"Günortadan sonra məhəbbət" (ing. Love in the Afternoon) — rejissor Billi Uaylderin filmi.
Günortadan sonra məhəbbət | |
---|---|
ing. Love in the Afternoon | |
Janr |
komediya melodram |
Rejissor | Billi Uaylder |
Prodüser | Billi Uaylder |
Əsərin müəllifi | Klod Ane |
Ssenari müəllifləri |
Billi Uaylder İ.A.L. Daymond |
Baş rollarda |
Qeri Kuper Odri Hepbern Moris Şevalye |
Operator | Uilyam Mellor |
Bəstəkar | Frans Vaksman |
Rəssam | Aleksandr Trauner |
İstehsalçı | Allied Artists Pictures Corporation |
Distribütor | Netflix |
İlk baxış tarixi | 30 iyun 1957 |
Filmin digər adı | Ariana |
Filmin növü | bədii film |
Müddət | 130 dəqiqə |
Büdcə | 2,1 milyon $[1] |
Gəlir | 2 milyon $[2] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1957 |
Rəng | ağ-qara |
IMDb | ID0050658 |
Vikianbarda əlaqəli mediafayllar |
Cazibədar gənc qız, Ariana Şavess gələcək violonçel ifaçısı kimi konservatoriyada təhsil alır. O, şəxsi xəfiyyə olan atası Klodla birlikdə yaşayır. Klod bir-birinə xəyanət edən ər-arvadları izləməklə özünə çörəkpulu qazanır. Bu dəfə onun köhnə marağının hədəfi Amerika pleyboyu Frenk Flenneqandır.
Müştərilərdən biri arvadı ilə Flenneqanın eşq macərasından xəbər tutur və ona atəş açmaq qərarına gəlir. O, Flenneqanın öz məşuqələrilə görüşdüyü "Ris" otelinə daxil olur. Lakin orada arvadının əvəzinə "milyonçu" Ariananı tapır. Evdə atasının söhbətlərinə qulaq asan Ariana Frenkə qabaqcadan xəbərdarlıq edir və onu ölümdən qurtarır.
Bir ildən sonra tale Frenklə Ariananı Parisdə yenidən qarşılaşdırır. Frenkdə qısqanclıq doğurmaq üçün Ariana üzünə bədbəxt qadın maskası taxır. O, Frenkə tanınmış və varlı kişilərlə olan çoxsaylı sevgi macəralarından danışır. Əslində isə, o, Ariananın aşiq olduğu ilk şəxsdir. Artıq Frenk ümidsizliyə düçar olub. Ariana ona adını belə demədən çıxıb gedir.
Onu son dərəcə maraqlandıran bu qız haqqında həqiqəti öyrənmək üçün Frenk qarşısına çıxan ilk şəxsi xəfiyyədən kömək istəyir. Bu qızın atası Klod Şavess olur...