Roma fəvvarələri

Roma fəvvarələri (rus. Римские фонтаны) — öz konstruksiya və dizaynına görə «Peterhof» saray-park kompleksində yerləşən iki eyni fəvvarə.

Roma fəvvarələri
Римские фонтаны
Xəritə
59°53′02″ şm. e. 29°55′02″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Peterhof
Yerləşir Peterhof
Aidiyyatı Bartolomeo Rastrelli
Tikilmə tarixi 17631780
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəvvarələrin "Romalı" adlandırılmasının əsas səbəbi, onların xarici görünüşünün Romada, Müqəddəs Pyotr kilsəsinin qarşısındakı meydanda quraşdırılmış iki fəvvarədən götürülmüşdü.

"Roma fəvvarələri" Peterhof parkında 1739-cu ildə, memarlar İvan Blank və İ.Davıdovun rəhbərliyi altında yaradılmışdır. O dövrlərdə fəvvarə taxta materiallardan hazırlanmış və qurğuşunlu kasalarla bəzədilmişdi.

1763-cü ildə o zamanın ən tanınmış memarı Rastrellinin rəhbərliyi altında fəvvarələr yenidən tikilmiş və postamentə quraşdırılmışdır. Taxta hissələrə "mərmər effekti" yaratmaq məqsədilə müxtəlif rənglərlə boyanmışdır.

1798— 80-ci illərdə artıq dağılmaya məruz qalmış Roma fəvvarələri kərpic, qranit və həmçinin mərmər üzlüklərlə yenidənqurma işlərinə məruz qalmışdır. Ağacdan hazırlanmış bütün dekorativ elementlər qurğuşunla əvəz olunmuşdu.

Böyük Vətən müharibəsi zamanı, faşistlər mərmər üzlükləri zədələmiş, hovuzu dağıtmış, boru kəmərlərini isə tamamilə məhv etmişdilər. Hər iki fəvvarə 1949-cu ildə bərpa edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]