Günel Babayeva

Günel Rafiq qızı Babayeva — məşhur "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının və Breyn-rinq teleoyununun iştirakçısı.[1] "Nə? Harada? Nə zaman?" oyununun 2013-cü ilinin yay seriyasının "Büllur bayquş" sahibi.[2]

Günel Babayeva
Günel Rafiq qızı Babayeva
Doğum tarixi (34 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
İxtisası beynəlxalq hüquq
Təhsili BDU, hüquq fakültəsi
Fəaliyyəti "Nə? Harada? Nə zaman?" bilicisi
Mükafatları "Büllur bayquş" (2013)

Günel Babayeva 7 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və buranı 2011-ci ildə bitirib.

Hobbiləri — musiqi, ədəbiyyatkinoyadır. Sevdiyi rəng — narıncı, səyahət etmək üçün ən sevimli yeri — Avropadır. Ən böyük arzusunun kitab yazmaq olduğunu bildirib.[3]

Günel üç il ərzində "Nə? Harada? Nə zaman?" oyunun iştirakçısı Elman Talıbov ilə münasibətdə olub. Hazırda onlar ayrılıblar. Günelin özünün sözlərinə görə, onlar yaxşı dost qalıblar.[3]

Nə? Harada? Nə zaman?

[redaktə | mənbəni redaktə et]

"Nə? Harada? Nə zaman?" oyununda ilk dəfə olaraq, 2007-ci ildə çıxış edib. 2009-cu ilə qədər Bakı məktəblərinin yığması, klubun qadınlardan ibarət yığması və İsmayıl Səfərəliyevin komandasında çıxış edib.[4]

2009-cu ildən etibarən isə Rövşən Əsgərovun komandası ilə yarışlarda iştirak edir. Bu komandada Güneldən başqa olan digər 5 üzvün 4-ü qadındır: Əsmər Daşdəmirova, Nigar Şıxlinskaya, Lalə Babayeva və "Nə? Harada? Nə zaman?" adlı gürcü klubunun ən yaxşı oyunçusu sayılan İya Metreveli.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

2013-cü il iyunun 16-da Rusiyanın Birinci kanalının canlı yayımında "Nə? Harada? Nə zaman?" oyununun yay mövsümünün final oyunu keçirilib, mövsümün ən yaxşı komandası adı uğrunda bilicilər Ales Muxinin rəhbərliyi altında mübarizə aparıblar. Final oyununda Muxinin komandası qalib gəlib və yay mövsümünün ən yaxşı komandası adını qazanıb. Oyunun nəticələrinə görə yay mövsümünün ən yaxşı oyunçusu adına Günel Babayeva layiq görülüb, ona "Büllur bayquş" və 300 000 rubl məbləğində sertifikat təqdim edilmişdir. Məhz Günel Babayevanın düzgün cavabı yay mövsümünün final oyununda Ales Muxinin komandasına qələbə gətirib.[5]

  1. "Телекомпания Игра-ТВ". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-04.
  2. "Азербайджанка стала обладательницей "Хрустальной совы" интеллектуальной игры "Что? Где? Когда?"". 2017-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-04.
  3. 1 2 "Гюнель Бабаева: игра учит преодолевать стереотипы". Biznesinfo.az. 2015-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2014.
  4. "Знаток "Что? Где? Когда?" Гюнель Бабаева: "Тренировка в такой компании, как команда Исмаила Сафаралиева, заменяет три похода в университет, два — в театр, и один на юмористический концерт"". 2018-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-04.
  5. "Азербайджанка стала обладательницей "Хрустальной совы" интеллектуальной игры "Что? Где? Когда?"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]