Gümüşü başlıqlı sovka[1] (lat. Cuculia argentea) — pulcuqqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid kəpənək növü.
Gümüşü başlıqlı sovka | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Gümüşü başlıqlı sovka |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qanadları açılmış halda 30 – 32 mm olur. Ön qanadları yaşılıdır. Üzərində gümüşü rəngdə sarğı vardır. Üzərində olan böyrəkşəkilli və yumuru naxışlar gümüşü rəngdədir. Parıltılığı ilə seçilir. Arxa qanadları ağdır. Kənarları bozdur. Tala ərazilərində, quru çəmənlərdə yayılırlar. Tırtılı iyuldan sentyabra qədər müxtəlif növ yovşan çiçəkləri ilə qidalanır.[2]
Avropa, Orta Asiya, Sibir, Altay və Qazaxıstan ərazisində müşahidə edilir. Azərbaycanda isə Şirvan düzənliyində təsadüf edilir.[3]
Azərbaycanda 2 kəpənəyi sentyabrın axırlarında Ağdaş rayonundan tutulmuşdur.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək. Biologiyasını ətraflı öyrənmək.