Meliton Balançivadze

Meliton Antonoviç Balançivadze (gürc. მელიტონ ანტონის ძე ბალანჩივაძე;24 dekabr 1862 (5 yanvar 1863)[1]21 noyabr 1937[1][2], Kutaisi) — gürcü opera müğənnisi, bəstəkarı, həm Rusiya imperiyası dövründə, həm də ölkəsinin müstəqilliyi dövründə Gürcüstanın mədəniyyət səhnəsinin tanınmış üzvü. Məşhur xoreoqraf Corc Balançin və bəstəkar Andrey Balançivadzenin atası.

Meliton Balançivadze
gürc. მელიტონ ბალანჩივაძე
Ümumi məlumatlar
Doğum adı მელიტონ ბალანჩივაძე
Doğum tarixi (24.12.1862)
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Uşaqları
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, opera müğənnisi
Janr opera
Təhsili
  • Sankt-Peterburq Dövlət Konservatoriyası[d]
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meliton Balançivadze 24 dekabr 1862-ci ildə (5 yanvar 1863 yeni üslubda) Banoja kəndində anadan olmuşdur. Kutaisi İlahiyyat məktəbində təhsil alıb. O, həmçinin kilsə xorunda da çıxış edib.

1880-ci ildə Tbilisi Dövlət Opera və Balet Teatrının xoruna daxil olur.

1889-cu ildə Peterburq Konservatoriyasına daxil olur və orada təhsil almağa başlayır.

1895–1917-ci illərdə Rusiyanın müxtəlif şəhərlərində gürcü musiqilərindən ibarət xorlar təşkil edir.

1918-ci ildə Kutaisidə musiqi məktəbi qurur.

1921–1924-cü illərdə Gürcüstan SSR Xalq Maarif Komissarlığının musiqi şöbəsinin müdiri vəzifəsində çalışır.

Gürcü milli operasının qurucularından biri, Akaki Seretelinin "Məkrli Tamara" (1897[3]) şeiri əsasında yazılmış ilk gürcü operası "Məkrli Darejan"ın müəllifidir.[4][5] Operanın ilkin versiyası Nikolay Çerepninanın iştirakı ilə, ikinci versiyası isə Balançivadzenin oğlu Andrey Balançivadzenin iştirakı ilə yaradılmışdır.[6]

1923-cü ildən Georgi Axvlediani küçəsindəki 4-cü evdə (xatirə lövhəsi) yaşamışdır.[7]

Meliton Balançivadze 21 noyabr 1937-ci ildə Kutaisidə vəfat edir. Kutaisi şəhərində Mtsvanekvaviladakı panteonda dəfn edilib.

Meliton Balançivadze iki dəfə ailə həyatı qurub. Qayane Eristavi ilə ilk evliliyindən onun iki övladı dünyaya gəlir. Onlardan biri Apollon, 1918-ci ildə Birinci Kuban yürüşünə qatılan Ağ qvardiya qoşunlarında polkovnik idi.

İkinci dəfə Balançivadze (ehtimal ki, 1905 və ya 1906-cı illərdə) Sankt-Peterburq əsilli Mariya Nikolayevna Vasilyeva ilə ailə həyatı qurur. Onların bu evlilikdən 3 övladı dünyaya gəlir:

1937-ci il yanvar ayının 14-də "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir.

  1. 1 2 БАЛАНЧИВАДЗЕ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. Krugosvet (rus.). 2000.
  3. "Баланчивадзе, Мелитон Антонович (1862–1937)". 2012-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  4. Meliton Balançivadze // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  5. Республика Грузия: культура Arxivləşdirilib 2009-05-28 at the Wayback Machine
  6. "Опера Баланчивадзе "Дареджан Коварная"". 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
  7. "Адреса и жители Верийского квартала. Ахвледиани, Баланчивадзе, Берия". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]