Gənc Atsızlar

Gənc Atsızlar (türk. Genç Atsızlar) — 3 may 2005-ci ildə Türkiyənin Bursa şəhərində təsis edilən və Nihal Atsızın ideologiyasına əsaslanan ifrat sağçı təşkilat.

Gənc Atsızlar

türk. Genç Atsızlar
Qurucu Burkay Kılavuz
Quruluş tarixi 3 may 2005 (2005-05-03)
Baş qərargah Adana, Türkiyə
İdeologiya Nihal Atsızın fikirləri
Türk milliyətçiliyi
Türkçülük
Sekulyarizm
Antikommunizm
Sosial ədalət
Militarizm
Şüar Atsızın yolunda, Gənc Atsızlar!
Mətbuat orqanı "Genç Atsızlar" (2010)
"Kömen"(2011–2013)
"Ötüken" (2013–)
Saytı Təşkilatın rəsmi saytı

Təşkilatın üç nəşri var. Onlar "Genç Atsızlar", "Kömen" və "Ötüken" jurnallarıdır. 2010-cu ilin yanvar ayında elektron jurnal olaraq nəşr olunan "Genç Atsızlar"ın jurnalı onuncu sayından sonra nəşrini dayandırmışdır. Nihal Atsızın eyniadlı şeirindən ilhamlanaraq 25 iyun 2011-ci ildə "Kömen" adlı başqa bir jurnal buraxılmağa başlanmışdır. On doqquz nömrəsinin sonunda "Kömen" jurnalı da nəşrini dayandıraraq "Ötüken" jurnalı ilə əvəz edilmişdir. "Ötüken" jurnalının ilk sayı 1 oktyabr 2013-cü ildə işıq üzü görmüşdür. Təşkilat "Genç Atsızlar"ın Nihal Atsızın eyniadlı jurnalının davamı olduğunu və 143 sayı dərc edildiyini iddia edirlər. Nihal Atsızın oğlu Yağmur Atsız jurnalın qeyri-qanuni nəşr edildiyini, jurnalın ad hüququna qardaşı Buğra Atsızla birlikdə sahib olduqlarını bildirmişdir.[1]

14 oktyabr 2009-cu ildə Bursada keçirilən Türkiyə–Ermənistan futbol matçında Azərbaycan bayrağının stadiona gətirilməsinin qadağan olunduğu açıqlanmışdı. Gənc Atsızların 4 üzvü Azərbaycan bayraqları olan model təyyarələri matçın ortasında stadionun içinə soxmağı planlaşdırdıqları üçün polis tərəfindən saxlanılmışdır.[2]

Gənc Atsızların 26 fevral 2012-ci ildə Taksim meydanında Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən mitinqə qatılan üzvləri əllərində "Hamınız ermənisiniz, hamınız bicsiniz", "Hrantın bicləri bizi qorxutmur” yazılan pankartlar qaldırmış və eyni şüarları səsləndirmişdir. Mitinqdən hadisə günlərlə mətbuatda müzakirə edilmişdir. Qrupun mitinq zamanı Sülh və Demokratiya Partiyasının rayon sədrliyinə, "Aqos" qəzeti və Fransa konsulluğunun binalarına qarşı, həm də Əkmələddin Ehsanoğluna hücum etməyi planlaşdırdığı bildirilmişdir.[3][4]

27 fevral 2020-ci il tarixində Suriya Silahlı Qüvvələri İdlibdə 36 Türkiyə əsgərini öldürdükdən sonra Atsız Gəncliyi müxtəlif vilayətlərdə "Ordu-Millət yürüşü"nü təşkil etmişdir.[5]

  1. Gazetesi, Yağmur ATSIZ, Star. "Türkiye'nin nüfûsu - Yazarlar - Yağmur ATSIZ | STAR". Star.com.tr (türk). 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  2. "Ermenistan maçına planörlü eylem". www.hurriyet.com.tr (türk). 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  3. "Son Dakika". Milliyet (türk). 2020-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  4. "Hocalı mitingini 'Genç Atsızlar' sabote etmiş". CNN TÜRK (türk). 2017-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  5. "Ötüken'den 'Ordu Millet' yürüyüşü". Haberler (türk). 2020-03-02. 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.