Gencinin Hekayəsi[1] (Genji Monogatari 源氏物語), XI əsrin başlanğıcında Murasaki Şikibu tərəfından yazılmış, Yapon ədəbiyyatının ilklərindən biri. Bu roman dünyanın ilk romanı kimi qəbul edilir.
Gencinin hekayəsi | |
---|---|
源氏物語 | |
Müəllif | Murasaki Şikibu |
Janr | roman |
Orijinalın dili | Yaponca |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Şikibu "Gencinin hekayəsi"ni təxminən 1010-cu ildə, yapon sarayında saray xanımı olaraq tamamladı. Yapon sarayının akademik dili Çincə idi və saraydakı qadınlar tərəfindən gündəlik qeydlər aparmaqda işlədilən Yaponca əhəmiyyətsiz sayılırdı. Həm də nəsr, nəzm ilə bərabər sayılmırdı. Ancaq Gencinin Hekayəsi, Çincə və Yaponca nəzmə hakim olduğu gözə çarpan bir yazarın, zərif və yaradıcı xəyal gücünün məhsulu olduğu üçün fərqli reaksiya ilə qarşılaşdı. 54 bölümdən meydana gələn əsər, qəhrəmanın əfsanəsini axıcı bir dillə anladır. Əsas obrazın dilindən söylənən və saray dili ilə yazılmış 800 şeiri özündə birləşdirir.
Gencinin Hekayəsi, erkən dövr (Heyan dövrü) aristokrasiyası haqqında daha çox məlumat almağa imkan verir. Əsərdə dövrün əyləncə mədəniyyəti , geyim, gündəlik həyat və əxlaq anlayışı kimi mövzular önə çıxarılır. Saray əhalisindən, yaraşıqlı, səxavətli, yaxşı bir dost və sevgili olan Gencinin hekayəsi qələmə alınarkən , dövrün Yaponiyası da fərqli bir şəkildə təsvir edilib. Romanın böyük bir qismi Gencinin eşqlərinə ayrılmışdır və Gencinin həyatına girən hər bir qadın incəliyinə qədər təsvir edilib. Əsər insan duyğularına və təbiətin gözəlliklərinə böyük yer verir, ancaq hekayənin getdikcə qaralan tonu Buddizmdəki bu dünyanın keçici olduğu inancını daha çox əks etdirir.