Günay Qaraağac

Günay Qaraağac- Prof. Dr. Günay Qaraağac (İzmir-1949), Türk dil alimidir.

GÜNAY QARAAĞAC
türk. Günay Karaağaç
Doğum tarixi
Doğum yeri İzmir, Türkiyə
Vəfat tarixi 2021[1]
İş yeri
Təhsili
  • İstanbul Universitetinin ədəbiyyat fakültəsi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Günay Qaraağac 1967-ci ildə girdiyi İstanbul Universiteti Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümündən 1971-də məzun oldu. 1972-1975-ci illərində İzmir-Bərgama Liseyində, 1975-1978-ci illərdə İstanbul Ticarət Liseyində ədəbiyyat müəllimi işləmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1978-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Umumî Türk Dili Kürsüsünə disserant təyin edildi. 1983-cü ildə Lutfî Divanı adlı doktorluq işini tamamlayaraq "elmlər doktoru" adını aldı. 1984-1987 illərdə Macaristan-Budapəştədəki Eötvös Lorand Universitetində Türk dili tədris etdi.

1987-ci ildə, Əgə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümündə yardımcı dosent olaraq işlədi.

1989-da dosent, 1995 ilində də professor oldu.

1999-2000 tarixlərində Qazaxıstanda Əhməd Yesəvi Universiteti - Türk Dili və Ədəbiyyatı Bölümü prezidentliyi, 2002 – 2006 tarixləri arasında əvvəl Ləfkə Avropa Türk Dili və Ədəbiyyatı Bölümü prezidentliyi, ardından Fənn-Ədəbiyyat Fakültesi Dekanlığı, 2006 – 2008 illəri arasında İstanbul-Bəykənt Universiteti Fənn-Ədəbiyyat Fakültesi Türk Dili ve Ədəbiyyatı Bölümü prezidenliyi etmişdir.

İndiysə İstanbul Aydın Universiteti Fənn-Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümünün elm işçisidir.

Macar, İngilis və Monqol dillərini bilən Qaraağac, evli və iki uşaq atasıdır.[mənbə göstərin]

  1. . Qaracaoğlan, Bütün Şeirleri, İstanbul, 1977.
  2. . Lütfî Divanı, TDK, Anqara 1998.
  3. . Azərbaycan Bayatıları, (Halil Açıqgöz ilə birlikdə), TDK., Anqara. 1998.
  4. . Türkcənin Dünya Dillerinə Etkisi (Çapa Hazırlıq), Anqara, 2004.
  5. . Dil, Tarix və İnsan, 3. baskı, Kitabevi Yayınları, İstanbul 2008.
  6. . Türkcə Verintiler Lüğəti, Türk Dil Qurumu Yayınları, Anqara, 2008.
  7. . Monğolca-Türkcə Danışıq Rəhbəri (Yavuz Qartallıoğlu ilə birlikdə), Kitabevi Yayınları, İstanbul, 2009.[mənbə göstərin]
  1. https://t24.com.tr/haber/prof-dr-gunay-karaagac-koronavirus-nedeniyle-hayatini-kaybetti,999530.