Yağmur Atsız (4 noyabr 1939, İstanbul[1]) — türk tarixçi, şair, türkoloq və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın oğlu, türkoloq Buğra Atsızın böyük qardaşı.[2][3]
Yağmur Atsız | |
---|---|
türk. Yağmur Atsız | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vətəndaşlığı | Türkiyə Respublikası |
Atası | Nihal Atsız |
Milliyyəti | Türk |
Təhsili |
İstanbul Universiteti Bonn Universiteti |
Fəaliyyəti | yazıçı, jurnalist |
1939-cu ilin noyabr ayının 4-də İstanbul şəhərində Nihal Atsızın ailəsində anadan olmuşdur.
Heydərpaşa liseyində orta təhsilini başa vurduqdan sonra İstanbul universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. Buradakı təhsilini bitirdikdən sonra Almaniyanın Bonn Universitetinə təhsil almaq üçün getmişdir.
1967-ci ildə buradakı təhsilini bitirdikdən sonra bir müddət Türkiyədə Mətbuat-Nəşriyyat İdarəsində işləmişdir. 1971-ci ildə Almaniyaya geri dönən Atsız, televiziya və radio qurumlarında film çəkilişi və siyasi şərhçiliklə məşğul olmuşdur. 1977-ci ildən etibarən 2 il müddətinə Türkiyənin Bonn şəhərindəki konsulluğunun mətbuat katibliyini etmişdir.
Nöqtə, Bazar postası, Yeni yüz il, Tərcüman, Milliyyət, Maya, Türk ədəbiyyatı kimi qəzet və jurnallarda yazılar yazmışdır. 31 dekabr 2014-cü il tarixinə qədər Star qəzetində köşə yazıları yazmışdır.[4] 2016-cı ilin oktyabr ayından etibarən Qərar qəzetində yenidən köşə yazıları yazmağa başlasa da, qısa müddət sonra bu fəaliyyətini də dayandırmışdır.[5]
Əsərləri: