Gürcüstanda Müstəqillik Referendumu (1991)

Gürcüstan Respublikası ərazisində müstəqillik referendumu 31 mart 1991-ci ildə keçirildi. Səs verənlərin 99.5%-ı lehinə qərar vermişdilər.[1]

Referendum 1990-cı ilin oktyabr ayında Sovet Gürcüstanında keçirilmiş ilk çoxpartiyalı seçkilərdə seçilən Gürcüstan Ali Şurası tərəfindən təsdiqləndi və şurada Sovet dönəminin dissidenti Zviad Qamsaxurdianın rəhbərlik etdiyi müstəqillik tərəfdarı olan Dəyirmi Masa—Azad Gürcüstan bloku üstünlük təşkil edirdi. Federasiyanın davamına dair ümumittifaq referendumu və 17 martda yeni ittifaq müqaviləsi üzrə danışıqları əsasən boykot edən[2] Gürcüstan üç Baltikyanı dövlətdən (9 fevral 1991-ci ildə Litvada, həmin il 3 mart LatviyaEstoniya) sonra müstəqillik referendumu təşkil edən dördüncü Sovet respublikası oldu.[3]

Referendumun yeganə sualı bu idi ki, "26 may 1918-ci il tarixli Gürcüstan İstiqlal Bəyannaməsi Aktına uyğun olaraq Gürcüstanın müstəqilliyinin bərpasını dəstəkləyirsinizmi?". Rəsmi nəticələrə əsasən, seçicilərin 90.6%-nın iştirak etdiyi səsvermədə 99% lehinə qərar verdilər. Etnik zəmnində baş verən ixtilaf səbəbindən AbxaziyaCənubi Osetiyanın qeyri-gürcü sakinləri səsverməni boykot etdilər.[3][4]

Nəticələrin açıqlanmasından dörd gün sonra Gürcüstan Ali Şurası Sovet İttifaqının 1989-cu il aprelin 9-da müstəqillik elanını yekdilliklə qəbul etdi, bu hadisə Tbilisidə Sovet ordusunun dinc nümayişlərə basqınının ikinci ildönümündə baş verdi.[5][6]

Referendum ABŞ-nin keçmiş prezidenti Riçard Niksonun Gürcüstanın paytaxtı Tbilisdə bir neçə seçki məntəqəsini ziyarət etdiyi xüsusi səfəri ilə üst-üstə düşdü, daha sonra prezident həmin gün Moskva şəhərinə yola düşdü.[7]

Seçim Səslər %
Lehinə 3,295,493 99.5
Əlehinə 16,917 0.5
Etibarsız 13,690
Ümumi 3,326,100 100
Mənbə: Nohlen et al.
  1. Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p394 ISBN 0-19-924958-X
  2. Baxmayaraq ki, AbxaziyaCənubi Osetiyanın bəzi yerlərində səsvermə açıq idi və səs verənlər yenilənmiş ittifaqda qalmaq qərarı vermişdilər Imogen Bell (2002), Eastern Europe, Russia and Central Asia, p. 171. Taylor & Francis, ISBN 1-85743-137-5.
  3. 1 2 Cornell, Svante E., Autonomy and Conflict: Ethnoterritoriality and Separatism in the South Caucasus – Case in Georgia Arxiv surəti 30 iyun 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyun 30, 2007, at the Wayback Machine. Department of Peace and Conflict Research, Report No. 61. p. 163. University of Uppsala, ISBN 91-506-1600-5.
  4. Jonathan Wheatley (2005), Georgia from National Awakening to Rose Revolution, p. 64. Ashgate Publishing, Ltd., ISBN 0-7546-4503-7.
  5. Eastern Europe, Russia and Central Asia, p. 171.
  6. Suny, Ronald Grigor (1994), The Making of the Georgian Nation, p. 326. Indiana University Press, ISBN 0-253-20915-3.
  7. Soviet Georgians vote on independence. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine The Boston Globe, April 1, 1991.