Rusudan (gürc. რუსუდანი}) — Gürcüstan krallığının Baqrationilər sülaləsindən olan çariçası (1223–1245). Çariça Tamar və David-Soslanın qızı. Rusudanın hakimiyyəti illəri Abxaziya və Gürcüstan tarixinin qızıl dövrünün sonunu əhatə edir.
Rusudan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | რუსუდანი |
Doğum tarixi | 1194 |
Vəfat tarixi | 1245 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | David Soslan |
Anası | Tamara |
Həyat yoldaşı | |
Uşaqları | |
Dini | Gürcü Ortodoks Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Monqollarla döyüşdə ağır yaralanan qardaşı IV Georqun ölümündən sonra 1223-cü il yanvarın 18 — də taxta çıxdı.[1]
Rusudanın hakimiyyətinin üçüncü ilində, 1225-ci ilin payızında, Xarəzmşah qoşunları Cəlaləddin Mənguberdinin başçılığı altında Gürcüstanı işğal etdilər. İoann Mxarqrdzelinin sərkərdəlik etdiyi gürcü qoşunları Qarnisi döyüşündə ağır məğlubiyyət uğradıldı.[2] Bundan sonra Xarəzm qoşunlarının Tiflis, Qars və Gəncəyə yolu açıldı. Cəlaləddin Mənguberdinin Tiflisi mühasirəyə alması səbəbindən çariça və ailəsi Kutaisiyə çəkildi.
1224-cü ildə Rusudan Dmitri adı ilə xristianlığı qəbul edən Səlcuqlu şahzadəsi Məhəmməd Muğisəddin Türkan Şahla (sultan II Qılınc Arslanın nəvəsi) evləndi. Rusudanın qızı Tamar (Gürcü xatun) isə Səlcuqlu sultanı II Qiyasəddin Keyxosrov ilə evlənmişdi.
1227-ci ildə Cəlaləddin ikinci dəfə yenidən Tiflisə daxil oldu, lakin Rusudan Rum-səlcuq sultanlığı ilə ittifaq qurduğu üçün Cəlaləddin şəhəri tərk etmək məcburiyyətində qaldı. Ancaq bütün şərqi Gürcüstan 1230-cu ilə qədər Xarəzmşahların tabeliyində oldu.[3]
1236-cı ildə Monqolların III yürüşü zamanı Xarəzmşahlar tərəfindən zəiflədilmiş Gürcüstan onlara müqavimət göstərə bilmədi. 1242-ci ildə Rusudan monqollar ilə sülh müqaviləsi bağladı. Müqavilənin şərtlərinə əsasən Rusudan Monqol imperiyasının vassalı olduğunu qəbul etdi.[4]
Rusudan özündən sonra oğlu VI David Narinin taxt keçməsini istəyirdi. Bu səbəbdən qardaşı oğlu VII David Ulunu Gürcüstandan uzaqlaşdırmaq üçün onu Rum-səlcuqlu sultanı II Qiyasəddin Keyxosrovun sarayına göndərir. Öz oğlunu isə hökmdar olaraq tanınması üçün Qızıl Orda hökmdarı Batı xanın sarayına göndərir.
Rusudan 1245-ci ildə vəfat etdi.[5] Onun ölümündən sonra Gürcüstan çarlığı parçalandı.