Günəş fəvvarəsi (rus. Фонтан Солнце) — "Peterhof" saray-park kompleksinin fəvvarələrindən biridir.
Günəş fəvvarəsi | |
---|---|
Фонтан "Солнце" | |
59°53′08″ şm. e. 29°55′11″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Peterhof |
Yerləşir | Peterhof |
Aidiyyatı | Nikolo Miketti |
Tikilmə tarixi | 1721-1724 |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Günəş fəvvarəsi memar Nikolo Mikettinin rəhbərliyi altında 1721-1724-cü illərdə tikilmişdir. 20 su şırıntısı mərkəzi sütunun içərisindən təzyiqlə ətrafa sıçrayır.
Fəvvarə kifayət qədər böyük düzbucaqlı hovuzun mərkəzində yerləşir; XVIII əsrdə onun içərisində nərə, qu quşları və ördəklər saxlanılırdı. Əsrin sonunda, memar Felten fəvvarəsi üzmək üçün kiçik hovuza çevirmişdi. Daha sonralar, fəvvarənin içərisinə araba təkərinə bənzəyən və suyun köməyi ilə hərəkətə gələn kiçik bir mexanizm yerləşmişdir. Təkər üstündə 187 dəliyi olan diskli sütunu fırladır. Bu dəliklərdən su şırıntıları hər tərəfə yayılır və fəvvarəni ümumilikdə günəşə bənzədir. Fəvvarənin aşağı hissəsində delfinlərin heykəlləri yerləşir.
Böyük Vətən müharibəsi zamanı, fəvvarə tamamilə dağıdılmış və yalnız 1956-cı ildə yenidən bərpa olunmuşdu.