Dmitri Avdeyenko (rus. Дмитрий Авдеенко; doğ. 30 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, dörtqat "Büllur bayquş" sahibi.
Dmitri Avdeyenko | |
---|---|
rus. Дмитрий Авдеенко | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | İrina Strelkova[1] |
İxtisası | Hüquq magistri[1] |
Təhsili | |
Fəaliyyəti | "Nə? Harada? Nə zaman?" oyunçusu |
Mükafatları | "Büllur bayquş" (2009, 2010, 2018, 2022) |
Vikianbarda əlaqəli mediafayllar |
İntellektual oyunlar oynamağa ilk dəfə 1996-cı ildə Bakıdakı "Atəşgah" İntellektual Oyunlar Klubunda başlayıb. 1999-cu ildə "Breyn-rinq" üzrə Azərbaycan yığmasına daxil olub.[3] "Nə? Harada? Nə zaman?" və "Breyn-rinq" üzrə dəfələrlə Bakı çempionu olub.[1] İki dəfə "Nə? Harada? Nə zaman?" üzrə Cənubi Qafqaz vitse-çempionudur. "Breyn-rinq" üzrə Moskva çempionudur.[1]
Elitar klubda ilk oyununu 2001-ci il seriyasının qış mövsümündə keçirib.[3]
2004-cü ildə Balaş Qasımovun komandasının heyətində "Nə? Harada? Nə zaman?" oyunu üzrə mütləq dünya çempionu olub.[3][4]
2009, 2010 və 2018-ci illərdə Balaş Qasımovun komandasının heyətində "Büllur bayquş"a sahib olub.[3]
Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.[1]
Moskva şəhərində yaşayır, reklam agentliklərinin birində çalışır.[1]
Evlidir. Bir oğlu, üç qızı var.[5]