Buğra Atsız

Buğra Atsız (14 iyul 1946, Kadıköy, İstanbul ili) — türk tarixçiyazıçıdır. Hüseyn Nihal Atsız və Bədriyə Atsızın kiçik oğlu, Nejdət Sançarın qardaşı oğlu, Yağmur Atsızın qardaşıdır. TürkçüTurançı düşüncələri ilə məşhurdur.[1][2][3]

Buğra Atsız
Doğum tarixi 14 iyul 1946(1946-07-14) (78 yaş)
Doğum yeri
Milliyyəti Türk
Atası Nihal Atsız
Anası Bədriyyə Atsız
Elm sahəsi türkologiya

1946-cı ilin 14 iyulunda İstanbul şəhərində anadan olmuşdur.[4]

Uzun illər Almaniyada yaşamışdır, hal-hazırda Kanada yaşayır.

İstanbulda yerləşən Avstriya liseyində təhsil almışdır. Bundan sonra ali təhsil almaq üçün Almaniyaya getmiş və orada Türkologiya üzrə təhsil almışdır. Doktarantura təhsilini də burada tamamlayan Buğra Atsızın araşdırma mövzusu Osmanlı sultanlarından IV Murad olmuşdur.

Hüseyn Nihal Atsızla Bədriyyə Atsızın ailəsində anadan olmuşdur. Yağmur Atsızın kiçik qardaşı, Nejdət Sançarın qardaşı oğludur. 2 övladı vardır: Çiftçioğlu Aydolu Atsız, Maya Atsız.[5] Bir nəvəsi vardır.

1997–1998-ci illərdə Çanaqqala On Səkkiz Mart Universitetində işləmişdir. Hüquqşünas Hənifi Altaşın nəşr etdirdiyi Yeni Həyat jurnalı və Ünal Yaltırıqın nəşr etdirdiyi Maya jurnalında məqalələri yayımlanmışdır.

Elmi fəaliyyətlə məşğuldur. Türkologiya sahəsində bir necə elmi əsərlər yazmışdır:[2]

  • Buğra Atsız, "Mülhimenâme." Islamkundliche Abhandlungen, Beitraege zur Kenntnis Suedosteuropas und des Nahen Orients, Band XVII, Dr. R. Trofenik, Münhen, 1974.
  • Buğra Atsız, Das Osmanische Reich um die Mitte des 17. Jahrhunderts : nach den Chroniken des Vecihi (1637–1660) und des Mehmed Halifa (1633–1660), Münhen, 1977

Türkçü düşüncələri

[redaktə | mənbəni redaktə et]

Atası Nihal Atsız türk millətçiliyinin çox məşhur ideoloqlarından biri olmuşdur. Buğra Atsız böyük qardaşı Yağmur Atsızın əksinə olaraq atası kimi TürkçüTurançıdır. Buğra Atsız, həmçinin Atatürkçülüyə güclü bağlılığı ilə tanınır. Mətbuatda və məqalələrində tez-tez bu barədə çıxışlar edir.[6]

2017-ci ildəki Türkçülük günü ilə bağlı Nihal Atsızın məzarı başında oxunması üçün göndərdiyi məktubu:[7]

" Bu gün adını dəyişdirib sulandırmağa, özlərini bir şey edən insanlara üz verməyin. Son illərdə türkçü gənclərin birləşməyə çalışdıqlarına uzaqdan da olsa şahid olmaqdayam. Bu sevindirici hadisəyə mənəvi dəstəyim, əgər bir şey ifadə edirsə, sonsuzdur. Artıq nə yazıq ki, aramızda olmayanların buraxdığı bayrağı daha da irəli daşımaq vəzifəsi asan deyil. Sağdan soldan törəyən, mane olmağa çalışan çox olacaqdır. Fikir verməyin ! Doğru bilinən yolda getməklə hədəfə çatılır.

O hədəf Turandır. Hamınızı ayrı-ayrı qucaqlayıram. 3 may hamınıza qutlu olsun !

"
  1. "ATSIZ HOCA'NIN KÜÇÜK OĞLU". 2015-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-20.
  2. 1 2 "Bugra Atsz kimdir?". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  3. "buğra atsız". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  4. "İşte Nihal Atsız'ın oğlu Buğra Atsız'ın Vakit yazarına cevabı:". 2017-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  5. "Buğra Atsız". 2015-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  6. "BİR VELED-İ ZÎNÂNIN HEZEYÂNLARI". 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  7. "Atsız'ın oğlu Buğra Atsız "Bugün ne Türkçülük, ne de Milliyetçilik bayramıdır"". 2017-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.