Gelato

Gelato (it. gelato - dondurma, lat. gelātius - dondurulmuş) - müxtəlif çərəz, şokolad və təzə meyvə əlavə edilməklə təzə inək sudü və şəkərdən hazirlanmiş italyan dondurulmuş desert, dondurma. İngilis dilində bütun italyan mənşəli dondurulmuş desertlərə də aid edilir. Ümumiyyətlə İtaliyada peşəkar şəkildə əl ilə hazirlanan gelatonun tərkibindəki kərə yağı 6-9%-dir ki, bu da digər dondurulmuş desert növlərindən daha aşağıdır.[1][2] Bu a görə də gelato südlü, plombir və qaymaqlı ola bilər. Gelatonun tərkibində şəkər daha çox olur. Başqa dondurulmuş desertlərdən fərqli olaraq gelatonun tərkibində adətən 35% hava (amerikan stilində hazırlanan dondurmalardan əhəmiyyətli dərəcədə az) və daha çox dadlandırıcıların olması ona sıxlıq və zənginlik verir ki, bu da onu digər dondurma növlərindən fərqləndirir.[3]

Gelato
Mənşəyi
Tərkibi
Əsas

Əsl gelato sənaye şəklində buraxılmır. Gelato ustaları (gelatyere) onu xüsusi yerlərdə (gelatterriya) hazırlayır və hazır olan kimi süfrəyə təqdim edirlər. Hər ustanın hazırlsdığı gelatonun özünəməxsus dad və qoxusu olur.

İtalyanca gelato sadəcə "dondurulmuş" mənasını verir və bütün növ və ya tip dondurmalara verilmiş ümumi addır. [] Ancaq başqa dillərdə bu termin ancaq italyan sənətkar ənənəsindən yaranan bir növ dondurmaya aid edilir.

Proses pasterizə üçün indeqriyentlərin 85°C temperatura qədər qızdırılmasından ibarətdir. Bundan sonra temperaturu 5°C qədər salır və komponentləri lazım olan teksturaya kimi qarışdırılır. Dondurulmanın gedişində tərkibi qarışdırılır və yenidən dondurucuya göndərilir.

"Sprint" prosesində tərkibə süd və su qatılır, qarışdırılir və yenidən buzxana kamerasina gondərilir.

Başqa növ dondurmalarda olduğu kimi gelatoda da şəkər su ilə əlaqəyə girərək normal buz parçalarının yaranmasına mane olaraq dondurmanın sərt formada donmasının qarşısını alır. Bu daha kiçik olçülü buz kristalları yaradır və gelatonun teksturasının hamar olmasına gətirib çixardır.[4]

Gelatonun ən populyar növləri:

gelato alla crema di latte (süd qaymaqları ilə dondurma);

gelato al latte (südlü dondurma);

gelato de frutta (meyvəli dondurma)

Dad çeşidləri

[redaktə | mənbəni redaktə et]

Gelatonu nəinki giləmeyvə, çərəz və meyvələrdən, həmçinin reyhan, zeytun yağı, pendir və hətta qırmızı şərabdan da düzəldirlər. Yaxın gələcəkdə veqanlar üçün də satışa xüsusi gelato buraxılması nəzərdə tutulub.

Ən məşhur dadlar:

• qaymaqlı "Fiordilatte" dondurması;

• daha çox "Bacio" ("Öpüş") adlandırılan şokoladlı və çərəzli gelato;

• içində şokolad tikələri olan qaymaqlı dondurma;

• bal və ya şəkər içində qızardılmış badam olan "Torrone" gelatosu.

Gelateriya - gelato düzəldən ustaların çalışdığı və təzəcə hazırlanmış gelatonu almaq və ya yemək üçün nəzərdə tutulan xüsusi yerlərdir. Bu gün dünyada ən yaxşı gelateriyalardan biri Romadakı Via della Panetteria, 42 ünvanında yerləşən San Crispinodur. Burada gelatonun böyük çeşidləri var. Xüsusilə püstə dadlı gelato məhşurdur.

Gelato Univercity

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə Bolonyada bütün dünyadan gələn tələbələrə əsl İtalyan dondurması düzəltməyin sirlərini öyrətmək məqsədilə Gelato Universiteti açilıb. Bu universitetin populyarlığı ilbəil artır. Bu gün universitetdə 12000 tələbə təhsil alır.

  1. "Calorie e valori nutrizionali del gelato", Paginemediche
  2. M. T. Wroblewski. "Nutrition Facts on Gelato Compared to Ice Cream". San Francisco Gate. 6 December 2018. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2014.
  3. Poggioli, Sylvia. "Italian University Spreads the 'Gelato Gospel'". NPR. 17 June 2013. 28 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2016.
  4. (#empty_citation)