Günəşi gördüm

Günəşi GördümMahsun Kırmızıgülün rejissor kimi ikinci işi olan bu filmdə çoxüzvlü bir ailənin dramından bəhs olunur. Bu film Oskar mükafatı kimi tanınan "Akademiya mükafatları"da 2009-cu il Türkiyə namizədi kimi göstərilmişdi. Film Türkiyənin cənub-şərqində yerləşən kürd ailənin İstanbula (bir hissəsinin Norveçə) məcburi köçü və başlarına gələnlərdən bəhs edir.

Günəşi gördüm
türk. Güneşi Gördüm
Janr Dram
Əsas mövzu Aqrar böhran, Cəhalət[d], xəstəlik, Əlillik, LGBT, Türkiyə tərəfindən boşaldılmış kürd kəndləri, PKK-Türkiyə qarşıdurması[d]
Rejissor Mahsun Kırmızıgül
Ssenari müəllifi Mahsun Kırmızıgül
Baş rollarda Mahsun Kırmızıgül,
Cemal Toktaş,
Yıldız Kültür,Sarp Apak,
Buğra Gülsoy,
Ali Sürmeli,
Altan Erkekli,
Erol Günaydın,
Demet Evgar,
Cezmi Baskın,
Şerif Sezer,
İtır Esen,
Zafer Ergin,
Emre Kınay
Bəstəkar
İstehsalçı Boyut Film
Distribütor Netflix
İlk baxış tarixi 16 aprel 2009[1]
Müddət 120 dəq.
Ölkə
Dil türk dili
İl 2009
Bölüm sayı 1
Rəng rəngli
IMDb ID1347521

Şərq sərhədində yerləşən bir kürd kəndi. 25 ildir iki tərəf arasında qalan çarəsiz insanlar. Məcburi köçürtmə səbəbi ilə böyüyüb boya-başa çatdıqları torpaqlardan, kəndlərindən çıxarılan Altun ailələri bilinməz bir yola çıxırlar. Davud Altun qaçaq yolla olsa da, tez bir zamanda ailəsi ilə birgə Norveçə getmək niyyətindədir. Heydər Altun və ailəsi üçün isə köç yolu İstanbula istiqamətlənib. Səfər başlamışdır. Bitmək bilməyən fırtınalardan keçib gəlmiş, yollarını azmış, çarəsizcə bir çıxış yolu axtaran insanların öz günəşlərindən qoparılıb gələcəyin bilinməzliyində itən uşaqların, bir köçün hekayəsi.

İstehsalçı şirkət

[redaktə | mənbəni redaktə et]

Boyut Film İstehsalçı – Murat Tokat

Çəkiliş heyəti

[redaktə | mənbəni redaktə et]
  • Rejissor və ssenari müəllifi — Mahsun Kırmızıgül
  • Baş koordinator — Ceren Aslan
  • Çəkiliş rejissoru — Soykut Turan
  • İcraedici direktor — Menderes Demir
  • Musiqi — Mahsun Kırmızıgül və Yıdıray Gürgen
  • Qurğu – Hamdi Deniz
  • Səs — Onur Yavuz
  • İşıq — Durmuş Dəmirəzən

Festival nümayişləri

[redaktə | mənbəni redaktə et]
  • 22-ci Tokya Beynəlxalq Film Festivalı (17-25 oktyabr 2009)
  • 33-cü Cairo Beynəlxalq Film Festivalı (10-20 noyabr 2009)
  • Hindistanda baş tutmuş 40-cı Beynəlxalq Film Festivalı (28 noyabr - 3 dekabr 2009)
  • 22-ci Tokio Beynəlxaql Film Festivalı (25 oktyabr 2009) - Asiya Film Mükafatı
  • 3-cü Yeşilçam Mükafatları (23 mart 2010) - Ən Yaxşı Köməkçi Aktyor (Cəmal Tokdaş)[2]
  1. Lexicon of international films (alm.). Zweitausendeins.
  2. "3. Yeşilçam ödüllerini buldu. Hürriyet gündelik haberleri. İstifadə tarixi: 16.06.2023". 2011-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-15.