Gün çıxması əməliyyatı (ing. Operation Sunrise) — Vyetnam müharibəsi zamanı Cənubi Vyetnamın Vyetkonqa (VC) qarşı uzunmənzilli əks-hücumunun ilk mərhələsi. 1962-ci ilin martında Birləşmiş Ştatlarla birlikdə başladılan əməliyyatın məqsədi müasir ABŞ hökumət sənədlərinə görə "Vyetkonqu Sayqondan 40 mil şimal-qərbdəki ərazidən təmizləmək" idi.[1] Sayqondan 35 mil (56 km) uzaqlıqda yerləşən Binzıonq vilayətinin Benkat rayonundan Teynin və Fıoktuy vilayətlərini əhatə etmişdir.[2] "Strateji hamletlər" anlayışı "Gün çıxması" əməliyyatının bir hissəsi kimi formalaşdırılmışdı və əməliyyat bunun əsasında yaranmış Strateji Hamlet Proqramı üçün "sınaq sahəsi" rolunu oynayırdı.[2][3] Əməliyyat daha geniş Ürəklər və ağıllar kampaniyasının bir hissəsi olaraq istənilən effekti verə bilməmişdir. Ərazidə Vyetkonq elementlərinin sayının azaldılmasında uğur qazanılmasına baxmayaraq, yerli vətəndaşlar öz evlərindən çıxarılmasının əleyhinə idilər.[4] 70 ailənin könüllü olaraq köçürülməsi və daha 140 ailənin hədə-qorxu ilə köçürülməsi nəticəsində yerli əhalinin müharibə səylərinə dəstəyi şübhə altına düşmüşdü.[5] ABŞ Beynəlxalq İnkişaf Agentliyi köçürülən ailələrə 300 min dollar təzminat ayırmışdı.[5] ABŞ əsgərlərinin hamletlərə baxışları bəzən rəğbətlə qarşılanırdı, general Tomas Bovenin saxladığı əsgər mahnılarından ibarət mahnılar toplusunda hamletlərdə saxlanılan kəndlilər ilə empatiya hissi nümayiş olunurdu.[6][7]
Gün çıxması əməliyyatı | |
---|---|
Tarix | 30 aprel 1962 |