Gürcüstan–İsrail münasibətləri

Gürcüstan–İsrail münasibətləriİsrailGürcüstan arasında mövcud mövcud müasir və tarixi ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr. İki ölkə arasında diplomatik münasibətlər 1 iyun 1992-ci ildə qurulmuşdur[1]. Gürcüstanın Təl-Əvivdə, İsrailin də Tiflisdə səfirliyi var.

Gürcüstan–İsrail münasibətləri
Gürcüstan və İsrail
 Gürcüstan  İsrail
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gürcüstanda 13 min yəhudi olduğu kimi, İsraildə də 120.000 gürcü yəhudisi yaşayır. 2008-ci ildə Cənubi Osetiyadakı müharibə zamanı İsrail Xarici İşlər Nazirliyi, Gürcüstanın ərazi bütövlüyünü tanıdığını və münaqişənin sülh yolu ilə həllinə çağırdığını bildirdi[2]. 2012-ci ildə Arçil Kekelia Gürcüstanın İsraildəki səfiri təyin edildi. Onun qarşısında iki əsas vəzif qoyulmuşdur: Qüdsdəki 300 il əvvəl Yunan Pravoslav Kilsəsi tərəfindən zəbt edilmiş Müqəddəs Xaç monastırını geri qaytarmaq və İsrail ilə iqtisadi əlaqələri gücləndirmək[3].

ABŞ Prezidenti Donald Trump tərəfindən Qüdsün İsrail paytaxtı kimi tanınmasından sonra Gürcüstan parlamentinin hakim partiyadan olan deputatı Şota Şalelaşvili Amerika liderinin addımını dəstəkləməyi təklif etdi[4].

2018-ci ilin dekabrında İsrail xarici işlər nazirinin müavini Sipi Hotoveli Gürcüstana yeni seçilmiş prezident Salome Zurabişvilinin andiçmə mərasiminə dəvət edildi. Hotoveli prezidentin özü ilə yanaşı, Gürcüstan hökumətinin başçısı Mamuka Baxtadze və xarici işlər naziri David Zalkaliani ilə də görüşdü. Digər məsələlərlə yanaşı Gürcüstan səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi məsələsi də müzakirə edildi[5].

Mühüm səfər və görüşlər

[redaktə | mənbəni redaktə et]

Gürcü sərmilərin səfərləri

[redaktə | mənbəni redaktə et]
  • 17-19 iyun 1995-ci il, Eduard Şevardnadzenin İsrailə səfəri;
  • 13-14 yanvar 1998-ci il tarixində Gürcüstan Prezidenti Eduard Şevardnadzenin İsrailə səfəri;
  • 29 noyabr - 4 dekabr 1998-ci il tarixində Gürcüstan Parlamentinin Sədri Zurab Jvanianın İsrailə səfəri;
  • 5-7 yanvar 2000-ci il tarixində Gürcüstan Prezidenti Eduard Şevardnadzenin İsrailə səfəri;
  • 20-23 yanvar 2003-cü il, Gürcüstanın dövlət naziri Avtandil Corbenadzenin İsrailə səfəri;
  • 23-27 iyun 2003-cü il tarixində Gürcüstan Parlamentinin Sədri Nino Burcanadzenin İsrailə səfəri;
  • 26-29 oktyabr 2003-cü il tarixində Gürcüstan xarici işlər naziri İrakli Manaqarishvilinin İsrailə səfəri;
  • 28-29 iyul 2004-cü il tarixində Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin İsrailə işgüzar səfəri;
  • 31 oktyabr - 1 noyabr 2006-cı il tarixində Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin İsrailə işgüzar səfəri;
  • 22-24 oktyabr 2007-ci il tarixində Gürcüstanın Xarici İşlər Naziri Qela Bejuaşvilinin İsrailə səfəri;
  • 14-15 may 2008-ci ildə Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin İsrailə səfəri.
  • 1 may 2018-ci il tarixində Gürcüstanın Müdafiə naziri Levan İzoriya İsrailə səfər etdi. İsrailli həmkarı Aviqdor Libermanla Təl-Əvivdəki Kirya kompleksində görüşdü. Görüşdə təhlükəsizlik sahəsində əməkdaşlıq, ikitərəfli münasibətlər və dünyadakı hərbi-siyasi vəziyyət müzakirə edildi. Görüşün sonunda anlaşma memorandumu imzalandı[6].

İsrailli sərmilərin səfərləri

[redaktə | mənbəni redaktə et]
  • 7-11 sentyabr 1998 - Moşe Kasavın Gürcüstana səfəri;
  • 22 mart 1999 - Baş nazir Benyamin Netanyahunun Gürcüstana səfəri;
  • 25-26 yanvar 2001 - İsrail Prezidenti Moşe Katsavın Gürcüstana səfəri.

Hərbi əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

İsrail və Gürcüstan hərbi sahədə fəal əməkdaşlıq edirlər. İsrail Gürcüstana zirehli maşınlar və kiçik silahları satır. İsrail xüsusi təyinatlıları gürcü hərbçilərinə təlimlər keçir. İsrail Gürcüstana LAR-160 raket qurğuları, tank əleyhinə minalar və kasset bombaları satmışdır. Stratfor və Russia Today 5 avqust 2008-ci il tarixində Rusiyanın İsrailin etirazları səbəbiylə İsrailin Gürcüstana silah satışını dayandırmağı planlaşdırdığını bildirdi[7][8].

2010-cu ildə İsrail və Gürcüstan turizm və hava nəqliyyatı sahəsində ikitərəfli saziş imzaladı[9]. 2010-cu ilin oktyabrında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Vera Kobalia İsrailə səfər edir[10].

14 oktyabr 2010-cu ildə Gürcüstanda İsrail iş adamları Zeev Frenkel və Roni Fuks Gürcüstan maliyyə nazirinin müavini Avtandil Xaraidzeyə 7 milyon dollar rüşvət təklif etmək ittihamı ilə tutuldu. Münaqişə FucKs şirkətinin Gürcüstan hökumətinə əvvəllər çatdırılan çatdırılmalar üçün 100 milyon dollar borc ödəməsi tələbləri ilə əlaqədardır. FuKs Tiflis məhkəməsi tərəfindən 7, Frenkel isə 6,5 il müddətinə azadlıqdan məhrum edildi. Bu ölkələr arasında ciddi gərginliyə səbəb oldu[11][12][13][14].

  1. "МИД Грузии". 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.
  2. "MFA statement on the situation in Georgia" (Press-reliz). Israel Ministry of Foreign Affairs. 2008-08-10. 2012-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-11.
  3. [https://web.archive.org/web/20141007145818/http://www.haaretz.com/news/features/georgia-s-new-ambassador-to-israel-bears-a-heavy-cross-1.422488 Arxivləşdirilib 2014-10-07 at the Wayback Machine Georgia’s new ambassador to Israel bears a heavy cross, Haaretz]
  4. Перуанские депутаты призвали перенести посольство в Иерусалим Arxivləşdirilib 2017-12-08 at the Wayback Machine, NEWSru.co.il
  5. Грузия рассмотрит возможность переноса посольства в Иерусалим Arxivləşdirilib 2019-01-05 at the Wayback Machine, NEWSru.co.il
  6. Авигдор Либерман встретился с министром обороны Грузии Arxivləşdirilib 2018-05-06 at the Wayback Machine, NEWSru.co.il
  7. Israel, Georgia: Israel To Halt Arms Sales To Georgia Arxivləşdirilib 2009-10-10 at the Portuguese Web Archive Stratfor. 5 August 2008.
  8. Israel blocks arms sales to Georgia Arxivləşdirilib 2008-08-08 at the Wayback Machine. Russia Today. 5 August 2008.
  9. "Israel-loving Georgian economy minister promises to return as tourist". 2012-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.
  10. "Georgian economy minister: Israel has magnetism". 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.
  11. "Оглашен приговор по делу израильских бизнесменов в Грузии - Новости - GeorgiaTimes.info". georgiatimes.info. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-5-6.
  12. "Семьи израильских бизнесменов Зеэва Френкеля и Рони Фукса, предположительно завтра 20 апреля, намерены направить в администрацию президента Грузии заявление с просьбой о помиловании, сообщает «GHN»". novost.ge. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-5-6.
  13. "Израильский бизнесмен хочет выкупить Фукса и Френкеля из грузинской тюрьмы - Новости - GeorgiaTimes.info". georgiatimes.info. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-5-6.
  14. "Запад готовится признать Абхазию". Свободная пресса. 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-5-6.