsinə gəlmişdir. Gül soyunun Artıq xanın ordusuna daxil olan qrupu isə ailələri ilə birlikdə indiki Qaçağan-Mağanlı torpaqlarında məskunlaşdılar. Həmin zaman Qaçağan-Mağanlı torpaqlarında yurd salam Gül soyunun nümayəndələrinin 30 ailədən ibarət idilər..

Tarixi[redaktə | mənbəni redaktə et]

Gülməmmədli soyunun Borçalıdakı tarixi 1118-ci ildən başlayır başlayır.[9] Gülməmmədli (Gül) soyunun Qıpçaq kökənli Qarapapaq türkü olan əcdadları Artıq xanın ordusunun tərkibində Didi Türkoba (Tiflis-Borçalı-Qazax) bölgəsinə məhz 1118-ci ildə gələrək Qaçağan-Mağan torpaqlarında məskunlaşmışlar.[10][11] Soy öz kökünü 1470-ci ildə dünaya gələn Buğakar Təkbaş Güldən (1470–1545) götürür. Buğakar Təkbaş Gülə qədər olan soyun şəcərəsi barədə hər hansı məlumat yoxdur. Buğakar Təkbaş Gülün iki oğlu olmuşdur: Biləncər Doluxan Gül (1516–1580) və Səncər Ayxan. Buğakar Təkbaş Gülün ikinci oğlu Səncər Ayxanın gənc yaşlarınd hansısa döyüşlərin birində həlak olduğu məlumdur.

Dini mənsubiyyəti[redaktə | mənbəni redaktə et]

Gülməmmədli soyunun əcdadları 1118-ci ildə Didi Türkoba ərazilərinə gələndə dini mənsubiyyət baxımından tengrian və bir qismi isə xristian olmuşlar. Soyun nümayəndələri 1560-cı ildə islamı qəbul etmiş və müsəlman olmuşlar. Hazırda soyun nümayəndələrinin çox hissəsinin inancları əsasən İslamın Cəfəri məhzəbində, az qisminin isə Sünni məhzəbidir.

Yaşadıqları ölkələr[redaktə | mənbəni redaktə et]

Gülməmmədli soyunun nümayəndələri hal hazırda Gürcüstan, Azərbaycan, RusiyaUkraynada yaşayırlar və frdi olaraq nəslin nümayəndələri əsasən Gürcüstan Azərbaycan, Rusiya və Ukrayna vətəndaşlığı daşıyırlar. Soyun nümayəndələri kompakt çəkildə Gürcüstanın Marneuli rayonu Qaçağan kəndində yaşayır, torpaq, əmlak və sair mülkiyyətə malikdirlər. Soyun Qaçağan kənd məzarlığında, dünyasını dəyişənləri dəfn etmək üçün ayrıca yeri vardır.

Tanınmış nümayəndələri[redaktə | mənbəni redaktə et]

  • Həmid Gülməmmədov
  • Məmid Musayev (1897–1973 — ZSFSR Xalq Daxili İşlər Komissralığı Baş Siyasi İdarəsinin Borçalı Qəzası üzrə Müvəkkili
  • Xuma Gülməmmədov — Gürcüstan SSR XKS-nin Borçalı Qəzasında Kənd təəssərüfatı və Sənayeləşdirmə üzrə Müvəkkili
  • Gülməmməd Gülməmmədov
  • Alməmməd Gülməmmədov
  • Aydın Musayev (1955–2004)- SSRI və Azərbaycan alimi. Fizika-riyaziyyat üzrə Fəlsəfə Doktoru.
  • Aslan Allahverdiyev (1919–1980) — Gürcüstan SSR Əməkdar müəllimi.
  • Məhəmməd Haqverdiyev
  • Vaqif Musayev (1955–2004) — 1999–2004-cü illərdə Gürcüstan Marneuli Şəhər Meriyası Maliyyə-Plan İdarəsinin rəisi
  • Nailə Qarayeva (Musayeva) — Azərbaycan Respublikası Dövlət statistika Komitəsinin Baş mütəxəssisi.
  • Mehdi Musayev (Gülməmmədli) — Azərbaycan ictimai-siyasi xadimi. Azərbaycan Qarapapaq Trükləri İctimai Birliyinin 1-ci Sədri.
  • Daşqın GülməmmədovUkrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri
  • Ramin Musayev — Azərbaycan ictimai-siyasi xadimi. Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyi Rəyasət Heyətinin Sədri.
  • Fərrux Haqverdiyev
  • Şahmar Haqverdiyev

Gülməmmədli soyunun şəcərəsi[redaktə | mənbəni redaktə et]

Gwülməmmədli soyu oz başlanğıcını 1470-ci ildə Kiçik Türkoba bölgəsində dünyaya gəlmiş əcdadları Buğakar Təkbaş Güldən götürür.

Buğakar Təkbaş Gül 1470-1545
Biləncər Doluxan Gül 1516-1580
Tamğaçı Əhməd Gül 1540-1665
Qara Gül Məmmət 1585-1690
Gül Əli Bəkçi 1620-1693

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şurəddin Məmmədli "Paralanmış Borçalı" — www.elibrary.bsu.az" (PDF). 2020-09-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  2. "Тбилисский эмират (თბილისის საამირო) — travelgeorgia.ru". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-30.
  3. "Qıpçaqlar zəif "kürəkən"i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram çayının sahilində yurd salmışdı — www.zim.az". 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  4. "Şurəddin Məmmədli "Gürcüstan Azərbaycanlıalrı" -www.azkurs.org". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  5. Əmircanlı nəsli — www.amircanli.wordpress.com
  6. "ƏRƏNLƏR YURDU QASIMLI (Tarixi etnoqrafik oçerk) — www.zim.az". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  7. "И.Х.Алиев "Из этнической истории азербайджанцев Борчалы до 1846 года." — www.clio-caucasus.org" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-30.
  8. "ИПАТЬЕВСКАЯ ЛЕТОПИСЬ (Полное собрание русских летописей. Том 2. Санкт-Петербург, 1908) -www.krotov.info". 2011-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
  9. "Юнис НАСИБЛИ "Тюркский мир и Грузия в последней четверти XI века" — www.clio-caucasus.org" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-30.
  10. ЮРИЙ ЕВСТИГНЕЕВ "КЫПЧАКИ, ПОЛОВЦЫ, КУМАНЫ И ИХ ПОТОМКИ: К ПРОБЛЕМЕ ЭТНИЧЕСКОЙ ПРЕЕМСТВЕННОСТИ" — www.phpprofilib.com[ölü keçid]
  11. "Гуркин, Сергей Викторович "Половцы Евразийских степей :Проблемы этнополитической истории VII — первая треть XII вв." — www.dissercat.com". 2018-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.

Mənbələr[redaktə | mənbəni redaktə et]

  • "Tflis əyalətinin müfəssəl dəftəri (Borçalı və Qazax)" (Osmanlı İmperiyası Tiflis əyalətinin rəsmi vergi dəftəri). Bakı, "Pedagogika" nəşriyyatı. 2001, səh.178.
  • "Qaçağan eli". Bakı, "Təfəkkür" NPM. 2002, səh.186
  • Gürcüstanda 2002-ci il əhali siyahıyaalmasının nəticələri Arxivləşdirilib 2009-03-06 at the Wayback Machine
  • Gürcüstanda kənd əhalisinin statistik icmalı Arxivləşdirilib 2007-11-24 at the Wayback Machine
  • Gürcüstanda ən iri kənd yaşayış məntəqələrinin siyahısı Arxivləşdirilib 2009-11-13 at the Wayback Machine
  • Borçalı haqqında məlumatlar Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine
  • Аббасов А.А., Алиев И.Г., Буниятов Т.А.,.др. Азербайджанцы. Историко-этнографический очерк. Баку, 1998.
  • Бакрадзе Д. Тифлис в историческом и этнографическом отношениях.Санкт-Петербург.,1870.
  • Бакрадзе Д., Берзенов Н. Тифлис в историческом и этнографическомотношениях Санкт-Петербург.,1870.
  • Буниятов З.М. Азербайджан в VII – IX вв. Т.1. Баку, 1999.
  • Гамидова Ш.П. Из истории азербайджано-грузинских отношений (80–90 годы XVIII в.) Автореф. Дисс. На соискание уч. Степ. К.и.н… Баку,1973.
  • Гейбуллаев Г.А. К этногенезу азербайджанцев. Баку,1991.
  • "Жизнеописание царя царей Давида" Пер. с древнегрузинского, комментарии Ю. Насибова — Средневековый Восток:история и современность. Баку, 1990.
  • Краткий исторический очерк ад-го образования Тифлисской губ. Сборник материалов для описания Тифлисской губ. К.Л.Зиссермана. Т.1. Вып.1. Тифлис,1870.
  • Кырзыоглу М.Ф. Взгляд на 1800-летнюю историю проживания племени гарапапаг в бассейне рек Кура и Араз. На тур. яз. Эрзурум,1772.
  • Обозрение российских владений за Кавказом в статистическом, этнографическом, топографическом и финансовом отношениях. Ч.1. Санкт-Петербург.,1836.
  • Такайшвили Е.С. Источники грузинских летописей. Три хроники. СМОМПК. Вып. XXVIII. Тифлис, 1900.
  • Кахетия. Тифлис, 1891. Приложение к справочной книжке старожила "Кавказ", № 3.