Gəlinlərin qiyamı (özb. Kelinlar qoʻzgʻoloni; özb. Келинлар қўзғолони; rus. Бунт невесток) — 1985-ci ildə Səid Əhmədin eyniadlı pyesi əsasında Melis Abzalovun rejissorluğu ilə çəkilmiş bədii film. Film "Özbəkfilm" kinostudiyasında istehsal olunub. Özbəkistan kinosunun ən uğurlu işlərindən biri hesab olunur.[2]
Gəlinlərin qiyamı |
---|
özb. Kelinlar qoʻzgʻoloni özb. Келинлар қўзғолони rus. Бунт невесток |
filmin rusdilli afişası |
Janr |
komediya |
Rejissor |
Melis Abzalov |
Prodüser |
Şərif Qasımbayev |
Əsərin müəllifi |
Səid Əhməd |
Ssenari müəllifi |
Eduard Akopov |
Baş rollarda |
Tursunoy Cəfərova Dilorom Eqamberdiyeva Dilbər İkramova Klara Cəlilova Nailə Taşkenbayeva Luiza Qasımova Rixsi İbrahimova Gülçöhrə Saqdullayeva Nəbi Rəhimov Dias Rəhmətov Abid Yunusov Rəşid Malikov Cəmşid Zakirov Soat Şəripov Tişa Möminov Qaib İsgəndərov Məhəmmədcan Rəhimov |
Operator |
Nəcim Qulamov |
Bəstəkar |
Mirxəlil Mahmudov |
Rəssam |
Emanuel Kələntərov |
İstehsalçı |
Özbəkfilm |
İlk baxış tarixi |
21 oktyabr 1985[1] |
Filmin növü |
tammetrajlı bədii film |
Müddət |
70 dəq. |
Ölkələr |
SSRİ |
Dillər |
özbəkcə rusca |
İl |
1985 |
Rəng |
rəngli |
IMDb |
ID2514328 |
Filmin baş qəhrəmanı qoca Farmon bibi böyük bir ailəyə başçılıq edir. O, vicdanlı və müdrik qadın, qayğıkeş anadır. Lakin hər bir işdə olduqca ciddi və mühafizəkardır. Onun qırx bir nəvəsi var. Kiçik oğlu yenicə Nigarə adlı bir qızla ailə qurub. Nigarə bütün ailə qanunlarının və Farmon bibinin istibdadının əleyhinə çıxır və digər gəlinləri də bu qiyam üçün öz ətrafına yığmağa çalışır.
- Əsərin müəllifi: Səid Əhməd
- Ssenari müəllifi: Eduard Akopov
- Quruluşçu rejissor: Melis Abzalov
- Quruluşçu operator: Nəcim Qulamov
- Quruluşçu rəssam: Emanuel Kələntərov
- Bəstəkar: Mirxəlil Mahmudov
- Səs operatoru: A.Kurmanov
- İkinci rejissor: M.Rəhmətov
- İkinci operator: U.Adilov
- Montaj edənlər: R.Xamrayeva, D.Muradova
- Qrim rəssamı: L.Dudnik
- Dekor rəssamı: R.Bayşev
- Geyim rəssamı: O.Mitiç-Veselova
- Quraşdırılmış səhnələrin operatoru: V.Zakirov
- Quraşdırılmış səhnələrin rəssamı: X.Rəşitov
- Rejissor assistentləri: O.Ubaydullayev, A.Bayramyan
- Operator assistentləri: M.Yusupov, M.Açilov
- Rəssam assistenti: M.Cabbarov
- Redaktor: F.Musacanov
- Musiqi redaktoru: Y.Paderina
- Çalır : Özbəkistan SSR Dövlət Televiziya və Radio Komitəsinin Orkestri
- Dirijor: E.Əzimov
- Fotoqraf: V.Svirenko
- İnzibatçılar: E.Yuldaşev, X.Saqatov
- Filmin direktoru: Şərif Qasımbayev
- Tursunoy Cəfərova — Farmon bibi
- Dilorom Eqamberdiyeva — Nigarə (Toxtanın arvadı)
- Dilbər İkramova — Sattı (Kamilin arvadı)
- Klara Cəlilova — Lütfi (mayor Əsgərin arvadı)
- Nailə Taşkenbayeva — Bəşarət (Orunbayın arvadı)
- Luiza Qasımova — Mamurun arvadı
- Rixsi İbrahimova — gəlin
- Gülçöhrə Saqdullayeva — gəlin
- Nəbi Rəhimov — usta Bəki dayı
- Dias Rəhmətov — Orunbay
- Abid Yunusov — mayor Əsgər
- Rəşid Malikov — Toxta
- Cəmşid Zakirov — həkim
- Soat Şəripov — Mamur
- Tişa Möminov — oğul
- Qaib İsgəndərov — oğul
- Məhəmmədcan Rəhimov — Abbas
- N.Pulatova
- Şirqazi Qazıyev — Mamurun dostu
- Husan Şəripov — Şəripov
- Elyar Nəsirov — Şəripovun köməkçisi
- E.Xociqulov
Film 1986-cı ildə "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan dilinə dublyaj edilmişdir.[3]
- Dublyajın rejissoru: Arif Həbibi
- Səs operatoru: Əziz Şeyxov
- Azərbaycan dilinə tərcümə: Eldəniz Quliyev
- Dublyajın redaktoru: Həsən Əliyev
- Filmi səsləndirənlər: Firəngiz Şərifova, Əminə Yusifqızı, Mayya İsgəndərova, Nuriyyə Əhmədova, Rasim Balayev, Sadıq Hüseynov, Əliabbas Qədirov və başqaları.