Gennadi Valeryeviç Jidko (rus. Геннадий Валериевич Жидко; 12 sentyabr 1965 – 16 avqust 2023[1], Moskva[1]) — Rusiya hərbçisi, Rusiya Silahlı Qüvvələrinin general-polkovniki idi. O, 2017-ci ildə Suriyaya göndərilən Rusiya qüvvələrinin qərargah rəisi vəzifəsində xidmətinə görə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülmüşdür. Bu tapşırıqdan sonra Jidko Şərq Hərbi Dairəsinə komandanlıq etmiş və Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinə rəhbərlik etmişdir.
Gennadi Jidko | |
---|---|
rus. Геннадий Валерьевич Жидко | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 sentyabr 1965 |
Vəfat tarixi | 16 avqust 2023[1] (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | SSRİ Silahlı Qüvvələri, Rusiya Silahlı Qüvvələri |
Rütbəsi | general-polkovnik, general-leytenant |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
2022-ci ilin may ayının sonlarında Jidkonun Rusiyanın Ukraynaya hücumu zamanı ordu generalı Aleksandr Dvornikovu əvəz edərək rus qoşunlarına rəhbərlik etdiyi bildirilmişdir.[2] 2022-ci ilin oktyabrında onu Ukraynadakı Rusiya qüvvələrinin yeni komandanı olaraq ordu generalı Sergey Surovikin əvəz etmişdir.