Gülnaz Dadaşova

Gülnaz Dadaşova (Gülnaz Mahir qızı Dadaşova; Bakı) — Azərbaycan alimi, professor, tibb elmləri doktoru. Hazırda C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktorudur.[1]

Gülnaz Dadaşova
Doğum yeri
Uşağı 2
Elm sahəsi kardiologiya
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Üzvlüyü
  • Azərbaycan Kardiologiya Cəmiyyəti[d],
  • Avropa Kardiologiya Cəmiyyəti[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülnaz Mahir qızı Dadaşova Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. İlk təhsilini 191 saylı orta məktəbdə almış və həmin məktəbi medal ilə bitirmişdir. 1992-ci ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1998-ci ildə məzun olmuşdur. 1999–2000-ci illərdə Bakı Dəmiryol Xəstəxanasında kardioloq kimi internatura keçmişdir. 2002–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasında aspirantura təhsili almışdır.[1][2] 2008-ci ildə "Postmenopozal qadınlarda arterial hipertenziya müalicəsinin optimallaşdırılması" elmi işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2016-cı ildə dosent elmi adını almışdır. 2018-ci ildə "Xroniki ürək çatışmazlığının gender xüsusiyyətləri, diaqnoz və dərman müalicəsinin təkmilləşdirilməsi imkanları, proqnoz və sağ qalma proqnozlarının müəyyən edilməsi" elmi işini müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 2019-cu ildə magistr dərəcəsi üzrə İsveçrənin Sürix Universitetində həkim-kardioloq ixtisasına daxil olmuş, 2022-ci ildə məzun olaraq, həmin universitetdə ürək çatışmazlığı üzrə aspirantura kursu (Postgraduate Course of Heart Failure (PCHF)) keçmişdir.[1][3][4]

Rus və ingilis dillərini bilir.

Ailəlidir. 2 övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Gülnaz Dadaşova əmək fəaliyyətinə 2006-cı ildə Akad. C. M Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda baş laborant kimi başlamış və 2014-cü ildən ürək çatmamazlığı şöbəsində böyük elmi işçi kimi fəaliyyətinə davam etmişdir. 21 sentyabr 2018-ci il tarixində həmin institutun direktoru təyin olunmuş və hazırda həmin vəzifəni icra edir.[1][2]

Eyni zamanda 2007-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Kliniki Farmakologiya kafedrasında, 2019-cu ildən Azərbaycan Tibb Universitetinin III daxili xəstəliklər kafedrasında ingilis bölməsində və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında daxili xəstəliklər fənni üzrə mühazirələr aparır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Gülnaz Dadaşova 100-ə yaxın elmi işin müəllifidir. O bir sıra yerli və beynəlxalq elmi konfranslarda məruzəçi kimi çıxış etmişdir.[5][6][7]

O Arterial hipertansiyonlu xəstələrdə renin-angiotenzin-aldosteron sistemindəki cinsiyyət fərqləri və onların humoral amillərlə əlaqəsi və inkişaf üçün risk faktorlarının gender xüsusiyyətləri, xroniki ürək çatışmazlığının şiddəti və genezisindəki yaş və cins fərqləri üzrə elmi fəaliyyət göstərmiş və metabolik sindromlu xəstələrdə moxonidinin və moxonidinin ivabradinlə birləşməsinin insulin müqaviməti parametrlərinə təsiri üzrə elmi tədqiqat aparmışdır. Xroniki ürək çatışmazlığı olan xəstələrdə klinik və psixo-emosional vəziyyətin gender xüsusiyyətləri üzərində elmi araşdırma etmişdir.[1][8][9]

Onun elmi fəaliyyəti nəticəsində müşahidə xəstəxana mərhələsində xroniki ürək çatışmazlığının müalicəsində cins və yaş fərqləri və miokard infarktından sonra xroniki ürək çatışmazlığı olan xəstələrdə dərman müalicəsinin müxtəlif variantları fonunda ürəyin klinik-funksional və psixo-emosional vəziyyətinin, morfoloji və funksional parametrlərinin dinamikasında gender fərqləri, miokard infarktından sonra xroniki ürək çatışmazlığı olan xəstələrdə ürəyin klinik-funksional və psixo-emosional vəziyyəti, morfo-funksional parametrlərində cins fərqləri tədqiq edilmişdir.[1][8][9]

O elmi fəaliyyəti dövründə postmenopozal qadınlarda arterial hipertansiyonun gedişatının xüsusiyyətləri və hipertansiyonlu postmenopozal qadınlarda moxonidine və hormonal əvəzedici terapiya ilə kompleks terapiyanın hemodinamik və metabolik təsirlərini tədqiq etmişdir.[1]

Gülnaz Dadaşova bir sıra dərs vəsaiti, metodik vəsaitlərin və 2022-ci ildə Moskvada nəşr olunan "Современные Аспекты Хронической Сердечной Недостаточности" da daxil olmaqla bir sıra monoqrafiyaların müəllifi və həmmüəllifidir.

O 2016–2017-ci illərdə Avropa Kardioloqlar Cəmiyyətinin təşkil etdiyi Xroniki Ürək Çatışmazlığı üzrə OTRİMİZE HF Azərbaycan Registri üzrə Baş koordinatoru və Azərbaycan Kardiologiya Cəmiyyətində (AKC) "Kardiovaskulyar Farmakologiya" işçi qrupunun rəhbəridir.[1]

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 20.04.2023-cü il tarixli (protokol № 3–50/3-1-1-89/2023) qərarı ilə təsdiq edilmiş ED 2.27 Dissertasiya şurası nəzdində 3218.01 — "Kardiologiya" ixtisası üzrə Elmi seminarın sədridir.

Məruzəçi olduğu beynəlxalq tədbirlər

[redaktə | mənbəni redaktə et]
  • Hipertoniya üzrə XXI Beynəlxalq konqresi (2008, Berlin)
  • Ürək çatışmazlığı üzrə illik Avropa konqresi (2009, Nitsa)
  • Hipertoniya üzrə IX Avropa Konqresi (2009, Milan)
  • Hipertoniya üzrə XX Beynəlxalq konqresi (2010, Oslo)
  • Ürək çatışmazlığı üzrə III Ümumdünya Konqresi (2012, İstanbul)
  • Elmi Konqres (2014, Daşkənd)
  • Hipertoniya üzrə Birləşmiş Beynəlxalq və Avropa Konqresi (2014, Afina)
  • "Təxirəsalınmaz kardiologiyanın məsələləri 2014: elmdən praktikaya doğru" VI Ümum-Rusiya Forumu (2014, Moskva)
  • Hipertoniya üzrə XXV Avropa Konqresində (2015, Milan)
  • Ürək çatışmazlığı üzrə İllik Avropa Konqresində və Kəskin Ürək Çatışmazlığı üzrə II ümumdünya Konqresi (2009, Seviliya)
  • Kardioloq və Terapevtlərin IV Beynəlxalq Forumu (2015, Moskva)
  • Qafqazın kardioloq və terapevtlərinin V Elmi-maarifləndirici Konfransı (2015, Nalçık)
  • IV Azərbaycan Kardioloji Cəmiyyətinin Konqresi (2015, Bakı)
  • V Azərbaycan Kardioloji Cəmiyyətinin Konqresi (2016, Bakı)
  • 4-cü Beynəlxalq Ürək Çatışmazlığı Konqresi (2017, Paris)
  1. 1 2 3 4 5 6 7 8 "Direktor, tibb elmləri doktoru, professor Gülnaz Dadaşova". ETKİ (az.). 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.
  2. 1 2 "Azərbaycan Tibb Universiteti | t.e.d., ass. Dadaşova G. M." amu.edu.az. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.
  3. "Hipertoniya". www.hypertension2021.uptodate.az. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  4. "ГЮЛЬНАЗ МАХИР гызы ДАДАШОВА. ГЕНДЕРНЫЕ ОСОБЕННОСТИ ХРОНИЧЕСКОЙ СЕРДЕЧНОЙ НЕДОСТАТОЧНОСТИ, ВОЗМОЖНОСТИ УЛУЧШЕНИЯ ДИАГНОСТИКИ И МЕДИКАМЕНТОЗНОЙ ТЕРАПИИ" (PDF). 2023-02-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-12.
  5. "Bakıda Zəfər Gününə həsr edilmiş Elmi konfrans başa çatıb (FOTO)". Trend.Az (az.). 2022-11-10. 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  6. "Elmi Tədqiqat Kardiologiya İnstitutunun 40 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirilir". azertag.az (az.). 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  7. ""Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutu tərəfindən "Kardioonkologiya: problemə müasir baxışlar" mövzusunda Beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib". sehiyye.gov.az (az.). 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
  8. 1 2 "Author Page for Gulnaz Dadashova :: SSRN". papers.ssrn.com (ingilis). 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  9. 1 2 "Doctor Gulnaz Dadashova". esc365.escardio.org (ingilis). 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]