Firəngiz Şərifova

Firəngiz Abbasmirzə qızı Şərifova (6 fevral 1924, Bakı, Azərbaycan SSR, SSRİ20 fevral 2014, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1969).

Firəngiz Şərifova
Doğum tarixi 6 fevral 1924(1924-02-06)
Doğum yeri
Vəfat tarixi 20 fevral 2014(2014-02-20) (90 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1969 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1960
"Şöhrət" ordeni

Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Atası aktyor, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə[1] (1893–1938), anası Mərziyyə Davudova (1901–1961) idi. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.

1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.

Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktrisa kimi işləməyə başlayıb. Tezliklə teatrın repertuar ağırlığını çəkən əsas aktrisalardan biri olub. Anası Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya anadan doğulmasının altmış illiyi munasibətilə təntənəli yubiley keçirilib. Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-də Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib.

1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və 2001-ci ilədək oranın aparıcı sənətkarı olmuşdur.[2]

Firəngiz xanım Abbasmirzə qızı Şərifzadə milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə, qazandığı sənət qələbələrinə görə 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti və 25 dekabr 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildən prezident təqaüdçüsü olub.[3] 20 fevral 2014-cü il tarixdə Bakıda vəfat etmişdir[4][5].

O, Musiqili Komediya Teatrında Gülçöhrə ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Durna ("Durna", dramaturq Süleyman Rüstəm və bəstəkar Səid Rüstəmov), Ulduz ("Ulduz", dramaturq Sabit Rəhman və bəstəkar Süleyman Ələsgərov), Keto ("Keto və Kote", Vladimir Dolidze), Bayadera ("Bayadera", İmre Kalman), Akademik Milli Dram Teatrının səhnəsində Perdidata ("Qış nağılı", Vilyam Şekspir), Həcər ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəfiqə Rəhimli ("Alov", Mehdi Hüseyn), Ket ("Gözəllik və sevgi adası" ("Afrodita adası", Aleksis Parnis), Erfila ("Dəlilər", Lope de Veqa), Gülgün ("Od gəlini", Cəfər Cabbarlı) kimi maraqlı rollar oynayıb.

1949–1961 və 1965-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik, komik, fəci və psixoloji səhnə obrazları Firəngiz Şərifovanın yaradıcılığında xüsusi yer tutmuşdur. Həmin səhnə surətlərinin daha xarakterikləri Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Kraliça ("Qarlar kraliçası", Hans Xristian Andersen), Zənci qadın Darotti ("Tom dayının koması", Biçer Stou), Aqadaya Tixonovna ("Evlənmə", Nikolay Qoqol), Sərvinaz ("Aqil və Sərvinaz", Əyyub Abbasov), Mətanət ("Çiçəkli dağ", Məmmədhüseyn Təhmasib), Julyar ("İki veronalı", Uilyam Şekspir), Gülbahar ("Anacan", Yusif Əzimzadə), Yasəmən ("Qaraca qız", Süleyman Sani Axundov), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Zerbinetta ("Skapenin kələkləri", Jan Batist Molyer), Yaqut ("Yaşar", Cəfər Cabbarlı), Cemma ("Ovod", Etel Voyniç), Fitnə, Ana Vətən, ("Fitnə" və "El oğlu", Abdulla Şaiq), Məhsəti Gəncəvi ("Rübailər aləmində", Məmmədhüseyn Təhmasib), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Beatriça Rasponi ("İki ağanın bir nökəri", Karlo Haldoni), Həmidə ("Keçən ilin son gecəsi", Anar), Qızyetər ("Komsomol poeması", İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında), Mədinə, Ağabəyim ("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə məni", Əkrəm Əylisli), Təhminə ("Söhrab və Rüstəm", İsgəndər Coşqun. Firdovsinin "Şahnamə" poeması əsasında), Ayşa Ana ("Fudzi dağında qonaqlıq", Çingiz Aytmatov və kaltey Məhəmmədcanov), Məşədixanım ("Ağ dəvə", Elçin) rollarıdır.

  1. Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (Aztv) (filmdə iştirak edən)
  2. Astana (film, 1986)
  3. Bayquş gələndə... (film, 1978) (Nənə)
  4. Bir ailəlik bağ evi (film, 1978) (Ana)
  5. Bizim küçənin oğlanları (film, 1973)
  6. Dağlı çörəyi (film, 2007)
  7. Ən vacib müsahibə (film, 1971)
  8. Gəlinlərin qiyamı (film, 1985) (dublyaj; rol: Farmon bibi)
  9. Gümüşgöl əfsanəsi (film, 1984)
  10. Xüsusi vəziyyət (film, 1986)
  11. Qaraca qız (film, 1966) (Xidmətçi)
  12. Qərib cinlər diyarında (film, 1977) (Tükəz)
  13. Qətl günü (film, 1990)
  14. Qonşu qonşu olsa… (film, 1989)
  15. Mən mahnı qoşuram (film, 1979)
  16. Ömürdən uzun gecə (film, 1996)
  17. Tülkü həccə gedir (film, 1971)
  18. Üzeyir ömrü (film, 1981)
  19. Yay gününün xəzan yarpaqları (film, 1986)

Nəsil şəcərəsi

[redaktə | mənbəni redaktə et]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Əbdül-Rəsul
 
Mələk-Nisa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hənifə Akçurina
(1904–1980)
 
 
 
Abbas Mirzə Şərifzadə
(1893 — 1938)
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mərziyyə Davudova
(1901 — 1962)
 
Qulam-Mirzə Şərifzadə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ərtoğrul Şərifov
(1923–1973)
 
Qalina Şərifova
 
Qaratay Şərifov
(1925–1973)
 
Zeynəb Şərifova
 
 
 
Firəngiz Şərifova
(1924–2014)
 
Bala Ağa Qasımov
(ö. 2010)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Leyla Şərifova
 
 
 
Dilarə Şərifzadə
 
 
Fəridə Rzaquliyeva
 
Çingiz
 
Pərviz Qasımov
 
Elmira Qasımovа
 
Nərgiz Qasımovа
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kamran Vəliyev
 
 
Simuzər Rzaquliyeva
 
 
 
 
 
Eldar Qasımov
(d. 1989)
 
Murad Qasımov


  1. Abbas Mirzənin yadigarını itirdik…: Sevimli aktrisamız, Xalq artisti Firəngiz Şərifova dünən səhər ürək çatışmazlığından dünyasını dəyişdi //Ekspress.- 2014.- 21 fevral.- S.23.
  2. Mədəniyyət TV. "Xalq artisti Firəngiz Şərifovanın doğum günü qeyd olunub" (az.). Youtube.com. 13.02.2024. 2024-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-13.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
  4. "Xalq artisti Firəngiz Şərifova vəfat etdi". 2016-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-21.
  5. "Xalq artisti dəfn olundu". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]