Böyük saray (Peterhof)

Böyük saray[1][2][3] (rus. Большой дворец, alm. Der Große Palast‎, fr. le Grand Palais) — Fin körfəzinin cənub sahilində yerləşən "Peterhof" saray-park ansamblının əsas binasıdır. Saray Sankt-Peterburqdakı Petrodvorets rayonunun tərkibində olan federal əhəmiyyətli Peterhof şəhərinin mərkəzində yerləşir.

Böyük saray
Большой дворец
Sarayın "Aşağı parka" baxan fasadının aerofoto təsviri.
Xəritə
59°53′04″ şm. e. 29°54′31″ ş. u.HGYO
Ölkə Rusiya Rusiya
Şəhər Peterhof
Yerləşir Peterhof
Memar Françesko Bartolomeo Rastrelli
Sifarişçi I Pyotr, Yelizaveta Petrovna
Tikilmə tarixi 1714 - 1755
Üslubu Yelezaveta barokkosu
Rəsmi sayt peterhofmuseum.ru/object…
İstinad nöm.7810406110
Mühafizə dərəcəsiFederal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bütün bina boyu, sarayın fasadı əhəmiyyətli ölçüdə uzunluğa, monumentallığa və dəbdəbəyə malikdir, onun kompozisiyası isə, ritmik şəkildə mərkəzə istiqamətlənən dəqiq müstəqil hissələrə bölünmüşdür. Bütün bunlar binaya xüsusi plastik görünüş və böyüklük hissi verir: onun mərkəzində yerləşən ən böyük, üçmərtəbəli hissəsi dar tağlar vasitəsilə birmərtəbəli qalereya və simmetrik ikimərtəbəli fligellərlə (kilsə və gerb korpusları) əlaqələndirilir[4]. Dənizə doğru açılan sarayın şimal fasadı silsilənin kənarı boyunca uzanır. Saray binası cənub tərəfdən öz konfiqurasiyasına görə uzadılmış "P" hərfinə bənzəyir, bu kompozisiya onun orta hissəsinin iki qonşu üç mərtəbəli bina ilə birləşməsi nəticəsində yaranmışdır. Böyük sarayın ümumi görünüşündə fiqurlu yüksək tavan, qızıl suyuna salınmış mürəkkəb konfiqurasiyalı vaza və xüsusilə zərli günbəz başları və müxtəlif relyefli dekor əhəmiyyətli rol oynayır.

Fasadların rəngi tərkibinə görə fərqlənsə də, onlarda barokko memarlığı üçün xarakterik olan elementlər - divardan aralı sütunlar, künc daşları, pəncərələrin altında oyma hissələr, künclərdə barelyeflər, naxışlı eyvan çərçivələri istifadə olunmuşdur.

Sarayın inşa tarixi

[redaktə | mənbəni redaktə et]
Böyük sarayın planı. Hər bir rəqəm aid olduğu otağın adını müəyyənləşdirir.
1.I Pyotrun kabineti 2.Taclı zal 3.1-ci ehtiyat yarımotağı 4.2-ci ehtiyat yarımotağı 5.3-cü ehtiyat yarımotağı 6.4-cü ehtiyat yarımotağı 7.Mavi qəbul otağı 8.Kiçik keçid otağı 9.Kavaler otağı 10.Ştandart otağı 11.Kabinet 12.Tualet otağı 13.Divanlı zal14.Kəklikli qonaq otağı 15.Şərqi Çin kabineti 16.Portretli zal 17.Qərbi Çin kabineti 18.Ağ yemək otağı19.Audients-zal 20.Taxt zalı 21.Çesme zalı 22.Böyük mavi qəbul otağı 23.Sanders keçid otağı 24.Bufet otağı 25.Sekretarlıq 26.Kilsə 27.Rəqs zalı 28.Təntənəli pilləkən 29.Keçid otaqları

1714-1725-ci illərdə J.B. Leblondun[5], daha sonralar isə N. Mikettinin layihələri əsasında "Pyotr barokkosu" üslubunda inşa edilmiş sadə çar sarayı, 1747-1752-ci illərdə imperatriça Yelizaveta Petrovnanın sifarişi ilə memar F.B. Rastrelli tərəfindən artıq "yetkin barokko" üslubunda yenidən inşa edilmişdir[6]. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Böyük saray "Peterhof" Dövlət İncəsənət və Memarlıq Saray-Park Muzeyinin tərkib hissəsi hesab olunur. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Sarayın əsas korpusundan hər iki istiqamətə birmərtəbəli qalereya ayrılır. Bu qalereyalar qərb tərəfdən Gerb, şərqdən isə Kilsə korpusu ilə tamamlanır[7].

Böyük saray İkinci Dünya müharibəsi zamanı

[redaktə | mənbəni redaktə et]

Böyük Vətən müharibəsinin ilk günlərindən etibarən, Peterhof saray-park ansamblının, xüsusilə də Böyük sarayın kolleksiyaları Novosibirsk və Sarapul şəhərlərinə evakuasiya olunması üzərində genişmiqyaslı işə başlanılmışdı. Qısa müddət ərzində işçilərdən ibarət kiçik bir komanda çox mürəkkəb və böyük işin öhdəsindən gəlmək məcburiyyətində qaldı: onlar ilk növbədə evakuasiya olunması vacib hesab olunan əşyaları müəyyənləşdirməli, rəsm əsərləri və dekorativ parça nümunələrini divarlardan çıxarmalı, çini və fayans qabları, həmçinin bütün büllur çilçıraqları ehtiyatla qablaşdırmalı idilər. İşçilər tərəfindən I Pyotrun kabinetindəki N. Pino tərəfindən hazırlanmış palıd üzərində oymalar da qismən çıxarılmışdı. Peterhof muzeyinin elmi tədqiqatçısı A.P. Çubova 1942-ci ildə mühasirədə olan Leninqrad şəhərindən bu cür yazırdı[8]:

" Qatçina, Puşkin, Pavlovsk və Peterhofun qiymətli əşyalarını müharibə zamanı hansı əziyyətlərlə evakuasiya olunmasını izah etmək olduqca çətindir. "

O daha sonra Böyük saray haqqda bunu yazırdı:

" Rotarinin bütün şəkilləri və Çesme zalındakı bütün əsərlər evakuasiya olunub... Ümumiyyətlə, divarda asılmış bütün şəkillər və çərçivələr çıxardılıb. Qızıl suyuna salınmış taxta fiqurlar və Tacir pilləkənində quraşdırılmış piyalə, bütün çini qablar və qobelenlər, bəzi otaqların ipək parça nümunələri təxliyə edilmişdi. Böyük sarayda artıq bir dənə də çilçıraq qalmamışdı... Bir çox başqaları kimi, onlar da Leninqradın Böyük İsaakisində sığınacaq tapmışdı. "

Böyük Sarayın müharibədən öncə kolleksiyasını təşkil edən 4000-dən çox əşyada, 2000-dən çoxu Rusiyanın başqa şəhərlərinə aparılmışdı. Muzey dəyərlərinin təxliyəsi ilə əlaqədar görülən işlər son saata kimi, döyüşlərin artıq şəhərin ətrafında gedən vaxta kimi, aparılırdı. Muzey əmlakının bir hissəsi - yəni irihəcmli mebel, böyük farfor vazaları, bəzi rəsm əsərləri, xalçalar, bürünc əşyalar Böyük Sarayın zirzəmisində gizlədilmişdir.

1941-ci ilin sentyabr ayında nasist işğalının elə ilk günlərində sarayda yanğın hadisəsi baş verir[9]. Yanğını söndürən heç bir kəs sarayda qalmamışdı, çünki faşistlər gəldikdən dərhal sonra, sakinlər şəhərdən qovulmuşdu. Yanğın nəticəsində interyerin boyanma plafonlar, yığma parket və qızılı taxta oymalar tamamilə məhv olmuşdu. Nasistləri quru qoşunlarının komandiri, General-Feldmarşal fon Rayxenau Hitlerin təlimatlarına uyğun olaraq əmr verir[10]: "Əsgərlər yalnız dayanacaq qismində istifadə etmək üçün lüzum bildikləri binalarda baş vermiş yanğınların söndürülməsində maraqlı olmalıdırlar. Başqa hər şey məhv edilməlidir. Şərqdəki heç bir tarixi binanın bədii dəyəri yoxdur". Çökmüş döşəmə və dam və sınıq pəncərə ilə, yanğından qaralmış saray bu vəziyyətdə 1944-cü ilə kimi qalırdı. 1944-cü ildə alman qoşunlarının Peterhofdan geri çəkilməsi zamanı, sarayın mərkəzi, yəni Petrov hissəsi partladılmışdı[11]. Onun yerində bir yığın xarabalıq meydana gəlir; yeganə ayaqda qalan cənub divarında isə əvvəlki gözəl pəncərələrin yerində böyük dəliklər əmələ gəlmişdi. Elə həmin gün, bütün ölkəyə nasistlər tərəfindən məhv edilmiş saray və fəvvarələrin fotoşəkilləri yayılmış və bir çox qəzet və jurnallarda çap olunmuşdu.

1944-cü ilin yazında Peterhofa Leninqrad cəbhəsindən bir qrup insan gəlir. Onlar "Rusiya incəsənətinin mirvarisini" bərpa etmək arzusunda idilər. Restavrasiya işləri ilk növbədə parklarda başlamışdı; fəvvarə və heykəllər yenidən bərpa edilmişdi. Peterhofun ilk bərpa edilmiş fəvvarələri 25 avqust 1946-cı ildə əvvəlki işinə başlamışdı. Lakin bu gözəl fontanların fonunda, Böyük sarayın yanmış xarabalıqları çox pis görünürdü. Pessimist insanlar tanınmış incəsənət muzeyinin əbədi yer üzündən itdiyini görürdülər.

1947-ci ildə memar və professor A.A. Olyanın emalatxanasında binanın xarici görünüşünün yenidən qurulmasını təmin edəcək yeni layihə tərtib olunmuşdu. 1948-ci ildə Sovet hökuməti XVIII-XIX əsrlərin görkəmli mədəniyyət və incəsənət abidəsi hesab olunan Böyük sarayı bərpa etmək qərarına gəlir. Arxiv, tarixi, ikonoqrafik və arxeoloji materialların diqqətli tədqiqatına əsaslanan, həmçinin abidənin tikinti tarixini hərtərəfli öyrənən bərpaçılar, 8 ildən sonra təmir-bərpa işlərinə start vermiş və sarayın xarici görünüşü yenidən qurmuşdular. 1964-cü ildə ilk otaqlar turistlər üçün açılmışdı[12].

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yuxarı bağ və ya Aşağı parkdan Böyük sarayın fasad görünüşü insanlarda təsir edici effekt yaratsa da, saray özü olduqca dar və göründüyü kimi elə də böyük deyil. Sarayın təqribən 30 otağı, o cümlədən; boyalı tavan, mozaik parket və divarları qızıl suyuna salınmış və mərmər fiqurlarla bəzədilmiş təntənəli otaqları var.

Təntənəli pilləkən

[redaktə | mənbəni redaktə et]
Təntənəli pilləkən
"Sədaqət" və "Ədalət" fiqurları ilə bəzədilmiş desüdeport
Təntənəli pilləkənin ümumi görünüşü

Təntənəli pilləkən sarayın qərb fligelində yerləşir. Bu həll memar Rastrelliyə əsas otaqların fasad oxu boyunca anfilada şəklində yerləşdirməyə imkan yaradırdı (bu prinsip memarın növbəti şah əsəri sayılan Böyük Yekaterina sarayında daha qabarıq formada həyata keçirilmişdir). Cüt işıqlandırma sistemi ilə təchiz olunmuş salon və dəbdəbəli tərtibatı ilə fərqlənən pilləkən sarayının ən cəlbedici interyerlərindən biridir. Burada Rastrelli az qala bütün mümkün dekor vasitələrdən istifadə edərək (ağac üzərində oyma, ferforje, yağlı boya ilə plafonların rənglənməsi, divarların tempera ilə boyanması) incəsənət sintezinin maksimal həddinə çatmışdır. Pilləkənin interyerində çoxşaxəli şəkildə müxtəlif heykəltaraşlıq formaları - barelyef, kartuş, heykəllər, rokayl və vazalar təqdim edilmişdir.

Ancaq dekorun əsas əsas elementlərindən biri, ənənəvi Rastrelli interyerlərinə xas olan qızılı ağac oyması hesab olunur. Tikinti və bəzək işlərin yerinə yetirilməsi 1751-ci ilə aiddir; rus ustalarından ibarət briqadaya İosif Ştalmeer başçılıq edirdi. Pilləkənin aşağı hissəsi, heykəltaraş Q. Mixaylova və E. Maslennikov tərəfindən Müharibədən sonrakı illərdə yenidən bərpa edilmiş oyma kariatid fiqurları ilə bəzədilmişdir. Yuxarı hissənin ən diqqət çəkən heykəlləri, pilləkənin üst meydançasında yerləşən Mövsümün alleqorik təsvirləri hesab olunur. Bahar, Yay (pilləkənin küncündə), Payız və Qış (birinci və ikincinin qarşısındakı taxçalara quraşdırılıb) gənc qız obrazında yaradılmışdır. Bahar, Yay və Payız heykəllərin təkrar surətini də Q. Mixaylova və E. Maslennikov yaratmışdı; Qış heykəli Böyük Vətən müharibəsi zamanı saraydan evakuasiya olunaraq xilas edilmişdi. Rəqs zalına aparan Giriş portalı zəfər tağı formasında öz həllini tapmışdı. Monumental desüdeportun əsas bəzək elementlərindən biri - "Sədaqət" və "Ədalət" adlı iki oyma fiqur hesab olunur. Portal S. Lebedevanın tərtib etdiyi modellər əsasında yenidən qurulmuşdu.

Divarlar bol-bol tempera ilə boyanıb, onun nəfis ornamentlərində isə gül çələngləri və digər bitki mənşəli motivlər, cüt başlı qartal, Yelizaveta Petrovnanın venzelləri heyrətamiz şəkildə bir-birilə toxunur. Apollon, Diana və Floranın boyalı fiqurları xəyali nişalara daxil olmuşdur; bu aldadıcı təsir interyerin yüngüllüyünü və rahatlığını daha da vurğulayır (interyer Antonio Peresinotti və onun köməkçiləri tərəfindən həyata keçirilmişdir). "Xəyali" effektin yaradılmasında, pilləkənə bol işıq şüalarının düşməsini sağlayan səkkiz böyük ranza pəncərələr böyük rol oynayır. Yuxarı yaruslarda barokko üslubuna səciyyəvi olan, insanlarda genişlik və rahatlıq hissi oyadan və işıqlandırma effektini daha da gücləndirmək üçün nəzərdə tutulmuş çoxlu aldadıcı güzgülü aynalar yerləşdirilmişdir.

Təntənəli pilləkənin tavanı "Bahar allegoriyası" adlı plafon ilə bəzədilmişdi. Plafon 1751-ci ildə Bartolomeo Tarsia tərəfindən hazırlanmışdır. Qurulmasından bu yana mənzərəli iş Yelizaveta Petrovnanın hakimiyyətinin şöhrətlənməsi, həmçinin incəsənət, elm və sənətkarlığın çiçəklənmə dövrü kimi qəbul olunur. Bundan başqa, interyerin ümumi simvolikası çox maraqlı formada interpretasiya olunur: o geniş şəkildə Rusiya dövlətinin rəmzini və İncəsənətə olan himayəsini, xalqının isə rifahını açıqlayır. Plafon L. Lübimov, V. Nikiforov, V. Korbanov tərəfindən yenidən qurulmuşdu. Məhz onlar tərəfindən həmçinin paduqa və təntənəli pilləkən divarlarının bədii dekorasiyası bərpa olunmuşdu. Pilləkənin major və dəbdəbəli əfval-ruhiyyəsi Rəqs zalında davam edir.

Şüşəbəndin interyeri
Zalın ümumi görünüşü

Təxminən 270 kvadrat metr olan Rəqs (və ya Tacir) zalı sarayın bütün qərb qanadını tutur. Dekorativ tərtibatına görə, sarayın ən dəbdəbəli interyeri xüsusi bayram ruhunda tərtib olunmuşdu. O 1751-1752-ci illərdə yaradılmış və tam şəkildə Rastrellinin ilkin planlarını özündə qoruyub-saxlamışdır. Rəqs zalının xüsusiyyətlərindən biri də, qərb və şimal bütöv divarlarının əsas hissəsini tutan saxta güzgülü aldadıcı aynaların tutmasıdır. Onların qarşısındakı divarlarlarda həqiqi, ikiyaruslu və böyükhəcmli pəncərələr yerləşir. Həm həqiqi, həm də saxta aynaların arasındakı boş yeri nəhəng güzgülər bəzəyir. Güzgülərin bolluğu təkrar vurma ilə artan "məkan effekti" yaradır.

Zalın bədii tərtibatında qızıl suyuna salınmış ağac oymaları üstünlük təşkil edir. Pəncərə arasındakı boşluqda və güzgülərin üzərində, Vergilinin "Eneida" və Ovidiyin "Metamorfoz" mövzularına aid (əsərlərin müəllifi Cuzeppe Valerianidir) tondolar yerləşir. Hal-hazırda tondoların dördü orijinal, digər on ikisi isə Böyük Vətən müharibəsi zamanı itirilmiş əsərləri əvəz etmək məqsədilə hazırlanan surətlərdir. Divardan tavana hamar keçid yaratmaq məqsədilə istifadə olunan paduqalar yapma kronşteyn və nəfis medalyonlarla bəzədilmişdir. Zal üçün xüsusi olaraq yaradılmış "Apollon Parnasda" adlı plafon (Bartolomeo Tarsia, 1751-ci il) bütün tavanı əhatə edir. Ağcaqayın, qoz, açıq və tünd palıd ağacından hazırlanmış ornamental mozaik parket dekorativ interyeri tamamlayır.

Mavi qəbul otağı

[redaktə | mənbəni redaktə et]
Mavi qəbul otağı

Kiçik Mavi qəbul otağı Rəqs və Çesmen zalları ilə bağlıdır; onun həmçinin şüşə qapılar vasitəsilə Gerb korpusu ilə sarayın əsas hissəsini birləşdirən uzun qalereyaya çıxışı var. Zal öz hazırkı adını interyerində istifadə olunan mavi ipək ştorfdan götürmüşdü. Yardımçı oda bir müddət kanselyariya kimi xidmət göstərmişdi: burada daimi olaraq katiblər və kamer-furyerlər xüsusi jurnallarda saray salnaməsini qeydə alırdılar. Bu jurnallarda saraya qonaq qismində gələn tanınmış şəxsələrin, kuryerlərin gediş və gəliş tarixi, həmçinin alınan mebel və aksessuarların sayı, qiyməti qeyd olunurdu. İnteryer Rastrelli tərəfindən hazırlanmışdır və sonrakı illərdə heç bir dəyişikliyə uğramamışdı. Hazırkı Mavi qəbul otağının muzey ekspozisiyasında XIX əsrin ortalarına aid "ikinci barokko" üslubunda mebel, bürünc əşyalar və İmperator Farfor Zavodunda hazırlanmış ampir üslublu vazalar təqdim olunur. Divarlar Peterhof peyzajını təsvir edən rəsm əsərləri ilə bəzədilmişdir; "Böyük saray və Böyük kaskada açılan mənzərə" adlı rəsm İvan Ayvazovskinin şah əsərlərindən biri sayılır. Qəbul otağı barokko planlı bütün qapalı otaqlar üçün xarakterik olan müxtəlif perspektivliyi ilə fərqlənir: onun pəncərələrindən Yuxarı bağ və Aşağı Parka mənzərə, şüşəli qapıdan isə "Gerbin altındakı" korpusa aparan qalereya görünür.

Böyük Peterhof sarayının Memorial zalı; bütün otaqlar içərisində Çesme zalı ən məşhurudur. Zal 25-26 iyun (6-7 iyul yeni təqvimlə) 1770-ci ildə (1768-1774-cü ilin Rus-Türk müharibəsi) Egey dənizinin sahilində yerləşən Çeşme şəhərinin yaxınlığında baş vermiş döyüşdə Rusiya donanmasının qələbə qazanması şərəfinə adlandırılmışdır. Çesme döyüşündə türk donanmasının məhv olunması xəbərini alan II Yekaterina, bu şərəfli hadisəni rəsm əsərlərindən ibarət silsilədə əbədiləşdirməyi düşündü. Elə həmin 1770-ci ildə "peyzaj ustası" ləqəbi ilə tanınan alman rəssamı Yakob Filipp Hakkert şəxsən imperatriçadan rus donanmasının hərbi şöhrətini və döyüşü vəsf eləyəcək seriya yaratmağı sifariş almışdır. Donanma hələ də "arxipelaq kampaniyası" olarkən (kampaniya 1774-cü ildə başa çatmışdır), rəssam artıq rəsm əsərləri üzərində işləməyə başladı. Hakkert o zaman İtaliyada həm yaşayır, həm də işləyirdi. Rəssamın gerçək şəkildə gəmidə baş vermiş partlayış və yanğını təsvir edə bilməsi üçün, 1771-ci ildə Rus donanmasının komandanlığı altında və minlərlə tamaşaçının iştirakı ilə köhnə 60 toplu "Müqəddəs Varvara" freqatı partladılmış və daha sonra batırılmışdır. Səhnə bir neçə tablonun, o cümlədən həmin seriyadan olan ən məşhur tablo olan "26 iyun 1770-ci ildə türk donanmasının yandırılması" əsərinin işlənməsi üçün lazım idi. Əsərlər seriyasına daxil olan 12 tablodan altısı bilavasitə Çesme döyüşünə həsr edilmişdir. Digər əsərlər isə türk ordusunun qalıqları ilə sonradan baş vermiş dpyüşləri və Q. A. Spiridov və Q. Orlovun rəhbərliyi ilə rus eskadrasının uzunmüddətli mübarizələrini əks etdirir. Tablolar döyüşdə iştirak edənlərin sənədli təsvirləri və döyüş cədvəlləri əsasında işlənmişdir.

1773-cü ildə rəssam əsərləri üzərində bütün işlərini yekunlaşdırdı; onlar üçün yer əvvəlcədən müəyyən edilmişdir - şəkilləri toplayacaq oda Peterhof sarayının Avanzalı seçilmişdir. Restrukturizasiya işlərinə Y.M. Felten başçılıq edirdi. İlkin Rastrelli interyerindən yalnız parket, divar aralarına quraşdırılmış güzgülər və L. Verner tərəfindən hazırlanmış "Sereranın Triptolemə bağışladığı başaq" adlı plafon qalmışdır. Felten interyeri klassik tərzdə yaradarkən, dekorativ tərtibatdan minimum şəkildə - divarların yalnız ağ və açıq sarı rəng kombinasiyasından, depüdeporlarda yerləşmiş barelyef və tavan paduqasında ciddi yapma ornamentlərdən istifadə edirdi. Onlardan biri, "Türk qəniməti" adlı rəsm birbaşa Çesme döyüşü mövzusu ilə əlaqədardır; digər əsərlər isə dəniz və qəhrəmanlıq mövzularını inkişaf etdirir. 1779-cu ildə yağlı boyalarla çəkilmiş böyük rəsm əsərləri (hər birinin ölçüsü təqribən 3.2 x 2.2 metrdi) özünün hazırkı yerini tutmuşdu. Zalın təyinatı radikal yenidənqurma işlərinin olmasına baxmayaraq, bununla belə dəyişməmişdir; əvvəllər olduğu kimi, burada imperiyanın ən yüksək şəxsləri və xarici elçilər bir araya gələrək müxtəlif mərasimlərə qatılırdılar.

Böyük Vətən müharibəsi zamanı, interyer tamamilə məhv edilmişdi. Rəsmlər evakuasiya edilsə də, tələsik tavandakı plafonu demontaj cəhdləri uğursuz oldu və o yandı. Müharibədən sonrakı illərdə başlanılan bərpa işləri zamanı onu əvəzləyəcək plafon aşkar edilmişdi. Bu Avqustin Tervestenin müəllifi olduğu "İfigeniyanın qurbanı" əsəridir (1690). Tematik olaraq, bu əsər Çesme zalının interyerinə əvvəlkindən daha uyğundur, çünki o Egey dənizi sahillərində baş vermiş əfsanəvi Troya müharibəsinin tarixi haqqda bəhz edir.

Peterhofda xatirə zalının meydana gəlməsi təsadüfi deyil: I Pyotr Böyük Şimal müharibəsində Rusiyanın qələbə abidəsi kimi görünməyini təmin etmək məqsədilə, özünün dəniz kənarındakı iqamətgahını müxtəlif avadanlıqlarla təchiz edirdi; rus silahının ucaltması mövzusu mükəmməl şəkildə məhz Çesme zalında əks olunmuşdur. Bu otaq şərəfli qalibiyyətin yeganə abidəsi deyil: Yekaterina türk donanmasının yandırılması xəbərini aldığı yerdə tezliklə möhtəşəm Çesme kilsəsi, onun yaxınlığında isə eyniadlı saray inşa olunmuşdur. Bundan başqa, Sarskoye Selo parkında bu hadisəni həmişəlik əbədiləşdirəcək Çesme sütunu, Qatçina şəhərində isə obelisk ucaldılmışdır. Həmçinin Qatçina sarayında sonradan Çesme qalereyası yaradılmışdır. Unudulmaz döyüş mövzusuna daha sonralar rəssam Ayvazovski dəfələrlə qayıdırdı: onun "Çesme döyüşü" adlı əsərinin prototipi Y. F. Hakkertin yaradıcılığı olmuşdur.

Çesme zalı 1969-cu ildə bərpa edilmişdi.

Taxt zalı

330 m2 sahəyə malik Taxt zalı sarayın ən böyük və təntənəli otaqlarından sayılır. Başlanğıcda zal "Böyük" adlandırılmış və dəqiq nə məqsədlərlə istifadə olunacağı müəyyənləşdirilməmişdir. İnteryer 1777—1778-ci illərdə Y.M. Felten tərəfindən yaradılmışdır. Rastrelli tərəfindən hazırlanmış əvvəlki barokko interyerindən yalnız parket qorunub saxlanılmışdır.

Zalın əsas bəzək elementlərindən biri rəsm əsərləri hesab olunur - onlara daxili tərtibatda ən mühüm yerlər ayrılmışdır. Qərb divarının demək olar ki bütün səthini rəssam R.Peton tərəfindən hazırlanmış 4 Çesme döyüşü adlı rəsm əsərləri bəzəyir və bununla da ondan əvvəlki otaqla ümumi kompozisiya formalaşdırır. İngilis rəssamı Riçard Peton döyüş haqqında məlumat əldə etdikdən dərhal sonra, bu mövzuda bir neçə rəsm hazırlamaq təklifini Londondakı Rusiya elçisi A.S. Musin-Puşkinə irəli sürdü. Onun arzusu müsbət qəbul edilmiş və artıq 1772-ci ildə dörd rəsm əsəri Sankt-Peterburqda gətirilmişdir. Onlar əvvəlcə Qış sarayında yerləşirdi; Taxt zalının tikinti işlərinin tamamlanmasından sonra isə onlar Peterhofa köçürülmüşdür. Yakob Hakkertdən fərqli olaraq, Riçard Peton gəmilərin dislokasiya yeri haqqda dəqiq məlumatları yox idi, buna görə də şəkillər yalnız təxmini olaraq döyüş hadisələrini interpretasiya edir. Buna baxmayaraq, onlar peşəkar şəkildə icra olunaraq, şübhəsiz bədii məziyyətə malikdirlər. Yaxınlıqda, yəni qapı portallarının üzərindəki yapma çərçivələrdə I Pyotrun və I Yekaterinanın rəsmi portretləri yerləşdirilib; qarşı divarda onlara simmetrik olaraq Anna İvanovna və Yelizaveta Petrovnanın portretləri quraşdırılıb (onların hamısı Henrix Buxholz tərəfindən yaradılıb). ikinci yarusdakı pəncərə arasındakı boşluğa I Pyotrun qohumlarının 12 portreti yerləşdirilmişdir.

Şərq divarının mərkəzi hissəsini, otağın ən böyük rəsm əsəri hesab olunan II Yekaterinanın böyük atlı portreti tutur. "Peterhofa yürüş" adı ilə tanınan əsər 1762-ci ildə rəssam V.Eriksen tərəfindən yaradılmışdır. Yekaterina burada Semyonov alayının mundirində və "Brilliant" adlı sevimli atının belində təsvir olunmuşdur. Kətan üzərində 28 iyun 1762-ci ildə baş vermiş tarixi saray çevrilişi və bunun nəticəsi olaraq Yekaterinanın ədalətli şəkildə "imperatriça" elan olunması məqamı göstərilmişdir. Yekaterina əri III Pyotrun yekun devrilməsinin uğurla sağlamaq üçün paytaxtadan Peterhofa istiqamətlənən qvardiyaçılardan ibarət təşviqat kampaniyasına rəhbərlik edirdi. Çağdaş insanlar imperatriçanın bu portretinin ən gerçək olduğunu qeyd edirdilər. Bu rəsm əsəsrinin hadisələrlə zəngin tarixi var. Yekaterinanın ölümündən sonra, otaq V. Eriksenin yaratdığı əsərin əvəzinə "I Pyotrun Ladoqa gölündə balıqçıları xilas etməsi" qobeleni ilə bəzədilmiş (otaq o zaman Petrov adlandırılmışdır) Yekaterinanın şəkli isə yaxınlıqda erləşən İngilis sarayına köçürülmüşdür. 1917-ci ildə İngilis sarayının digər dəyərləri nümunələri ilə birlikdə o Moskvaya evakuasiya edilmişdir; bir müddət rəsm əsəri Krem cəbhəxanasında, daha sonra isə Tretyakov qalereyasında saxlanılırdı. Yalnız 1969-cu ildə otağın tam bərpasından sonra, rəsm əsəri öz tarixi yerinə qaytarılmışdı.

Bədii əsərlərlə birlikdə interyeri gips barelyeflər uğurla tamamlayır. "Peterhof yürüşü" tərəfdən İ.P. Prokofyevin "Həqiqət və Xeyirxahlıq" və "Ədalət və Təhlükəsizlik" adlı alleqorik medalyonları (hər ikisi XVIII əsrin 70-ci illərində quraşdırılıb) yerəşir; Onların altında isə tarixi mövzulu: "Peçeneqlər üzərində qələbədən sonra knyaz Svyatoslavın Dunaydan dönməsi" (1769; müəllif A. M. İvanov) və "Knyaginya Olqanın Konstantinopolda Yelena adıyla vəftiz edilməsi" (1733, müəllif M.İ. Kozlovski, sonradan bu heykəltaraş "Şiri məğlub edən Samson" fontanını da hazırlamışdı) süjetləri yerləşir. Qeyd olunan bu barelyeflər müharibədən sonrakı illərdə, Q. Mikayılova və E. Maslennikov tərəfindən yenidən bərpa edilmişdi.

Yekaterinanın atlı portretinin yanında XVIII əsrin birinci rübünə aid rus taxt kreslosu quraşdırılmışdır. Rəvayətə görə, taxt Aleksandr Menşikovun sifarişi ilə onun Sankt-Peterburqdakı sarayında (bax Menşikov sarayı) şəxsi qonaqları (I Pyotru) qəbul etmək üçün hazırlanmışdır. Palıd taxt qızıl suyuna salınıb; onun üstü qırmızı məxmər, arxa hissəsi isə ikibaşlı qartal simvolikası ilə bəzədilib. XVIII əsrin ortalarında hazırlanmış ayaqaltı kətil - Peterhof sarayının autentik əşyalarından biridir.

Palıd yarpaqları formasında olan ametist rəngli çilçıraqlar otaq tərtibatında mühüm yer tutur. Felten zalın interyeri üzərində çalışarkən, yeni çilçıraqları sifariş etməməyi, onun əvəzində isə saray anbarında artıq uzun müddət saxlanılanlardan istifadə etməyi qərara alır. İlk baxışdan barokko üslubunda olan 12 çilçıraq eyni görünür. Amma zalda onların müxtəlif ölçülü və formalı dörd növü var. Çilçıraqlar dövlət mülkiyyətində olan Sankt-Peterburq Şüşə Zavodunda hazırlanmışdır. Oxşar çilçıraqlar həmçinin sarayın Çesme zalında və Ağ qonaq otağında yerləşir.

Barelyeflər ilə tamamlanmış zalın bütün mənzərəli dekorasiyası ayrıca bir siyasi motivə malikdir. Taxt zalı əvvəlcədən I Pyotrun etdiyi çoxsaylı işlərin davamçısı kimi mənəvi varisliyi qəbul edən II Yekaterinanın hakimiyyətinin nümayişi məqsədi ilə yaradılmış və tərtib olunmuşdur. Zalda həmçinin birbaşa və məcazı mənada imperatriça Yekaterinanın həmdolma mövzusu geniş ifadə olunmuşdu. Zalın tərtibatında mühüm yeri əlbəttə ki Rus-Türk müharibəsi mövzusu tutur: buraya R. Petonun yaratdığı əsərlərdən başqa tarixi paralellər vasitəsilə, həmçinin A.M. İvanovun və M.İ. Kozlovskinin barelyeflərini də aid etmək vacibdir.

Zal rəsmi mərasimlər və tədbirlər üçün istifadə edilirdi; lakin bundan başqa burada xüsusi hallarda, bal, maskarad və təntənəli axşam yeməkləri təşkil olunurdu.

Böyük Vətən müharibəsi zamanı, Taxt zalının demək olar ki, bütün ləvazimatları və bəzək tərtibatı məhv edilmişdi; Peterhofun azad olunmasından sonra (və müharibədən sonrakı ilk illərdə) zalın şimal divarında böyük bir dəlik var idi. Taxt zalının bərpa işləri tam olaraq 1969-cu ildə tamamlanmışdı.

Audients zalı Böyük Peterhof sarayının digər mərasim otaqlarına nisbətən daha kiçikdir; onun interyeri B.F. Rastrelli tərəfindən hazırlanmışdır. Sarayın ilkin orijinal planlaşması mövcud zalın yerində iki daha kiçik ölçülü otağın və onların arasında bol işıqlı həyətin yaradılmasını güman edirdi, lakin memarın bu planı sonradan rədd edilmişdir. Rastrelli eyni ölçü içərisinə artıq Audients zalını daxil etməyə məcbur oldu. Burada əsas problem, gələcək otaq üçün ayrılmış məkanın bir tərəfdən Taxt zalı, digər tərəfdən isə Ağ yemək otağı arasında sıxılması idi; eyni zamanda böyük və hündür ikiqat pəncərələr sarayın hər iki tərəfinə çıxmalı idi. Beləliklə yenidənqurma işlərindən öncə, uzun saray otaq məkanı boyunca dar və yüksək çıxıntı mövcud idi. Memar uğurla çox gəliz tərtibat işlərinin öhdəsindən gələrək, qeyri-adi kompozisiya ustalığını nümayiş etmişdir. Rastrelli longitudinal divarların ikinci yarusuna özünün xarakterik yalançı güzgü pəncərə qurğularını quraşdırmış (hər tərəfə 5 ədəd) və bununla vizual olaraq dar zalın həcmini böyütmüşdür. Digər Rastrelli saray interyerlərindən fərqli tavan paduqası, trelyaj qəfəsi imitasiya edən həcmli və göz oxşayan aydın qızılı dekorasiya ilə vurğulanmışdır.

Zalın şaquli həcminin seçilməsinin başqa bir üsullarından biri, otaq küncləri və longitudinal divarlarda yerləşən pilyastrlar idi (memar sarayın interyerində çox nadir hallarda orderdən istifadə edirdi). Ənənəvi barokko üslubunun elementlərindən biri də güzgülər idi; zalın aşağı yarusunda onlardan tam şəkildə istifadə olunmuşdur. Kaminin yuxarısında, mərkəzində və qarşısında nəhəng güzgü, onların sol və sağ tərəfində, həmçinin aynaarası divarlarda daha kiçik ölçülü güzgülər yerləşir; xəyali perspektivlərin bu qədər çoxluğu vizual məkanının genişlənməsinə imkan yaradır. Dekorasiyanın əsas elementi Rastrelli üçün ənənəvi xarakter daşıyır - bu qızılı işləmələrlə bəzədilmiş ağac oymasıdır. Güzgü çərçivələri mürəkkəb və bir qədər "şıltaq" naxış ornamentləri ilə seçilir. İnteryerin maraqlı detallarından biri də, pəncərə ətrafındakı ornamentləri taclandırılan qadın büstləridir; onların forması müxtəlif qadın başlarını yüksək dəqiqliklə təkrarlayır.

Tavan Audients zalının unikal və yeganə rəsm əsəri ilə bəzədilib; plafon Torkvato Tassonun yekun "Azad olunan Yerusəlim" epizodunu təsvir edir. Plafon P. Ballarini tərəfindən 1754-cü ildə xüsusi olaraq Audients zalı üçün boyanmışdır (italyan rəssamı Rusiyada qısa müddət çalışmış və bu plafondan başqa heç bir şey yaratmamışdır). Sənət əsəri sarayın digər plafonlarından qeyri-adi mövzu seçimi ilə fərqlənir: şərti allegoriyaların əvəzinə burada məhəbbət və qəhrəmanlıq poeması seçilmişdir. Müharibə zamanı plafon məhv edilmişdir; indi onun yerində yenidən boyanmış surət yerləşir.

Keçmişdə zal kiçik dövlət qəbulları üçün istifadə olunurdu. XIX əsrin ortalarında bütün saray otaqlarında qonaqlar üçün şam yeməklərinin verilmə təcrübəsi Audients zala da toxunmuşdur - belə ki, burada yalnız "stats" (dövlətə xidmət edən) xanımlar üçün yer verilirdi.

Ağ yemək otağı

[redaktə | mənbəni redaktə et]
Ağ yemək otağı

Ənənəvi Rastrelli qaydalarında hazırlanmış ilkin yemək otağının dekor işlərinin populyarlığı çox uzun sürmədi. 1774-1775-ci illərdə otaq Y.M. Felten tərəfindən əhəmiyyətli dərəcədə dəyişdirilmişdir. Dəyişikliklərin xarakterinə görə, o özünün indiki adını qazanmışdır. Ağ yemək otağı ondan əvvəlki zalın interyerinə nisbətən təəccüblü şəkildə ziddiyyət təşkil edir: bol miqdarda qızılı parıltı və güzgülərin yaratdığı işıq oyunundan sonra yemək otağının demək olar ki, tam monoxrom və tutqun fakturası diqqəti cəlb edir. İnteryer klassisizm üslubunun ciddi qanunlarına əsasən hazırlanıb, buna görə də iki bitişik otaq arasında asanlıqla kontrast fərqlərini və üslubiyyat yanaşmasını görmək olar. Zalda paduqalar yoxdur; tavan divar səthi ilə təmasda olmayan monumental karnizlə vurğulanıb. Taxtadan hazırlanmış oyma qızılı pannolar gips yapmalar ilə əvəz olunmuş, desüdeportlar isə öz yüngüllüyünü itirərək sandriklərin köməyi ilə gücləndirilmişdi. Üfuqi dartma, karniz və sandriklər kompozisiya baxımından qapalı interyer yaradır. Ən əsas pəncərə və ya güzgü təsiri vasitəsilə yaranan məkan perspektivlərini ortaya çıxarmaq arzusunda olan barokko üslubundan fərqli olaraq, klassisizm yanaşması tarazlaşdırılmış və daxildən tamamlanmış məkan istəyi, həmçinin özünün kifayət qədər harmonik təşkil etmə qabiliyyəti ilə xarakterizə olunur. Bu yanaşma tam olaraq Feltenin həyata keçirdiyi interyerdə reallaşmışdır.

Ağ yemək otağı sarayın digər zallarından rəsm əsərlərinin ümumiyyətlə olmaması ilə seçilir. Otağın başlıca bəzək elementlərindən biri, digər interyerlərdə yalnız dəstəkləyici rol daşıyan divar barelyefləri hesab olunur. Bütün yapma pannolar Rusiya heykəltaraşları tərəfindən həyata keçirilmişdir. Üzərində təsvir olunan bolluq alleqoriyaları (meyvə və güllərlə dolu zənbilləri saxlayan kupidonlar), ov qənimətlərindən, yuxarı yarusda isə musiqi alətlərinin ibarət kompozisiya barelyeflərin əsas mövzusudur. Yuxarı yarusdakı divar aralarını F.Q. Qordeyev tərəfindən yaradılmış və "Dionislə Ariadna" mifoloji hekayələrinə istinadlanan böyük medalyonlar bəzəyir.

Müasir zal ekspozisiyasında "Vedjvud servizi" (servizin bir hissəsi, yəni 196 əşya) sərgilənir. İncə çiçək naxışlı və qeyri-adi bənövşəyi-yasəmən rəngli çini qablar Staffordşir şəhərində yerləşən "Etruria" zavodunun başçısı C. Vedjvud tərəfindən hazırlanmışdır. Bu sonralar bütün dünyada məşhurlaşmış ingilis dulusçu və çinicisi Vedjvudun erkən əsərlərindən biridir. II Yekaterina həmin servisi 1768-ci ildə sifariş etmişdir; Vedjvud 1500 əşyadan ibarət servizi imperatriçaya yalnız 1779-ci ildə tam hazır olduqdan sonra göndərmişdir. Sərgilənən əşyaların hamısı Vedjvudun zavodunda hazırlanmayıb; zamanla sınan qablar Rusiya manufakturalarda yaradılan surətlərin hesabına doldurulurdu.

XVIII-XIX əsrlərdə saray əhli tərəfindən düzənlənən təntənəli mərasim xüsusiyyətli nahar və ya şam yeməkləri bir neçə saat davam edirdi; menyu özündə bir neçə tənəffüsü birləşdirirdi, uzun söhbətlər arasında yeməklərin soyumaması üçün, qablar qaynar su ilə dolu "vodyanitsaların" içərisinə salınırdı. Təntənəli şam yeməkləri ən azı 500 ştat işçi, o cümlədən baş aşpaz, lakey, qəhvədüzəldən və digərləri tərəfindən xidmət olunurdu.

Ağ yemək otağı sarayın böyük təntənəli zallarından ibarət anfiladanı bağlayır. Planlaşmada onun yerləşdiyi yer rəsmi zal və özəl (şəxsi) saray otaqları arasında sərhəd keçirir. Yemək otağına birləşən köməkçi bufet odaları müxtəlif əşyaların saxlanılması və yeməklərin hazırlanması üçün istifadə olunurdu. Bufet odaları palıd masası və qab-qacaq saxlanılan şkaflarla təchiz olunmuşdur. Hal-hazırda Bufet odaların birində A. Sanders Muzeyinin kolleksiyasına aid rəsm əsərləri nümayiş olunur.

Çin kabinetləri

[redaktə | mənbəni redaktə et]

Öz tərtibatına görə Peterhof sarayının ən ekzotik interyerindən biri şübhəsiz Qərb və Şərq Çin kabinetləri hesab olunur. Onlar Şəkilli zalı öz dövrəsinə alaraq, sarayın mərkəzi oxuna nisbətən simmetrik yerləşirlər. Bu, ilkin dövrdən sarayın mövcud olmuş hissəsidir; zamanla o yenidənqumaya məruz qalmış və öz funksional məqsədini dəyişdirmişdir. Əvvəllər I Pyotrun dövründə Şərqi Çin kabinetində yemək otağı yerləşirdi.

Çin kabinetinin 1766-1769-cu illərdə həyata keçirilmiş tərtibat-təchizat ideyası imperatriça II Yekaterinaya məxsusdur. İnteryer memar J.B. Vallen-Delamot tərəfindən hazırlanmışdır. Dekorativ tərtibatın əsasını təşkil edən Çin lak şirmaları hələ I Pyotrun dövründə Rusiyaya gətirilmişdir. Şirma laylarının qalınlığı, onların daha sonradan bəzədilməsində istifadə edilməsi üçün uzununa kəsilmişdir. Hər kabinetdə memar 5 dekorativ panno quraşdırmışdı (hal-hazırda onların yalnız ikisi orijinaldır, qalan səkkizi isə müharibə dövründə itmiş və sonradan yenidən yaradılmışdı). Qara fon üzərində boyanmış rəsm əsərləri XVII əsrin sonu - XVIII əsrin əvvəlinə aid Çin təsviri incəsənət nümunələrinə xarakterikdir. Süjetlər içərisində ənənəvi kənd səhnələri və ada landşaftları üstünlük təşkil edir. Üç panno başqalarından kəskin şəkildə öz mövzu orijinallığı ilə fərqlənir: onların üzərində ipək istehsalının mərhələləri, hərbi yürüş və düyü məhsulunun yığımı təsvir olunmuşdur. Lakin harmonik interyerin yaradılması üçün Çin pannolarına ayrılan sahənin kifayət qədər olmadığını görən memar Vallen-Delamot uzantılı çərçivələrdən istifadə etmək qərarına gəlir və tez bir zamanda onun tərtib etdiyi eskizlər əsasında rus lak ustalarını bu gəliz işi uğurla yerinə yetirirlər. Pannoların incə stilizasiyası qüsursuz şəkildə hazırlanmışdır. Pannolar üçün mövzu qismində həmçinin peyzaj motivləri, heyvan, gül və quşların şəkilləri xidmət göstərmişdir. Panno əlavələrinə quraşdırılmış şəkillər təkrar olunmur. Ən böyük yığma pannonun ölçüsü 4,5 x 2,3 m-dir. Laklı pannoların arxa fonu üçün ipək ştoflar seçilmişdir (qızıl çalarlı ştof Şərq, tünd qırmızı isə Qərb kabineti üçün). Qapılar da divarlar kimi Çin üslublu lak rəsm əsərləri ilə bəzədilmişdir. Memar otağın qapıarını qeyri-adi beşbucaqlı formada düşünmüşdü; Qərb kabinetinin desüdeportları beşbucağın zirvəsində yerləşən stilizə olunmuş günəş diskləri və dinamik şəkildə ayaqlarını günəşə uzadan qızılı əjdaha fiqurları ilə bəzədilmişdir.

Cilalanmış suvaq üzərinə lak texnikasıyla boyanmış ornamental plafonlar çini sıraltı divar naxışlarını xatırladır (kabinetdəki qeyri-adi böyük ölçüdə olan fayans buxarılar məhz sıraltı rəssamlıq texnikasıyla yaradılmışdır). Tavan Çin üslubunda boyalı şüşəli fənərlərlə bəzədilib. Onlar 1840-cı ildə buraya gətirilmişdi; bu otaq interyerinin sonuncu əlavələrindən idi. Kabinetin parketi digər zalların içərisində ən qarışıq və mürəkkəb naxışı ilə seçilir; o bir sıra qiymətli ağac növlərindən istifadə etməklə (amarant, qızılgül, eben, qoz, səndəlçinar ağacları) marketri texnikasının köməyi ilə hazırlanmışdır. Otaqlarda zərif üslubiyyata uyğun olaraq müxtəlif mebel və bədii dekor əşyaları uyğunlaşdırılmışdır. Mebellərin bəziləri əsl Çin əşyalarıdır (Qərb kabinetində yerləşən qırmızı lak ilə boyanmış masa və gül ağacından hazırlanmış və sədəflə inkrustasiya olunmuş stul); digərləri isə, Avropa ustalarının Çin ruhunda əl işləridir. Şərq kabinetində ingilis mebel ustaları tərəfindən lak boya ilə boyanmış müxtəlif əşyalar: yazı masası, oturacaq və divar saatları nümayiş olunur.

O zaman Avropada, xüsusilə də Fransada Uzaq Şərq ekzotikasına aristokratiyanın yüksək marağı və orijinal məhsulun az rast gəlməsi, yeni "Şinuazri" (fr. Chinoiserie) üslubunun yaranmasına və bu üslubda mebellərin yüksək templə istehsalına təkan yaratmışdır. Konstruktiv şəkildə avropa istehsallı olmasına baxmayaraq, bu mebellər rəsm və dekorativ detalların köməyi ilə uğurla Çin üslubu təqlid edirdi. Vallen-Delamotun rəhbərliyi altında zəngin koloristikalı interyerlərin üzərində Antonio Perezinotti, Aleksey və İvan Belski qardaşları, A.Trofimov, İ.Skorodumov və “lak işləri üzrə usta” Fyodor Vlasov kimi o dövrün çox görkəmli rəssamları işləmişdir. Muzeyin müasir ekspozisiyasında XVII-XIX əsrlərdə Çin və Yapon ustaları tərəfindən hazırlanmış farfor kolleksiyası: qab, vaza, şamdan, heykəlciklər; Kanton minası ilə bəzədilmiş qutular təqdim olunmuşdur.

Böyük Vətən müharibəsi zamanı Qərbi Çin kabinet demək olar ki, tamamilə məhv edilmişdi; qonşu Şəkilli zalda olduğu kimi, mərtəbə döşəmə və piltələri çökmüşdür, Böyük kaskada baxan dam və otağın şimal divarı, eləcə də Qərbi Çin kabineti ilə Şəkili zal arasındakı divar möcüzəvi şəkildə dağıntıdan xilas olmuşdur. Şərq Çin kabinetinin divar və döşəməsi xilas olsa da, onun bəzək işləmələri demək olar ki, tamamilə məhv olmuşdur.

Qərb Çin kabinetinin dekorativ tərtibatı 1971-1972-ci illərdə yenidən yaradılmışdır. Çin kabinetlərinin plafon, qapı, panel və dekorativ pannoları L. Lyubimovun rəhbərlik etdiyi və N. Bıçkov, F. Vasiliyev, B. Lebedev və Andreyevadan ibarət rəssamlar tərəfindən yaradılmış ciddi elmi tədqiqat qrupu əsasında, laklı rəsm texnikası ilə yenidən bərpa edilmişdir. 1971-ci ildə bu çətin iş SSRİ Rəssamlıq Akademiyasının Qızıl medalı ilə təltif edilmişdir.

Şəkilli zalın giriş hissəsi

Çin kabinetlərinin dövrəsində yerləşən işıqlı pəncərə sıralarına malik geniş otaq, saray zallarından ibarət planlaşdırmada mərkəzi yeri tutur. Onun arasından nəinki sarayın, həmçinin Aşağı park və Yuxarı bağın əsas kompozisiya oxu keçir. Aşağı yarusda yerləşən və giriş qapısı funksiyasını daşıyan böyük pəncərələr hər iki tərəfə açılır və oradan Aşağı parkı kəsərək Fin körfəzinə tökülən dəniz kanalının əsas perspektivinə və Yuxarı bağın fəvvarə hovuzlarına gözəl mənzərə açılır (hər bir pəncərə-qapının öz eyvanı var).

Şəkilli zal Böyük Peterhof sarayının ən qədim otaqlarından biridir; o hələ I Pyotrun "Dağlı palatalarının" tikintisi zamanı yaranmışdır. Binanın ilkin variantda zal ən iri təntənəli mərasim otaqlarından olmalı idi. Zalın həcmi və miqyası bütün sonrakı edilmiş yenidənqurma işləri zamanı heç bir dəyişikliyə uğramamışdır; o, hətta imperatorun planına əsasən Leblon və Nikkolo Miketti tərəfindən həyata keçirilmiş orijinal bəzək elementlərini qoruyub saxlamışdır. Həmin bəzək elementlərinin arasında, 1726-ci ildə Bartolomeo Tarsia tərəfindən "Heroqliflərin tarixi" mövzusuna aid yapma karniz, paduqa və plafonların üzərindəki nəfis rəsm əsərləri daxildir. Mürəkkəb çoxfiqurlu kətan (üzərində otuzdan çox personaj təsvir olunmuşdur) qəhrəmanı (yəni I Pyotru) izzətləndirir; onun üzərində cüt başlı qartal ştandartı dalğalanır, onun ətrafında isə üzük və qanadlı əbədiyyəti təcəssüm edən qadın və cəhaləti məhv edən Həqiqət alleqoriyaları - Femida, Afina, SereraMerkuri antik tanrılarının fiqurları - yerləşir. Həmçinin burada Hərbi şöhrətin atribut və emblemləri təsvir edilmişdir, genişmiqyaslı fiqurlar zaman, həqiqət, şərəf, güc, vətənpərvərlik və donanma zəfərlərini simvollaşdırır. Bayraqlarla əhatə olunmuş künc medalyonlarına Neptun, Mars, ApollonBellonanın profilləri həkk edilmişdir.

Güzgülü kamin və rəsm əsərləri

Məlumdur ki, I Pyotrun dövründə interyeri fransız qobelenləri və italyan rəssamları tərəfindən hazırlanmış 16 rəsm əsərləri bəzəyirdi; məhz buna görə də otaq uzun müddət "İtalyan salonu" adı ilə tanınırdı. Sonrakı illərdə zalın tərtibatı dəfələrlə yenidənqurmaya məruz qalmışdır. XVIII əsrin 50-ci illərində Bartolomeo Rastrellinin layihəsi əsasında interyer dəyişdirilmişdir: zalda mərmər metlaxı əvəz edən parket yaradılmış, barokko üslublu çərçivələrin içərisinə isə böyük güzgü və desüdeportlar yerləşdirilmişdir. Uzun qanadlı quş heykəllərinin və qadın büstlərinin əhatəsində olan ifadəli heykəltaraşlıq kompozisiyası müxtəlif variasiyalarda sonrakı yaşayış otaqlarında bir neçə dəfə təkrarlanır.

1764-cü ildə Jan Batist Vallen-Delamot tərəfindən hazırlanmış və P. Rotarinin köməkliyi ilə boyanmış asma şpaler şəkillər tamamlandıqdan sonra, zal özünün indiki görünüşünü əldə etmişdir. 1756-cı ildə Rusiyaya gələn qraf Pyetro Rotari idealizə edilmiş portret ustası reputasiyasına malik idi; o Peterhofda saray rəssam təyin edilərək imperatriça Yelizaveta Petrovnanın lütfiyyətindən açıq şəkildə istifadə edirdi. Bununla belə o rus incəsənətində geniş bir iz qoymuşdur: onun yanında F.S. Rokotov və İ.S. Arqunov kimi rəssamlar dərs alırdı. 1762-ci ildə Rotari vəfat edir; II Yekaterina italyan rəssamın emalatxanasında qalan bütün yağlı boyalarla çəkilmiş əsərlərini onun dul arvadından satın almışdır. Onların bir hissəsini Rotari o vaxt özü ilə birlikdə Almaniya və İtaliyadan gətirmişdir, geridə qalan şəkillərin əksəriyyəti isə artıq Rusiyada yaradılmışdır. Kostyumların böyük bilicisi olan Rotari, ideallaşdırılmış gənc oğlan və qızların portretlərini ənənəvi geyimlərdə (polyak, rus, türk, macar, tatar və s.) çəkməyi çox sevirdi. Peterhofda saxlanılan rəssamın əsərlərinin çoxu elə məhz belə portretlərdir. Rotari çox məhsuldar və dəbli rəssam idi: Oranienbaum saray-park kompleksinin Çin sarayında "Rotari kabineti", Yusupov sülaləsinin Moskva ətrafında yerləşən Arxangelskoye mülkündə isə "Rotari salonu" mövcud idi; hal-hazırda onun işləri rus və xarici muzeylərinin kolleksiyalarında təmsil olunur. Ancaq rəssamın əsərlərindən ibarət ən böyük kolleksiya Şəkil zalında təqdim olunub: 368 rəsm əsəri divarların demək olar ki, bütün sahəsini tutur. Şpaler asma üsulu tez-tez interyerlərin bəzədilməsində istifadə olunurdu; Peterhofun "Ermitaj" pavilyonu eyni şəkildə bəzədilib, həmçinin Böyük Yekaterina sarayında da Şəkilli zal mövcuddur - burada rəsm əsərlərinin yerləşdirilmə prinsipi eyni şəkildə həyata keçirilib. Lakin bu vaxta kimi heç bir şpalera eyni rəssamın əsərləri ilə bəzədilməyib; bu baxımdan da, Böyük sarayda yerləşən interyerin analoqu yoxdur. Yelizaveta Petrovnanın dövründə bir müddət "Köhnə" adlandırılan zal çox keçmədən "Dəb və qrasiya kabineti" və "Rotari qalereyası" olaraq tanınmışdır. Nəhayət, XIX əsrdə zal özünün müasir adını əldə etmişdir.

Zalın muzey ekspozisiyasında, ziyarətçilərə illüstrasiya etmək məqsədilə bir neçə mebel əşyası təqdim edilmişdi; onlar otağın ayrı-ayrı vaxtlarda nə üçün istifadə edildiyini nümayiş etdirir. XVIII əsrin qatlanan lomber masası burada tez-tez kart oyunlarının təşkil olunduğunu göstərir. Zalın ortasında 1794-cü ildə Moskvada usta Yohann Ştümpf tərəfindən hazırlanmış böyük fortepiano quraşdırılıb; XIX əsrdə bu otaqda imperatriçanın kiçik dairəsi üçün musiqi axşamları təşkil olunurdu.

Kəklikli qonaq otağı

[redaktə | mənbəni redaktə et]
Kəklikli qonaq otağı (musiqi otağı)

Petrodvoretsin Kəklikli qonaq otağı (və ya Buduar) sarayın qadın hissəsində yerləşən anfilad-otaq sırasının girişi sayılır. Yataq və Tualet otaqlarlarının bilavasitə yaxınlığında yerləşən qonaq otağı, imperatriça və onun freylinalarının səhər məşğuliyyəti və sərbəst vaxt keçirmələri üçün istifadə olunurdu. Bu otaq Böyük Pyotr sarayının köhnə hissəsində yerləşir. B.F. Rastrelli tərəfindən həyata keçirilmiş yenidənqurma işlərindən öncə, qonaq otağının yerində sahəsi daha kiçik iki oda yerləşirdi. Bununla belə, ən maraqlısı - bu otaqların birinində pəncərənin olmaması idi. Sonradan Rastrelli interyeri Y.M. Felten tərəfindən yenidən dəyişdirilmişdir. Buna baxmayaraq, Felten otağın əsas, ona xarakterik xüsusiyyətlər verən elementləri - divar və qapıların üzərindəki bəzi qızılı bəzəkləri və qonaq otağında yerləşən divanı otağın qalan hissəsindən ayıran alkovu qoruyub saxlamışdır. Felten səthi divarları axar və süzgün şəkildə alkova əyərək, divan üçün yeni bir nişa yaratmışdır.

Otağın adı divarlarını bəzəyən nəfis və incə dekorlardan götürülmüşdü. Üzəri kəklik təsvirləri ilə bəzədilmiş, gümüş çalarlarlı solğun mavi ipək parça, gül çələngləri və buğda sünbüllərindən ibarət ornamentin içərisinə daxil edilmişdir. Ornamentlər Filipp de Lassalın (və ya De La Salın ) eskizləri əsasında yaradılmışdır. Lionlu rəssam XVIII əsrin ikinci yarısında böyük şöhrət qazanmışdır: o bütün Avropa monarxlarının iqamətgahları üçün döşəmə ipək parçaların eskizləri üzərində işləmişdir. "Kəklik" ideyası xüsusi olaraq Peterhof sarayı üçün tərtib olunmuşdur; bahalı ipək parçaların sifarişçisi imperatriça II Yekaterina idi. Yıpranmış parçalar XIX əsrdə Rusiyanın müxtəlif fabriklərində iki dəfə (18181897-ci ildə) əsli ilə tam uyğun şəkildə bərpa edilmişdir. Hələ XIX əsrin sonunda toxunmuş həmin ipək parçanın kiçik materiyası Böyük Vətən müharibəsindən sonra otağın qərb divarının sıxılması və digər divar döşəmə istehsalı üçün nümunə olaraq interyerin yenidən qurulmasında istifadə edilmişdi.

Qonaq otağının tavanını üzərində XVIII əsrin naməlum fransız rəssamı tərəfindən hazırlanmış və alleqorik tərzdə "Gecəni qovan Gündüz"-ü təsvir edən oval plafon bəzəyir. Əvvəllər tavan rəssam qardaşlar Aleksey və İvan Belski tərəfindən tempera ilə boyanmışdır, lakin rəsm əsəri müharibə dövründə əbədi olaraq itirilmişdi.

Kəklikli qonaq otağında J.B. Qrözün dörd əsəri, o cümlədən "Masa arxasında oturan qız" şəkli (1760-cı illər) sərgilənir. Bir başqa diqqət çəkən eksponatlar içərisində, XVIII əsrin sonunda London şəhərində yerləşən musiqi alətlər üzrə ixtisaslaşmış böyük bir şirkətin başçısı, fransalı usta Sebastian Erard tərəfindən hazırlanmış gözəl arfanı nümunə gətirmək olar.

Qonaq otağı 1964-cü ildə bərpa edilmişdi.

Divanlı zal

Sarayın qadın yarımhissəsində yerləşən apartamentlərin mərkəzi yeri Təntənəli yataq otağı tutur. O sarayın Pyotr fligelində memar Rastrelli tərəfindən genişlənmiş rizalitin mərkəzi hissəsində yerləşir. Lakin burada Yelizaveta dövrünü yalnız oyma naxışlı divar panelləri, pəncərə çərçivələri, qapılar və XVIII əsrin ortalarında yaradılmış binaların əksəriyyətində xarakterik olan "ziqzaq" parketlər xatırladır. Ümumilikdə isə, interyerin hazırkı görünüşünü 1770-ci ildə formalaşmışdır; bu vaxt memar Y.M. Felten imperatriça II Yekaterinanın sifarişi ilə taxta arakəsmələrdən istifadə edərək iki otaqdan ibarət kompleks yaratmışdır - onlardan biri təntənəli Yataq otağı, digəri isə Taclı zal idi. Otağın görünüşünü müəyyən edən əsas memarlıq vurğusunu memar bir zamanlar əsas yatağın quraşdırıldığı alkov taxça arakəsməyə köçürmüşdür.

F.B.Rastrellinin tələbəsi və klassisizmin bərpası dövrünün memarı olan Felten buradakı qızılı taxta sapları dəyişir, lakin, qəribə şəkildə əyilmiş qızılı və çəhrayı tumurcuqlarla yanaşı, döşəmədə dəqiq çəkilmiş həndəsi fiqurlardan,sakit dairəvi altlıqlar və sanki onlardan sallanırmış kimi görünən gül kompozisiyasından istifadə etmişdir. Zal kompozisiyasına xüsusi bir zərifliyi gül və dəfnə pöhrə buketləri ilə bəzədilmiş şaquli yönümlü lent dayaqlar verir. Nəzərə çarpan dəyişikliklərə baxmayaraq, Yataq otağı əvvəlki kimi Anfiladaya bağlı qalmışdır ki, bu da XVII əsrin birinci yarısı - XVIII əsr müddətində Avropa saray memarlığı dəbinə uyğun olsa da, müasir memarlıq tələblərinə cavab vermirdi - yaşayış interyerinin komfortabelliyi və birinci mərhələdə intim məkanın gizliliyi az qorunurdu. Anfiladadan yatak otağının təcrid edilməsi əhəmiyyətli dəyişiklik və yenidənqurma tələb edirdi. Felten yataq otağının yerini binanın rizalitində istifadə edərək, yeni fərqli bir həll irəli sürdü. 1779-cu ildə oda boyunca, bir qapıdan o biri qapıya kimi guşəli tağları olan taxta "Türk arakəsməsi" quraşdırılmışdır. Arakəsmələr azad dülgər ustası Vekmanın rəhbərliyi altında, Ojigin və Zabarovski tərəfindən qızılağac və cökədən hazırlanmışdır.

Alkov nişada quraşdırılmış təntənəli yataq yox olur və onun yerinə qərb divarının arxasındakı arakəsməyə geniş və alçaq "Türk divanı" yerləşdirilir. Rəvayətə görə, onu II Yekaterinaya Rus-Türk müharibəsinin cəbhələrindən Potyomkin göndərmişdir. Bu cür divanlar o dövrdə çox dəbli idi və Peterburqun bir çox saraylarında "Türk zövq ilə hazırlanmış sofa"lar quraşdırılmışdır. O vaxtdan bəri, otaq "Divanlı" adı ilə məşhurlaşmışdır. Divanlı otağın divarları "müxtəlif fiqurlu Çin ipək materiyası" ilə üzlənmişdir. Divar naxışlarının əsas süjeti - adi gündəlik səhnələrdir. İnsanlar balaca evlərdə sakitcə söhbət edir, balıqçılıqla məşğul olur, küçə təlimçilərinin tamaşalarını seyr edir, ovla məşğul olur və satıcılardan dekorativ saxsı bitkiləri alırlar.

Divanlı zalda yerləşən təvazökar yumurtavari çini vaza nadir və qiymətli relikviya kimi saxlanılır. O incə icra edilmiş mavi sıraltı kobalt naxışlarla bəzədilib. Onun tutacaqları saqqallı qoca maskaronlarını və su bitkilərin yarpaqlarını xatırladır. Vazaların səthi kiçik cüt başlı qartal və oxlu dairələr ilə bəzədilmişdir. Bu cür ornamentləri böyük rus alimi və çinicisi, Mixail Vasilyeviç Lomonosovun yaxın dostu Dmitri İvanoviç Vinoqradov işarələyirdi. Məhz ona 1748-ci ildə yerli farforun ilk məhsullarını yaratmaq nəsib olmuşdur.

O zamanlar Avropada yalnız iki şəhər - Drezden yaxınlığındakı "Mayssen" və Vyana zavodları çini istehsal edirdi. Onların istehsal metodu hamıdan gizli saxlanılırdı. D.İ. Vinoqradov gəliz və uzun araşdırmalar apardıqdan sonra, keramika kütləsinin yaradılması üçün yeni bir resept hazırlamışdır. Onun bilavasitə iştirakı ilə, 1744-cü ildə yaradılmış Peterburq İmperator Farfor Zavodunda ilk məhsulların yaradılmasına başladılmışdır. Divanlı otaqdakı vaza XVIII əsrin ortalarında hazırlanmışdır. İki onillikdən sonra, həmin Sankt-Peterburq zavodunda heykəltaraş J.D. Raşettin modeli əsasında təəccüblü yüksək bədii və texnoloji mükəmməlliyi ilə fərqlənən "Yaşıl yastıq üzərində uzanmış it" fiquru hazırlanmışdır. Saxsı məhsulları ilə yanaşı, XVIII əsrdə uğurla rus şüşə istehsalı da inkişaf edirdi. Peterburq Şüşə Fabriki hazırladığı şüşə və xüsusilə də büllurun keyfiyyətinə görə Avropanın ən yaxşı fabriklərindən heç də geri qalmırdı. Rus ustalarının yaratdığı büllur işıqlandırma məhsulları xaricdə böyük şöhrət qazanmışdır.

Otağın mərkəzində yerləşən masa üzərində iki nəfər üçün nəzərdə tutulmuş qəhvə ləvazimatı var. Ənənəyə uyğun olaraq, ləvazimat II Yekaterinanın nəvələri Aleksandr və Konstantin üçün Vyana Farfor Zavodunda hazırlanmışdır. Divanın yuxarısında Yelizaveta Petrovnanın uşaqlıq portreti asılıb. Bu portret Lui Karavak tərəfindən yaradılmış rəsm əsərinin surətidir. Lui Karavak I Pyotrun dəvəti ilə Rusiyaya gəlmiş və özünün ölümünə kimi uzun illər burada yaşamışdır. O I Pyotrun qızını samur xəzi ilə üzlənmiş porfirdə uzanmış çılpaq bir qız şəklində təsvir etmişdir. Sağ əlində o atasının portret ilə bəzədilmiş medalyon tutur. Bu şəkil öz dövrü üçün olduqca cəsarətli olsa da, insanlar arasında böyük şöhrət qazanmış və həm Karavak, həm də onun dövründə yaşamış çağdaş rəssamlar tərəfindən bir neçə dəfə təkrar edilmişdir. Bundan başqa Divanlı otaqda XVIII əsrin ikinci yarısına xas üslubu olan fransız mebel qarnituru, dolaşıq əyri-üyrü divarları olan alman komodu (bu cür komodlar haqlı olaraq "bomba" ləqəbiylə tanınırdı) və köhnə fotoşəkillərə istinadlanan bərpaçılar tərəfindən yenidən qurulmuş oyma qızıl çərçivəli güzgülər sərgilənir.

Palıd kabineti

[redaktə | mənbəni redaktə et]
Palıd kabineti və ya Elm zalı

Palıd kabineti - sarayın ən qədim interyerlərindən biridir; onun tərtibat işləri XVIII əsrin birinci rübündə həyata keçirilmişdir. İmperator kabinetində bədii dekoru müəyyən edən əsas materiallardan biri palıd hesab olunur. Palıd panelləri divarları bütünlüklə örtərək, interyerə qribə bir rahatlıq və istilik hissi bəxş edir. Burada ən maraqlısı isə, döşəmədən tavana kimi uzanan palıd qalxanların aşağı hissəsi hamar, onun üstündə yerləşən "filenkaların" səthi isə qeyri-adi zərif oyma ilə əhatə olunmasıdır. Taxta üzərində nəfis oymalar həmçinin qapı, desüdeport, güzgü üzərindəki filenka və kaminlərin üstünü örtür. İnteryerin bu cür orijinal həlli insanlarda güclü təəssürat yaradır. 1721-ci ildə buranı ziyarət edən Berqholz, özünün "Gündəliyində" aşağıdakı yazını əlavə etmişdir:

" "Müxtəlif holland və rus kitablardan ibarət çarın kiçik kitabxanasının yerləşdiyi kabinet, insanda xüsusi hisslər oyadır; o fransız heykəltaraşı tərəfindən tamamlanıb və özünün mükəmməl oyma bəzəkləri ilə seçilir".[13] "

Berqholzun qeyd etdiyi həmin o "heykəltaraş" 1716-cı ilin avqust ayında Rusiyaya gəlmiş dahi ustad Nikolya Pino idi[14]. Onun sənəti çağdaş insanlar tərəfindən yüksək qiymətləndirilmişdir. Bənzərsiz dekorator Pino gələcək işləri üçün tərtib olunacaq eskizləri başqalarına həvalə etməyərək, şəxsən özü bu işlə məşğul olurdu. Onun ustalığını Dövlət Ermitajında ​​saxlanılan albomu sübut edir. Burada bir çox layihələr arasında Pinonun Böyük Saray üçün təsvir etdiyi Palıd kabinetinin eskizləri saxlanılır. Onların bəziləri demək olar ki, heç bir dəyişikliyə uğramayaraq, ağac üzərində oymada təcəssümünü tapmışdır; yeridə qalan digər kompozisiyalar isə, çalışma əsnasında əhəmiyyətli dərəcədə modifikasiya olunmuşdur.

Zalın yerləşəcək məkanı "Leblon çertyojlarına əsasən" sarayın cənub hissəsində təşkil olunmuşdur. 1718-ci ilin sonlarında "azad ustalar" - Foli, Rust, Takone və Fodre otaq üzərində əsas tərtibat işlərinə başladılar. Bir il sonra, ilk səkkiz filen artıq hazır idi; qalan dörd dənəsi isə 1720-ci ilə hazır olmuşdur. Bundan başqa, Foli filen və kamin üzərindəki pannonu iki hissə bölən pilyastrlar üçün ornamental bəzək elementləri yaratmış, Rust isə desüdeport və güzgü çərçivələri üçün oyma dekor işlərini mükəmməl şəkildə həyata keçirmişdir. İnteryer işlərinə həmçinin usta Mişel də cəlb olunmuşdur.

I Pyotrun adı ilə bağlı olan Palıd kabineti saray əhli tərəfindən uzun müddət "müqəddəs əmanət" kimi qəbul edilmişdir. Buna görə də hesab olunurdu ki, kabinetin interyeri qurulduğu gündən heç bir dəyişikliyə məruz qalmamışdır. Həqiqətdə isə, durumun tamamilə başqa cür olduğu məlum olmuşdur. XVIII əsrin ortalarında, Rastrelli tərəfindən sarayın genişləndirilməsi zamanı, Palıd kabinetinin şərq divarındakı pəncərənin yerində geniş giriş qapısı yaradılmışdır. Elə həmin dövrdə şimal divarında quraşdırılmış kiçik künc sobalı kamin yox olur və onun əvəzində yeni oyma çərçivəli güzgü ilə bəzədilmiş mərmər kamin tikilir. Bunun ardınca hal-hazırda mövcud olan qapıya şimal divarında simmetrik yerləşən orijinal qapı aradan qaldırılır. Bu dəyişiklik daha iki pannonun otağa əlavə olunmasına məcbur edir. Bu vəziyyətdə onların divarlardakı ümumi kompozisiya yeri pozulmuşdur. Və indi Leblon və Pinonun gələcək ideya və konsepsiyaları haqqında yalnız təxmin etmək mümkündür.

Ümumiyyətlə Palıd kabinetinin müxtəlif və mükəmməl oyma bəzəkləri özündə nadir ansambl təşkil edir və o zaman üçün xarakterik olan simvolik formada, I Pyotrun hakimiyyəti dövründə elm, mədəniyyət, ticarət və hərbi gücün çiçəklənməsini vəsf edir. Yarandığı gündən kabinetdə Peterhof banisi ilə bağlı olan çeşidli əşyalar saxlanırdı. Hal-hazırda kabinetin iki pəncərəsi arasında yerləşən büroya Auqsburqlu usta Yohannes Benner tərəfindən hazırlanmış zəngli yürüş saatı quraşdırılmışdır. Şüşə ilə dəri futlyarına qoyulmuş bu cür saatları yola götürürdülər. Bu saatların çox vaxt yalnız bir əqrəbi var idi. Kabinetin qərb divarında - qara ağac və bürüncdən düzəldilmiş və lazurit, yəşəm və müxtəlif mərmər haşiyələrlə bəzədilmiş, XVII əsrin sonuna aid italyan masası yerləşir. XVIII əsrin əvvəllərinə aid hörmə oturacaq və kreslolar elə ilk gündən kabinetdə yerləşirdi.

Ştandart və Kavaler otaqları

[redaktə | mənbəni redaktə et]

Ştandart otağı F.B. Rastrelli tərəfindən hazırlanmış layihə əsasında qapı, panel və pəncərə səthində taxta və qızıl suyuna salınmış oymalarla bəzədilmiş, divarların üzərinə isə ipək parça çəkilmişdir. Qərb divarında memar qızılı çərçivənin içərisinə böyük bir güzgü ilə kamin yerləşdirir.

Keçid və Ştandart otağı - sarayın şimal fasadındakı eyvana çıxışı olan yeganə yaşayış otağıdır. Başlanğıcda otağın ölçüləri çox kiçik idi; bunun əsas səbəbi, şimal və cənub otaqlarının anfiladaları arasında memar Rastrellinin ikinci və üçüncü mərtəbələrində yerləşən otaqları birləşdirən pilləkənin yaratması idi. Sarayın yanğından sonra bərpası zamanı pilləkən və qaranlıq holl yığışdırılmışdır və məhz bu otağın ümumi sahəsinin böyüməsinə səbəb olmuşdur. Divarları parça ilə örtülmüş Böyük sarayın digər otaqları kimi, Ştandart otağı dəfələrlə yenilənmişdir. Divarlardakı parçalar XIX əsrin 40-cı illərində xüsusi olaraq Peterhof üçün, XVIII əsrə aid qədim rus tikmələrindən biri əsasında, 1772-ci ildə Moskva ətrafında yerləşən Şelkova kəndində əsası qoyulmuş, Rusiyanın ən qədim toxuculuq fabriklərindən biri olan İ.M.Kondraşevin manufakturasında hazırlanmışdır.

Müharibədən öncəki dövrdə ovulub tökülən parçanın əvəzinə buraya fransız ustası F. de la Salın eskizləri əsasında XIX əsrdə yaradılmış yeni möhtəşəm ipək "Gerb korpusundan" buraya gətirilir. 1941-ci ildə yanğın ipək parçaları məhv etmişdi. Hal-hazırda divar və mebellərin səthi gül buket ilə bəzədilmiş yeni yaşıl ipək ilə üzlənib.

Kavaler otağı özünün hazırkı adını, keçmiş zamanlarda şəxsi yataq otaqların qarşısında kavalerqard qarovulçularının yerləşməsi idi. Bəzən Kavaler otağında qvardiya alaylarında xidmət göstərmiş yüksək rütbəli zabitlərin görüşləri keçirilirdi. Müharibədən öncə Kavaler otağı daha böyük idi - onun şimal divarında üç pəncərə var idi. Sarayın bərpası zamanı, memar F.B. Rastrellinin erkən layihələrindən birini - yəni iki pəncərəni geri qaytarmaq barədə qərar qəbul edilmişdi.

İnteryerə özünəməxsus gözəlliyi isti və qalın qıpqırmızı ştoflar bəxş edir. Beletajın bütün yaşayış otaqlarında olduğu kimi, Kavaler otağının divarları ilkin olaraq ipək ilə əhatə olunmuşdur. XVIII əsrin ortalarında onlar xarici ölkələrdən alınırdı. Baxımsızlıqdan tökülən ştoflar vaxtaşırı yenisi ilə əvəz olunurdu. XIX əsrin əvvəlində döşəmələr dəyişdirilərkən, adətən Moskva və Moskva bölgəsində yerləşən bir çox rus ipək zavodlarına müraciət olunurdu. Zavod işçilərindən eyni zamanda, naxışların və rəng nümunələrinin ciddi şəkildə konservasiyası tələb olunurdu. Lakin buna baxmayaraq, məhsul hazır olduqdan sonra, onun ilkin versiyadan fərqləri bəzən əhəmiyyətli dərəcədə idi. Böyük Sarayın hər bir otağında yerləşən ipək xüsusi naxış və rəng çalarlarına malik idi. Toxunma parçalardan hazırlanmış divar kağızlarının bolluğu Böyük sarayı ən unikal abidələrdən birinə çevirirdi.

İnteryerin mebel tərtibatı sarayın bir çox digər otaqları kimi, XVIII-XX əsrlər boyu tac sahiblərinin zövqləri, memarlıq üslubunun təkamülü və sadəcə olaraq şıltaq istəyinə uyğun olaraq dəfələrlə dəyişikliyə məruz qalmışdır. Müharibədən əvvəl Kavaler otağında saxlanılan muzey əşyaların əksəriyyəti evakuasiya edilmədiyindən, yanğın zamanı məhv olmuşdu. Bərpa zamanı otaqda XVIII əsrin bu cür saray interyerləri üçün səciyyəvi olan mebellər sərgilənməyə başlamışdı.

Böyük mavi qonaq otağı

[redaktə | mənbəni redaktə et]

Bu otaq sarayın şərq hissəndə yerləşməklə, zal anfiladaların qərb hissəsində yerləşən Çesme zalı kimi eyni mövqeyi tutur. Sarayın əsas qonaq otağının parad anfilada oxuna yönəlmiş tək bir pəncərəsi var. XIX əsrdə İmperator Farfor Zavodunda istehsal edilən çini banket servizi məhz mavi qonaq otağında sərgilənir. Sərgilənən servizin üzərində I Nikolayın dövründə vurulan nişanlarlarla yanaşı, sonrakı dövrlərdə müxtəlif fabriklərdə hazırlanan əşya damğalarını görmək olar (müharibə dövründə itmiş və ya sınmış qablar yeniləri ilə əvəz olunurdu). Ümumilikdə yemək servizi təxminən 5570 əşyadan ibarət idi. Onların istehsalı 1848-ci ilin iyun ayında başlamış və 1853-cü ilin sentyabrında sona çatmışdır. Banket əşyaların yaradılması zamanı Sevr şəhərində saxlanılan "Kələm yarpaqlı serviz" nümunə olaraq götürülmüşdür. Müharibənin əvvəlində servizin böyük bir hissəsi evakuasiya edilmişdi. Peterhofa daxil olan nasist ordusu servizin qalan hissəsini qarət etmişdi. Şərqi Prussiya şəhərlərindən birini azad edən Sovet əsgərləri kiçik qutuların içərisində Peterhof sarayının inventarlaşdırılmış çay dəstlərini aşkar etmişdilər. Xilas olunan əşyalar ehtiyatla Vətənə çatdırılmışdı. Məhz həmin dəstlər hal-hazırda muzey ekspozisiyasının ən qiymətli nümunələrindən biridir. Stolüstü tərtibatı vaza və XIX əsrin 20-ci illərində qurğuşunlu büllurundan və cilalanmış almazdan hazırlanmış qədəhlər tamamlayır.

Delfin fiqurlu dörd böyük qəndil (çılçıraq) XIX əsrin ikinci yarısında Saksoniyadan gətirilmişdir və müharibəyə qədər Böyük mavi qonaq otağını bəzəyirdi. Şərq divarın iki böyük şkaf yerləşir. Şkaflar XIX əsrin görkəmli fransız bürünc ustası Ferdinand Barbidyena tərəfindən bol bürünc bitki naxışları ilə bəzədilmişdir. XVIII əsrin sonunda hazırlanmı divan, kanape və kreslolar Fransa istehsalıdır. Əşyaların müxtəlif aksessuarları, həmçinin otaqda saxlanılan incə paltar və üzlüklərin parça fakturaları mükəmməl şəkildə boyanmışdır. Kaminin sağ tərəfində Böyük knyaz Pyotr Fyodoroviçin (gələcək imperator III Pyotrun) portreti yerləşir.

İmperatriça kabineti

[redaktə | mənbəni redaktə et]
İmperatriça kabineti

Otağın adı onun sahibinin müntəzəm olaraq burada ictimai işlərlə məşğul olması anlamını daşımır. Çox vaxt bu otağa imperatriçanın yaxın dairəsi sayılan şəxsləri baş çəkir və burada qumar və müxtəlif digər kart oyunlarını oynayırdılar. Böyük Vətən müharibəsindən öncə, Kabinetdə XVIII əsrin 50-60-cı illərdə burada yaradılmış qızılı ağac üzərində oyma, ipək parçalar və yığma parket qorunub saxlanılmışdır.

1849-cu ilin yayında imperatriça kabinetinə "üzəri gül, meyvə və qızılı ornamentlərlə bəzədilmiş" çini (farfor) kamin gətirilmişdir. Buna baxmayaraq, kamin yalnız bir il sonra öz hazırkı yerinə quraşdırılmışdır. Kamin qalxanına quraşdırılmış çini çərçivədə böyük bir güzgü yerləşirdi. Farfordan həmçinin çılçıraq kandelyabrları, kamin ekranı və masa hazırlanmışdır. İmperator Farfor Zavodunda yaradılmış bu diqqət çəkici əşyalar, eləcə də bütün bəzək elementləri 1941-ci ildə məhv olmuşdu. İpək üzərində nəfis naxışlar Kabinetə xüsusi cazibədarlıq hissi verir. O, çox güman ki, XVIII əsrdə burada peyda olmuşdur. 1818-ci ildə ipək, gül və quşlar ilə bəzədilmiş qırmızı ştofla əvəz edilmişdir. Lakin tezliklə kabinet özünün orijinal gül və meyvə çələngli bəyaz ipək parçalarını geri qaytarmışdır.

İmperatriça kabinetində asılmış "İmperatriça Yelezaveta Petrovnaın portreti", Şarl Andre van Loo, 1760

Kabinetdə II Yekaterinanın hakimiyyəti dövründə (yəni XVIII əsrin ikinci yarısında) onun fransız maarifçilik ideyalarına olan meyli çox açıq şəkildə hasil olunmuşdu. Otağın künclərində RussoVolterin büstləri, divarlarda isə hakim monarxların rəsmi portretləri quraşdırılmışdı. Yekaterinanın obrazı burada parad kostyumda duran bir qadın olaraq təsvir olunur. Sağ əli ilə o kitab və çoxsaylı əlyazmaların səpələndiyi masanı göstərir. Masa, "ziyalı hökmdarın" daimi narahatlığını simvolizə edir. Yelizaveta Petrovnanın XVIII əsrin ortalarında naməlum rus rəssamı tərəfindən çəkilmiş portreti, ondan öncəkinin tam tərsidir. Yelizaveta rahat şəkildə taxt kreslosuna oturub; onun üz cizgiləri qayğısızlığı, yarım təbəssümlü dodaqları isə dostluğu ifadə edir. Demək olar ki, zarafatcıl bir rəftarla o sağ əlində hakimiyyət skipetrini tutur.

XVIII əsrin ikinci yarısında ən məşhur peyzaj rəssamlarından biri - daim İtaliyada yaşamış alman rəssamı Yakob Filipp Hakkertin rəsm əsərləri rus sarayları üçün həvəslə satın alınırdı. Onun "Roma yaxınlığındakı Tivoli Neptun qrottosuna açılan mənzərə" adlı rəsm əsəri şərq divarında yerləşirdi. Kabinetin mərkəzində mərmər toplu və qırmızı ağacdan hazırlanmış dəyirmi masa yerləşir. Bu İsveçrə ilə sərhəddə yerləşən Monbelyar adlı kiçik fransız şəhərində yaşamış usta Mark David Kulerünün çox nadir əşya nümunələrindən biri sayılır. M.D. Kulerü əsasən qara ağac ilə işləyirdi; onun qırmızı ağacdan hazırladığı mebel ədədi nümunələrdəndir.

1769-1770-ci illərdə memar Yuri Feltenin layihəsi əsasında Təntənəli yataq otağı yaradılmışdır. XVIII əsrin sonunda otaq "Taclı" adlandırılmışdır (otaqda imperator tacını qoruyub saxlayan xüsusi "quraşdırıcı təchizat" hazırlanmışdır). 1941-ci ilin sentyabr ayında divarlardan çıxarılmış ipək naxışlar istisna olmaqla, bütün otaq interyeri məhv olmuşdu. Taclı zal müharibədən sonra Y.Kazanskaya və V.Savkovanın birgə tərtib etdiyi layihəyə əsasən yenidən bərpa edilmişdi. Otağı XVIII əsrin naməlum italyan rəssamı tərəfindən yaradılmış "Venera və Adonis" plafonu bəzəyir. Otağın divarlarını, XVII-XVIII əsrlərə aid, üzərində ətraflı farfor istehsal prosesinin mərhələlərini təsvir edən sıx çin ipək parçası və akvarellə boyanmış şəkillər bəzəyir. İpək parçalar A.Vasilyeva tərəfindən restavrasiya olunmuşdu.

Otaq bərpa işləri ümumilikdə 1964-cü ildə tamamlanmışdı. Taclı zal - Şəkilli zal, həmçinin Kəklikli və Divanlı qonaq otaqları ilə yanaşı Böyük Sarayın ilk yenidənqurulmuş otaqlar sırasında idi.

Kilsə və Gerb korpusları

[redaktə | mənbəni redaktə et]
Peterhof sarayının korpusları
Kilsə korpusu
Gerb korpusu

Kilsə korpusu XVIII əsrdə Rastrelli tərəfindən inşa edilən Böyük Peterhof saray-park memarlıq ansamblının ayrılmaz hissəsi hesab olunur. Böyük Vətən müharibəsi illərində, kilsə binası məhv edilmişdi. 1952-1958-ci illərdə kilsə fasadları yenidən bərpa edilsə də, onun günbəzi uzun müddət bir zəngli idi. Orijinal beş qübbəli görünüş ona yalnız XXI əsrin əvvəllərində qaytarılmışdı. Kilsə korpusunun mərkəzi beşbaşlı günbəzini taclayan pravoslav xaç 27 m hündürlüyə qaldırılmışdı. Son Rusiya imperatoru II Nikolayın beş uşağından dördü məhz Böyük Peterhof sarayının Kilsə korpusunda xaç suyuna salınmışdır - Olqa istisna olmaqla, bütün uşaqlar Peterhofda anadan olmuşdur.

Kilsə korpusunun yenidən qurulması üzrə işlər 2001-ci ildə başlamış və 2005-ci ilədək davam etmişdi. Bu zaman korpus özünün orijinal xarici görünüşü yenidən əldə etmişdi. 2011-ci ilin aprel ayının sonuna qədər, kilsənin daxili tərtibatının yenidən qurulması üzrə bütün kompleks işlərinin başa çatdırılması muzey rəhbərliyi tərəfindən planlaşdırılmışdı.

Rəsm əsərlərini bərpa etmək və lazımi materialların toplanması üçün hələ 2005-ci ildə müvafiq tarixi məlumatlar əsasında tədqiqat işlərinə başlanılmışdı. Bu iş olduqca mürəkkəb idi, xüsusilə də XVIII əsrin ikinci yarısında yaşamış ustaların əsərlərini yenidən bərpa etmək müasir rəssamlar üçün çətin idi. Bununla belə bərpa işləri ümumilikdə uğurla yerinə yetirilmiş və 12 iyul 2011-ci ildə korpus artıq muzey binası olaraq təntənəli şəkildə açılmışdı. Bu hadisə, memar Françesko Bartolomeo Rastrellinin ən yaxşı əsərlərindən biri sayılan Böyük Peterhof sarayının müharəbədən sonrakı illərdə aparılan uzun və mürəkkəb bərpa işlərinin son akkordu idi.

Gerb korpusu sarayın mərkəzi hissəsinə simmetrik yerləşir. Onun qızıl suyuna salınmış fiqurlu günbəzi soğanvari fənərlərlə taclanmışdı. Günbəzin və soğanvari fənərlərin kənarları palma yarpağını xatırladan qızıl suyuna salınmış çələnglərlə bəzədilmişdi. Gerb korpusunun günbəzi pəncələrində kürə və əsa saxlayan, geniş açılmış qanadları və üç başı olan qartal fiquru və fırlanan külək gülü (flüger) ilə tamamlanır. Hansı tərəfdən ona baxılmasından asılı olmayaraq, flügerdəki qartal insalara cüt başlı görünür.

Böyük Peterhof sarayında düzənlənən ekskursiyalar

[redaktə | mənbəni redaktə et]

Yüksək turizm mövsümündə adi ictimaiyyətin saraya daxil olması olduqca çətindir. Sarayı əsasən xarici turist qrupları "zəbt edir". Bundan başqa Böyük Peterhof sarayında fotoşəkillərin çəkilməsi qadağandır. Lakin muzeyin qonaqları 59 rubla, üzərində saray otaqlarını təsvir edən 15 açıqçadan ibarət bir dəst və ya 150 rubl dəyəri olan rəngarəng broşürları almaq imkanı var[15].

  1. "Большой дворец". 2015-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-30.
  2. "Большой дворец". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-30.
  3. "Музеи Петергофа". 2019-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-30.
  4. "Большой дворец и Большой каскад Петергофа". 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-30.
  5. Ольга Медведкова/Olga Medvedkova: Jean-Baptiste Alexandre Le Blond, architecte 1679-1719 - De Paris à Saint-Pétersbourg Alain Baudry & Cie, Paris 2007, isbn=978-2-9528617-0-0, S. 359.
  6. "Архитектура, скульптура, живопись Петергофа" (rus). ГМЗ "Петергоф". 2009. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib.
  7. "Русский "Версаль" - Большой дворец и Большой каскад" (rus). SvetkaSarov. 12.12.09. 2022-03-06 tarixində arxivləşdirilib.
  8. "Петергоф. Большой дворец-музей - Анна Петровна Чубова" (rus). Факультет теории и истории искусств 1937-1997. 1941. 2016-03-12 tarixində orijinalından arxivləşdirilib.
  9. "Вторая мировая: золото стало пеплом, а пепел – золотом". Йоханнес Фосвинкель (Johannes Voswinkel) (alman və rus). "Die Zeit", Германия. 30/01/2014. 2014-09-02 tarixində orijinalından arxivləşdirilib.
  10. Ernst Willi Hansen: Grundkurs deutsche Militärgeschichte. Band 2: Das Zeitalter der Weltkriege. Verlag Oldenbourg, München 2007, ISBN 978-3-486-58099-0, S. 217.
  11. Christian Hartmann: Wehrmacht im Ostkrieg. Front und militärisches Hinterland 1941/42. Verlag Oldenbourg, München 2010, ISBN 978-3-486-70225-5, S. 2. Johannes Hürter: Hitlers Heerführer. Die deutschen Oberbefehlshaber im Krieg gegen die Sowjetunion 1941/42. München 2007, ISBN 3-486-58341-7, S. 584.
  12. "В музее-заповеднике «Петергоф» открылась выставка фотографий, сделанных немецкими солдатами в годы оккупации и послевоенное время" (rus). корреспондент НТВ Катерина Правдина. 26.08.2011. 2018-09-24 tarixində arxivləşdirilib.
  13. OCR: Владимир Шурыгин. "Ольга Берггольц - Из запретных дневников (май, октябрь 1949)" (rus). Monsters and Critics. 2011-12-02. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012.
  14. Аня Михайлова. "Архитекторы, художники и другие мастера, работавшие в Марли" (rus). 2005. 2020-02-18 tarixində arxivləşdirilib.
  15. "Экскурсия в Большой Петергофский дворец" (rus). Бюро для экскурсий по Петербургу. 2014. 2024-05-22 tarixində arxivləşdirilib.
  1. Памятники архитектуры пригородов Ленинграда - Ленинград. Стройиздат. Ленинградское отделение. 1985
  2. Раскин А.Г. Петродворец. Дворцы-музеи, парки, фонтаны. - Лениздат 1980 С. 37–64.
  3. Памятники архитектуры пригородов Ленинграда - Ленинград. Стройиздат. Ленинградское отделение. 1985
  4. Петродворец. Большой дворец - Автор текста и составитель И.М.Гуревич. Макет и оформление Е.П.Гаврилова. Лениздат 1988
  5. Памятники архитектуры пригородов Ленинграда. Л., 1983. С. 344–371.
  6. Горбатенко С.Б. Петергофская дорога: Историко-архитектурный путеводитель. СПб., 2001. С. 234, 236, 243.
  7. Штелин Я. Описание императорских живописных коллекций. Рукопись. 1769. (Записки Я.Штелина об изящных искусствах в России. Т.2.- М., 1990.)
  8. Георги И.Г. Описание российско-императорского столичного города Санкт-Петербурга и достопамятностей в окрестностях оного.- СПб., 1794.
  9. Свиньин П. Достопамятности С.-Петербурга и его окрестностей.- СПб., 1816-1828.,ч. 1-5.
  10. Бурьянов В. Прогулка с детьми по С.-Петербургу и его окрестностям. Часть 3.- СПб., 1838.
  11. Корсини М. Петергоф и петергофский праздник 11-го июля текущего года.- [СПб.], 1851.
  12. Корсини М. Прогулки в Петергофе.- [СПб.], 1851.
  13. Гейрот А. Описание Петергофа. 1501-1868.- СПб., 1868.
  14. Шарубин Н. Очерки Петергофа и его окрестностей.- СПб., 1868.
  15. Материалы о городах придворного ведомства. Город Петергоф.- СПб., 1882.
  16. Петергоф. Опись предметов, имеющих преимущественно художественное значение./ Д.В.Григорович.- СПб., 1885.
  17. Автономов А.А. Историко-статистическое описание императорских придворных церквей в г. Петергофе и его окрестностях.- СПб., 1888.
  18. Алексеев П.П. Путеводитель по Петергофу, его окрестностям, садам и паркам.- СПб., 1888.
  19. Пыляев М.И. Забытое прошлое окрестностей Петербурга.- СПб., 1889.
  20. Муханов К.М. Петергоф. Его парк, его дворцы, его фонтаны в прошлом и настоящем.- СПб., 1894.
  21. Султанов Н. Новая придворная церковь в Петергофе.- СПб., 1896.
  22. Арепьев Н.Ф. Путеводитель по окрестностям Петербурга.- СПб., 1901.
  23. Бенуа А. Монплезир.// Мир искусства, 1901, 2-3.
  24. Петергоф. Историческая справка и описание.- СПб., 1901.
  25. Бенуа А.Н. Петергоф в XVIII веке.// Художественные сокровища России.- СПб., 1902, 7-8.
  26. М.И. [Измайлов М.М.] Путеводитель по Петергофу.- СПб., 1909.
  27. Успенский А.И. Императорские дворцы.- М., 1913., тт. 1-2.
  28. Успенский А.И. Петергоф, Ораниенбаум и Гатчина. В изд. "Историческая панорама С.-Петербурга и его окрестностей".- М., 1913., ч. 8.
  29. Р.Б. [Беккер Р.Р.] Петергоф: Монплезир, Эрмитаж и Марли.- Пг., [191?].
  30. М.И. [Измайлов М.М.] Петергоф: Большой дворец.- Пг., [191?].
  31. М.И. [Измайлов М.М.] Петергоф: Островки и павильоны.- Пг., [191?].
  32. Столпянский П.Н. Дачные окрестности Петрограда.- Пг.-М., 1923.
  33. Столпянский П.Н. Петергофская першпектива.- Пг., 1923.
  34. Спутник экскурсанта по Петергофу и Ораниенбауму./ Сост. Доброхотов Ф.П.- Л., 1924.
  35. Курбатов В.Я. Петергоф.- Л., 1925.
  36. Петергофские дворцы-музеи.- Петергоф, 1926.
  37. Рындина О.М. Пригородные дворцы, музеи и парки как экскурсионный материал.- Л., 1926.
  38. . Новый Петергоф. Дворец и парк. Самообразовательная экскурсия.- Л., [1927].
  39. Сапожникова М. Петергоф, Ораниенбаум, Стрельна.- М.-Л., 1927.
  40. Сергеев А. Екатерининский корпус Монплезира.- Петергоф, 1928.
  41. Шеманский А., Гейченко С. Экспозиция дворцов-музеев.- [Петергоф], 1929.
  42. Петергоф: Справочник по музеям.- М.-Л., 1931.
  43. Шеманский А., Гейченко С. Историко-бытовой музей XVIII века в Петергофе: Большой дворец.- М.-Л., 1932. (3-е издание)
  44. Шеманский А., Гейченко С. Кризис самодержавия: Петергофский коттедж Николая I.- М.-Л., 1932. (4-е издание)
  45. Шеманский А., Гейченко С. Последние Романовы в Петергофе: Путеводитель по Нижней даче и вагонам.- М.-Л., 1932. (4-е издание)
  46. Шеманский А. Петергоф и Ораниенбаум.- Л., 1933.
  47. В 1933 году вышла серия брошюр (Нижний дворец – дача Николая II, Монплезир – Голландский домик Петра I, Коттедж в Александрии, Восточный флигель Большого дворца и др.)
  48. Петергоф: Дворцы и парки./ Текст А.В.Шеманского.- Л., 1935.
  49. Петергоф и Ораниенбаум: Справочник по дворцам-музеям и паркам./ Сост. А.В.Шеманский.- Л., 1935 и др. годы.
  50. В 1935 году вышла серия брошюр (Большой дворец, Восточный флигель Большого дворца, Монплезир. Голландский домик, Монплезир. Екатерининский корпус, Марли и Эрмитаж, Парк Александрия и Готическая капелла, Коттедж в Александрии, Нижний дворец, Вагоны бывшего царского поезда).
  51. Архипов Н. Сады и фонтаны XVIII века в Петергофе.- Л., 1936.
  52. Гейченко С.С. Большой дворец в Петергофе.- Л., 1936.
  53. Шеманский А.В. Александрия. Петергоф.- Л., 1936.
  54. Гейченко С. Большой петергофский дворец и Восточный флигель.- Л., 1937.
  55. Матвеев А. Растрелли.- Л., 1938. Довоенные фотографии фасадов и интерьеров Большого дворца
  56. Петергоф. Дворцы-музеи и парки: Путеводитель-справочник./Составители Шурыгин Я.И. и др.- Л., 1939.
  57. Петергоф. Дворцы-музеи и парки: Путеводитель-справочник./Составители Шурыгин Я.И. и др.- Л., 1940.
  58. Александрия в Петергофе./ Сост. А.Шеманский.- Л., 1941.
  59. Петергоф: Большой дворец-музей./ Сост. А.П.Чубова.- Л., 1941.
  60. Петергоф: Сады и фонтаны./ Сост. С.Ф. Цитович и Ю.В. Финкельштейн.- Л., 1941.
  61. Анциферов Н.П. Пригороды Ленинграда. Города Пушкин, Павловск, Петродворец.- М., 1946.
  62. Исаков С.К. Скульптура Большого каскада.// "Труды Всероссийской Академии художеств".- Л.-М., 1947., т. 1.
  63. Пилявский В.И. Петергоф. - В книге: Памятники искусства, разрушенные немецкими захватчиками в СССР.- М., 1948.
  64. Пилявский В.И. Петродворец (б. Петергоф).- М., 1949.
  65. Шурыгин Я.И., Сладкевич В.И., Григорьева Е.В. Петродворец: Дворцы-музеи и парки.- Л., 1950.
  66. Петродворец./ Вступ. ст. Шурыгин Я.И.- М., 1952.
  67. Петродворец. Нижний парк./ Сост. Н.Н. Федорова и А.Г. Раскин.- Л., 1952.
  68. Федорова Н.Н., Раскин А.Г. Петродворец.- М.-Л., 1954. С каталогом скульптуры каскадов Нижнего парка
  69. Раскин А.Ф., Федорова Н., Чеканова О. Парки Петродворца.- Л., 1956. С каталогом скульптуры Нижнего парка и картин павильона Эрмитаж
  70. Архипов Н., Раскин А. Петродворец.- Л.-М., 1959.
  71. Новиков И.В. Бельведерский сад в Петергофе. - В книге: Ленинградская городская инспекция по охране памятников: Научные сообщения.- Л., 1959.
  72. Федорова Н.Н. Петродворец.- Л., 1959. С каталогами скульптуры Нижнего парка и картин павильона "Эрмитаж"
  73. Архипов Н.И., Раскин А.Г. Петродворец.- Л.-М., 1961. Наиболее полное издание, посвященное истории Верхнего и Нижнего парков.
  74. Дубяго Т.Б. Русские регулярные сады и парки.- Л., 1963.
  75. Ардикуца В.Е. Петродворец: Историко-краеведческий очерк.- Л., 1965.
  76. Федорова Н.Н. Парки Петродворца.- Л., 1966.
  77. Архипов Н., Раскин А. Прогулка по паркам Петродворца.- Л., 1967.
  78. Ардикуца В.Е. Петродворец: Парки, фонтаны, дворцы.- Л., 1968.
  79. Кедринский А.А., Колотов М.Г., Медерский Л.А., Раскин А.Г. Летопись возрождения.- Л., 1971.
  80. Ардикуца В.Е. Фонтаны Петродворца.- Л., 1972.
  81. Знаменов В.В., Тенихина В.М. Эрмитаж - павильон-музей XVIII в. в Hижнем парке Петродворца: Путеводитель.- Л., 1973. С каталогом и схемой развески картин
  82. Ардикуца В.Е. Петродворец: Путеводитель.- Л., 1974.
  83. Раскин А.Г. Петродворец: Дворцово-парковый ансамбль XVIII века.- Л., 1975.
  84. Гуревич И.М. Петродворец.- Л., 1976.
  85. Глезер Е.Н. Архитектурный ансамбль Английского парка.- Л., 1979.
  86. Гуревич И.М., Знаменов В.В., Мясоедов Е.Г. Большой петергофский дворец.- Л., 1979. Со схемой развески картин Тронного и Чесменского залов
  87. Голдовский Г.Н., Знаменов В.В. Дворец Монплезир.- Л., 1981. С каталогом и схемой развески картин
  88. Памятники архитектуры пригородов Ленинграда.- Л., 1983.
  89. Фонтаны Петродворца: Ансамбли XVIII-XIX веков./Автор текста и сост. И.М.Гуревич.- М., 1983.
  90. Тихомирова М. Памятники. Люди. События.- Л., 1984. О хранении музейных ценностей в блокадном Ленинграде и первых восстановительных работах
  91. Петродворец: Екатерининский корпус.- [Л.], 1987.
  92. Петродворец: Марли - Эрмитаж./Сост. Вернова Н.В., Тенихина В.М.- Л., 1987.
  93. Петродворец: Русский фарфор. /Автор Знаменов В.В.- [Л.], 1987.
  94. Петродворец: Большой дворец./Автор текста и сост. Гуревич И.М.- Л., 1988.
  95. Петродворец: Художественная мебель. /Автор Ботт И.К.- [Л.], 1988.
  96. Раскин А.Г. Петродворец: Дворцы-музеи, парки, фонтаны.- Л., 1988.
  97. Агеева Л., Лавров В. Хранитель.- Л., 1990. О С.С.Гейченко и петергофском музее в 1920-30 гг.
  98. Петродворец: Коттедж./Автор вступ. статьи и сост. Тенихина В.М.- Л., 1990.
  99. Музей семьи Бенуа.- [Л.], 1992.
  100. Петергоф: Aльманах (Из истории дворцов и коллекций).- СПб., 1992.
  101. Петергоф: Очерки по краеведению, Часть I .- Петродворец, 1992.
  102. Петергоф: Очерки по краеведению, Часть II .- Петродворец, 1995.
  103. Вернова Н.В. Петергоф: Большой каскад.- СПб., 1996.
  104. Вечный праздник Петергофа: Путеводитель. Альбом./Автор-сост. Раскин А.- СПб., 1996.
  105. Петергоф: Большой дворец./Автор-сост. Вернова Н.В.- СПб., 1996.
  106. Петергоф: Монплезир./Автор-сост. Вернова Н.В.- СПб., 1996.
  107. Петергоф: Фонтаны./Автор-сост. Вернова Н.В.- СПб., 1996.
  108. Гущин В.А. Английский дворец.- СПб., 1997.
  109. Гущин В.А. Собственная дача.- СПб., 1997.
  110. Гущин В.А. Царицын остров.- СПб., 1997.
  111. Новиков Ю. В. Собственная дача и Сергиевка в Старом Петергофе. - В книге: Памятники истории и культуры Петербурга: Исследования и материалы. Вып. 4.- СПб., 1997, с. 132-177.
  112. Петергоф: Марли. Эрмитаж./Автор-сост. Вернова Н.В.- СПб., 1997.
  113. Гущин В.А. Озерки. -СПб., 1998.
  114. Николай II: Отречение./Авторы Мироненко С.В., Тенихина В.М.- СПб., 1998. О вагонах императорского поезда, выставлявшихся в парке Александрия в 1920-30 гг.
  115. Штакеншнейдеровские чтения. – [Петергоф], 1998.
  116. Фарфор и фаянс из собрания Петергофа./Автор-сост. Носович Т.- СПб., 1998.
  117. Фарфор. Табакерки. Живопись: Коллекция И.М. Эзраха в собрании Петергофа./Авторы Н.В.Вернова, Т.Н.Вергун, Т.Н.Носович.- СПб., 1998.
  118. Государственный музей-заповедник "Петергоф": Новые поступления. 1997-1999.- СПб., 1999.
  119. Гущин В.А. А.Г.Рубинштейн в Петергофе. -СПб., 1999.
  120. Гущин В.А. Готическая капелла. -СПб., 1999.
  121. Гущин В.А. Дворец Лейхтенбергского.- СПб., 1999.
  122. Гущин В.А. Император Николай I в Петергофе. –[Петергоф], 1999.
  123. Раскин А.Г. Душа Петергофа: Фонтаны и каскады.- СПб., 1999.
  124. Александрия: Коттедж. Готическая капелла./Авторы текста Бойцова Е.В., Тенихина В.М., Юмангулов В.Я.- СПб., 2000.
  125. Гущин В.А. Львиный каскад. -Петергоф, 2000.
  126. Гущин В.А. Нижний дворец. -СПб., 2000.
  127. Шурыгин Я.И. Петергоф: Летопись восстановления.- СПб., 2000. Воспоминания первого послевоенного директора музеев Петергофа
  128. Юмангулов В. Фонтан “Нептун” – “monumentum pacis”.// Пинакотека 10-11, 1999.-М., 2000.
  129. Горбатенко С.Б. Петергофская дорога: Историко-архитектурный путеводитель.- СПб., 2001.
  130. Гущин В.А. История Петергофа и его жителей. Кн.1.- СПб., 2001.
  131. Императорские бани и кухня в Петергофе./Автор текста Обатурова М.И.- СПб., 2001.
  132. Петергоф: Музей коллекционеров. Собрание А.А. и Р.М.Тимофеевых. Живопись. Графика. Фарфор. Книги./ Автор вступ. ст. Вернова Н.В.; сост. Вергун Т.Б. и др.- СПб., 2001.
  133. Петергоф: Фонтаны./Автор текста Вернова Н.В.- СПб., 2001.
  134. Штакеншнейдеровские чтения. – Петергоф, 2002.
  135. Государственный музей-заповедник "Петергоф": Новые поступления. 2000-2002.- СПб., 2002.
  136. Иванова Т.К., Иващева О.Г. История Михайловской дачи на Петергофской дороге и ее обитателей.- Петергоф., 2002.
  137. Иванова Т.К., Логунова Е.П. Николай II и его семья в Петергофе.- Петергоф., 2002.
  138. Императорский Петергоф: Три столетия истории. Часть I.- Петергоф, 2002.
  139. Императорский Петергоф: XVIII век/ Автор текста Е.В.Анисимов.- СПб.-Петергоф, 2002.
  140. Амбросов С.А. Здесь шли бои. Петродворец и его окрестности.– СПб., 2003.
  141. Вернова Н.В., Знаменов В.В. Петергоф.- СПб.-Петергоф, 2003.
  142. Мельникова Н.В. «Деревянный флигель Монплезира» в Петергофе – личные апартаменты императорской семьи (к вопросу о воссоздании)// Императорская Гатчина. Материалы научной конференции. – СПб., 2003.
  143. Петергоф: Большой дворец. Чесменский зал./ Автор текста О.Кислицына.- СПб., 2003.
  144. Юные за возрождение Петергофа. Вып.1. Петергоф – город-фронт.– СПб., 2003.
  145. Гущин В.А. История Петергофа и его жителей. Кн.2.- СПб., 2004.
  146. Императорский Петергоф: XIХ - начало ХХ века./ Автор текста Е.В.Анисимов.- СПб.-Петергоф, 2004.
  147. Кучумов А.М. Статьи. Воспоминания. Письма.- СПб., 2004. О ликвидации музеев "Собственная дача", "Фермерский дворец", "Нижняя дача" в 1930-е годы.
  148. Государственный музей-заповедник "Петергоф": Новые поступления. 2003-2005.- СПб., 2005.
  149. Гущин В.А. История Петергофа и его жителей. Кн.3.- СПб., 2005. (Кроме вышеперечисленных книг, В.Гущиным изданы и другие работы.)
  150. Императорские велосипеды./ Автор текста Н. Вернова.- СПб., 2005. По экспозиции музея императорских велосипедов.
  151. Императорские яхты./ Автор текста В. Тенихина.- СПб., 2005. По экспозиции музея императорских яхт.
  152. Помпеев Ю.А. Петергоф. История создания музея.- СПб., 2005.
  153. Раскин А. Г., Кючарианц Д.А. Петергоф: дворцы, музеи, парки, фонтаны.- СПб., 2005.
  154. Сокровища Петергофа: Большой дворец. Корпус под Гербом./ Автор текста Н.В.Вернова.- СПб., 2005. О музее "Особая кладовая"
  155. Юхнева Е.Д. Из Петергофа в Стрельну по Царской (Нижней) дороге. XIX век. Путеводитель.- СПб., 2005.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
П: «Sankt-Peterburq»
П: «Memarlıq»
  1. Панорама Дворца на сервисе Яндекс.Панорамы
  2. http://al-spbphoto.narod.ru/prig/petergof-vs.html
  3. Петродворец. Большой дворец. Лениздат, 1988. Автор текста и составитель И. М. Гуревич
  4. Большой Петергофский дворец Весь мир как на ладони, внутреннее убранство дворца  (rus.)
  5. Кавалерская комната Большого дворца
  6. Проходная (Штандартная) комната
  7. Как был разрушен Петродворец во время войны
  8. Официальный сайт музея-заповедника «Петергоф»
  9. ГМЗ «Петергоф» на портале «Музеи России»
  10. Peterhof.ru — Неофициальный сайт о музее-заповеднике и городе Петергоф
  11. Портал по Петергофу
  12. Петродворец. Прогулки по дворцу
  13. Петергоф в Wikimapia
  14. Новости Петродворцового дворца в mr-spb.ru Arxivləşdirilib 2008-09-07 at the Wayback Machine
  15. «Неизвестный Петергоф» цикл передач канала Культура к 300-летию Петергофа Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine