Georgi Avalişvili

Georgi Avalişvili (Georgi (Yeqor) Avalişvili (Avalov) İoannoviç; gürc. გიორგი ავალიშვილი; 17691850, Moskva) — Gürcüstan və Rusiya siyasi xadimi, yazıçı, diplomat, səyyah, dramaturq və tərcüməçi; Həqiqi dövlət müşaviri.[3]

Georgi Avalişvili
Doğum tarixi 1769[1][2]
Vəfat tarixi 1850[1][2]
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti dilçi, diplomat, siyasətçi, xəttat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Avalişvili knyaz nəslinin nümayəndələrindən biri idi. Rusiya imperiyasında təhsil almışdır. Diplomat kimi xidmət etmişdir. 1791-ci ildə Qacarlar dövlətinəAzərbaycana səfər etdi.

1784-1802-ci illərdə Sankt-Peterburqda gürcü səfirliyində katib işləmişdir. 1800-cü ildə Rusiyada Qarsevan Çavçavadze və Yeliazar Palavandişvili ilə birlikdə diplomatik missiyanın üzvü olub. Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməssində fəal rol oynamışdır. 1800-cü ildə Kartli-Kaxetiyanın Sankt-Peterburq müqaviləsi ilə Rusiyaya birləşdirilməsi vaxtı Kartli-Kaxeti çarı XII Georginin ilk səlahiyyətli nümayəndəsi olmuşdur.

Gürcü səfirliyinin ləğvindən sonra Gürcüstanı tərk etmiş nüfuzlu gürcü ailələri ilə birlikdə Peterburqda yaşamışdır. Avalişvili (Avalov) dövlət müşaviri rütbəsi əldə etdikdən sonra Rusiya imperiyasının Xarici işlər Kollegiyasında tərcüməçi işləmişdir.

18191820-ci illərdə Avalişvili (Avalov) Kiçik Asiya, Misir və Fələstində olmuşdur. Bu səyahətə həsr edilmiş "Qeydləri"nin əlyazmaları qalmışdır. Bu əlyazmalarda onun tanış olduğu ölkələrin əhalisinin həyat tərzi, sosial-siyasi, iqtisadi təsviri barədə məlumat əldə etmək mümkündür. Qahirədə Avalişvili 1200 qızıla sarkofaq almış və böyük çətinliklə 4 min il bundan əvvəl dəfn edilmiş mumiyanı Peterburqa gətirməyə nail olmuşdur. Bu barədə İoann Batonişvili və Avalişvilinin Kalmasoba" əsərində qeyd edilir. Fələstində qədim gürcü monastrını ziyarət edən Avalişvili orada yeganə gürcü - diakon, məbəd xidmətçisi ilə görüşmüşdü.

Yerusəlim yaxınlığında Xaç atası monastırında 12 nadir əlyazma (9 gürcü, suriya, efiop və erməni əlyazması) və 4 qədimi nəşr-kitab var idi. Bu mənbələr şərqşünas alimlərin böyek marağına səbəb olmuşdur. Professor A.Tsaqarelinin yazdığı kimi 7 əlyazma İmperator Elmlər Akademiyasına cəlb edildi.

Avalişvilinin qraf Nesselroda Peterburqa qayıdarəkn verdiyi hesabatda "əmanət edilmiş sənədlər və şifahi tapşırıqlar"dan bəhs edən qeyri-rəsmi xarakterli diplomatik tapşırıqları icrası haqqında hüquq verir.

Bir müddət Peterburqda yaşadıqdan sonra 1822-ci ildə Moskvaya səfər edir və intensiv ədəbi fəaliyyətlə məşğul olur. Öz xalqını rus və Avropa mədənniyyəti ilə tanış etmək üçün tərcümələr edir.

Avalişvili gürcü komediyasının pioneri və gürcü teatrının yaradılma təşəbbüsçüsü hesab edilir. Onun tərəfindən A.P.Sumarokovanın komediyaları və başqa əsərlər tərcümə edilib. 1791-ci ildə Tiflisdə II İraklinin sarayında ilk milli gürcü teatrının yaradılmasında iştirak edib. Onun pyesi 1790-cı illərdə II İraklinin sarayında səhnəyə qoyulmuşdur.

Avalişvili rus və xarici yazıçıların - Derjavin, Lomonosov, Xeraskov, Volter, Florian, Erazm Rotterdamlı, Milton və başqalarının müxtəlif janrlarda olan 30-dan çox əsərini gürcü dilinə tərcümə edib. O bir sıra orijinal şeirlər yazmışdır.

Onun ən mühüm və irihəcmli əsəri 1968-ci ildə gürcü dilində olan "Səyahət" əsəridir. Avalişvilinin yol qeydləri Gürcüstanın, TürkiyəMisirin sosial-iqtisadi, siyasi tarixi və məişəti barədə mühüm məlumatlar verilib. Onun əsərinin böyük hissəsi indiyə qədər gəlib çatmayıb. [3]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Кн. П. Долгоруков. «Российская родословная книга», ч. III, стр. 479. Первое полн. собр. законов, т. XXVI, № 19721 и 20007.
  • Rayfield, Donald, The Literature of Georgia: A History, pp. 135-6. Routledge, 2000. ISBN 0-7007-1163-5.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Giorgi Ivanes że Avališvili // Faceted Application of Subject Terminology.
  2. 1 2 Giorgi Avališvili // opac.vatlib.it (ing.).
  3. 1 2 Giorgi Ivanes że Avališvili // Faceted Application of Subject Terminology Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine