Gündüz Abbaszadə

Gündüz Balaş oğlu Abbaszadə (22 avqust 1980, Kirovabad) — Azərbaycanın idman jurnalisti, şərhçi. "Neftçi" PFK və "Qarabağ" FK-nın mətbuat xidmətinin keçmiş rəhbəri. Azərbaycanda UEFA Çempionlar liqasının ilk şərhçilərindəndir.

Gündüz Abbaszadə
Gündüz Balaş oğlu Abbaszadə
Doğum tarixi (44 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Balaş Abbaszadə
İxtisası jurnalist
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti idman jurnalisti[d]

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində "İdman" qəzeti, AzTV, ANS TVCBC Sport-də fəaliyyət göstərib. Bundan başqa 2011–2015-ci illərdə Neftçi PFK-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, Dünya və Avropa çempionatlarının final matçlarının şərhçisi olub. Bundan başqa 2019-cu ildə UEFA Avropa liqasının Bakıda keçirlimiş, Arsenal FKÇelsi FK komandaları arasında baş tutmuş final oyununu şərh edib. DÇ-2018DÇ-2022-nin final oyunlarının şərhçisidir.

2009-cu ildə Ermənistanda keçirilən cüdo üzrə Avropa çempionatı zamanı İrəvan şəhərindən hazırladığı reportaj Prezident Kitabxanasında saxlanılır. Həmin çempionatı işıqlandırmış yeganə azərbaycanlı jurnalist Gündüz Abbaszadə olub.

2024-cü ilin avqust ayında "CBC Sport" kanalının Şərhçilər qrupunun rəhbəri və proqramlar direktoru vəzifəsinə təyin olunub.[1]

2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.

Atası Balaş Abbaszadə yazıçı-jurnalist olub. Balaş Abbaszadə uzun müddət Azərbaycan Ali Soveti sədrinin, o cümlədən Heydər Əliyevin köməkçisi kimi çalışıb.

  1. "Məşhur aparıcıya vəzifə verildi". Oxu.az (az.). 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.