Gürcüstan musiqisi

SSRİ poçt markası üzərində gürcü milli musiqi alətləri[1]

Gürcüstan musiqisiGürcüstan mədəniyyətinin bir qolu olub, Gürcüstan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı gürcüstanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi.

Musiqi alətlərinin müşayiəti olmadan oxunan çoxsəsli – polifonik gürcü ifa tərzinin təxminən 3000 il yaşı vardır.[2]

Demək olar ki, bütün gürcü nəğmələrinin ifası üç hissəyə bölünür[2]:

  • yüksək;
  • orta;
  • alçaq.

Orta hissəyə melodiya daxildir, alçaq ifa basdır ki, harmoniyanı melodiyadakı kiçik dəyişikliklərlə qoruyub saxlayır, yüksək ifa isə müxtəlif modulyasiyalarla və melodik variasiyalarla dolu ən gözəl ifadır. Kişilər və qadınlar ənənəvi olaraq bir-birindən ayrı oxuyurlar və onların xüsusi repertuarları olur. Kişilərin repertuarı daha təntənəlidir, qadın nəğmələri arasında isə çoxsaylı laylalar və hətta şəfaverici mahnılar da vardır. Son illərdə YUNESKO gürcü polifoniyasının dünyanın qeyri-maddi irsi elan olunması barədə təklif vermişdir.[2]

Tbilisi konservatoriyası gözəl klassik musiqi ifaçıları hazırlayan tədris müəssisəsi kimi şöhrət qazanmışdır. Həmin ifaçılar arasında pianoçular Aleksandr Toradze və Eliso Virsaladze, skripkaçı Leana İsakadzeni, bas Paata Burçuladze, müğənni Nani Breqvadze, pianoçu və musiqi müəllimi Manana Doycaşvili daha çox seçilir. Bundan başqa, Gürcüstanda milli simfonik orkestr fəaliyyət göstərir.[2]

1871–1933-cü illərdə yaşamış məşhur gürcü bəstəkarı Zaxari Paliaşvili gürcü xalq mahnılarından ibarət nadir kolleksiya toplamış, gürcü folkloru əsasında "Abesalom və Eteri" və "Daisi" operalarına musiqi bəstələmişdir.[2]

1862–1973-cü illərdə yaşamış Meliton Balançivadze ilk gürcü romanslarının və "Köntöy Tamara" adlı ilk gürcü operasının müəllifidir.[2]

1873–1953-cü illərdə yaşamış məşhur gürcü bəstəkar, musiqişünas və etnoqraf Dmitri Arakişvili 1919-cu ildə Tbilisi opera teatrında səhnəyə qoyulmuş "Şota Rustaveli haqqında rəvayət" lirik operası ilə şöhrət qazanmışdır. Müasir bəstəkarlardan "Yaşasın musiqi" operasının, bir sıra simfoniyaların və konsertlərin, eləcə də çoxsaylı kinofilmlərə, B. Brextin "Qafqaz təbaşir dairəsi" və V. Şekspirin "Riçard III" tamaşalara yazılmış musiqi əsərlərinin müəllifi Giya Kançeli məşhurdur.[2]

Avroviziya Mahnı Müsabiqəsində

[redaktə | mənbəni redaktə et]
Gürcüstanın Avroviziya Mahnı Müsabiqəsində ilk təmsilçisi Sofo Xalvaşi

Gürcüstan Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə 2007-ci ildə iştirak etmişdir[3] və müsabiqədə indiyə kimi heç vaxt qələbə qazanmamışdır.

  1. Марка СССР (1990, ЦФА № 6248).
  2. 1 2 3 4 5 6 7 Mədəniyyət və incəsənət Arxivləşdirilib 2016-11-03 at the Wayback Machine. borjomi.com  (az.)
  3. West-Soley, Richard. "Georgia set on 2007". ESCToday. 2006-10-27. 2009-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-04. (#apostrophe_markup)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]