Ghost in the Shell: Stand Alone Complex (攻殻機動隊 STAND ALONE COMPLEX, Kōkaku Kidōtai STAND ALONE COMPLEX?, Zirehdəki Xəyalət: Təklik Kompleksi) ー Production I.G studiyası tərəfindən Masamune Şironun Ghost in the Shell manqası əsasında çəkilmiş anime serialı.
Ghost in the Shell: Stand Alone Complex | |
Anime serialının posteri | |
攻殻機動隊 STAND ALONE COMPLEX (Kōkaku Kidōtai STAND ALONE COMPLEX) (Ghost in the Shell: Stand Alone Complex) | |
---|---|
Janr | kiberpank |
Anime | |
Ghost in the Shell: Stand Alone Complex | |
Rejissor | Kenci Kamiyama |
Studiya | Production I.G |
Lisenziya | |
Kanal | Perfect Choice, NTV Adult Swim, SBS One, Sci Fi Channel (Animax) Animax South Africa, SABC |
Buraxılış tarixi | 1 oktyabr 2002 — 8 yanvar 2005 |
Seriyalar | 52 |
Manqa | |
Manqaka | Cuniçi Fucisaku |
Nəşriyyat | Tokuma Shoten |
Cildlər | 3 |
Anime | |
The Laughing Man: Individual Eleven | |
Rejissor | Kenci Kamiyama |
Prodüsser | Production I.G |
Bəstəkar | Yoko Kanno |
Studiya | Bandai |
Lisenziya | |
Buraxılış tarixi | 23 sentyabr 2005–27 yanvar 2006 |
Vaxt | hərəsi 106 dəq.[1][2] |
Seriyalar | 2 |
Manqa | |
Manqaka | Yu Kinutani |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | Kodansha |
Jurnal | Young Magazine |
Demoqrafiya | seynen |
Nəşr tarixi | dekabr 2009 - günümüz |
Cildlər | 5 |
Manqa | |
Tachikomatic Days | |
Manqaka | Yoşiki Sakurai Mayasuki Yamamoto |
Nəşriyyat | Kodansha |
Jurnal | Young Magazine |
Demoqrafiya | seynen |
Nəşr tarixi | dekabr 2009 - günümüz |
Cildlər | 5 |
Tam metrajlı anime: | |
Videooyunlar: | |
|
Birinci mövsumu ilk dəfə Perfect Choice kanalında 2002-ci ilin oktyabrından 2003-cü ilin oktyabradək yayımlamışdı. Ghost in the Shell: S.A.C. 2nd GIG (攻殻機動隊 S.A.C. 2nd GIG, Kōkaku Kidōtai S.A.C. 2nd GIG?) adlı ikinci mövsum isə ilk dəfə Animax kanalında 2004-cü ilin yanvarın 1-dən 2005-ci ilin yanvarın 8-ə dək nümayiş olunurdu.
Hadisələr 2030-cu ildə, əsasən Yaponiyanın Niihama prefekturasının Niihama şəhərində (新浜県新浜市, Niihama-ken Niihama-shi?) baş verir. Bəzi insanlar bədənləri protezləşdirib, kiborq olurlar. Məzmun İctimai Təhlükəsizlik Bürosunun IX Şöbəsinin (公安9課, Kōan Kyūka?) ətrafında fırlanır. Bu şöbə bir sıra cinayətləri araşdırır və eyni zamanda Yaponiya hökumətinin bəzi hissələrin özündə olan cinayətlərlə üzləşir.
Ghost in the Shell: Stand Alone Complex serialın animasiyanı yaradan Production I.G, prodüserləti isə Bandai Visual, Bandai Entertainment, Dentsu, Nippon Television Network, Tokuma Shoten, Victor Entertainment, və Manga Entertainment idilər.[3]
Yoko Kanno serialın iki mövsum, tam metrajlı sikvel və OVA-ların bütün musiqi çərçivələrinin (açılış və sonluq mahnıları) bəstəkarıdır.[4]
Animax anime televiziya şəbəkəsi 2002-ci ildə animenin lisenziyanı alıb, onu Asiyanın böyük hissəsində və həm də Latin Amerikada nümayiş eləyib.[5] Bundan sonra, onun lisenziyasını Şimali Amerika üçün Bandai Entertainment və Manga Entertainment,[6][7] Avstraliya üçün isə Madman Entertainment[8] əldə etdilər. ABŞ-də bu serial Cartoon Network kanalın Adult Swim proqram blokunda,[9] Kanadada YTV,[10] Böyük Britaniyada isə AnimeCentral[11] kanalında göstərilib.
Birinci mövsumun televiziya yayımından sonra çox tez ikinci mövsumu yaratmaq qərar olundu.[12] Artıq 2003-cü ildə Otakon konvensiyada Bandai seriya sayını 52-yə qədər böyütdüyünü elan etməyi, ikinci mövsum olacağının eyhamı idi.[13] 2003-cü ilin Hellovin günü Production I. G serialın ikinci mövsumunu rəsmən elan edib.[14]
İkinci mövsumun ilk nümayişi 2004-cü ilin yanvarında Animax-da olub.[12]
2015-ci ilin martın 18-də elan olunub ki, həmin ilin aprelin 1-dən başlayaraq Stand Alone Complex həftəlik şəkildə Yaponiyanın BS11 kanalında yenidən yayımlayacaq.[15]
Ghost in the Shell: Stand Alone Complex — The Laughing Man adlı tam merajlı OVA Yaponiyada 2005-ci ilin sentyabrın 23-də üzə çıxıb. O, bəzi dəyişik və əlavələrlə serialın birinci mövsumunun məzmunu təkrar edir.[12]
Ghost in the Shell: S. A. C. 2nd GIG – Individual Eleven adlı OVA ikinci mövsumun məzmunu təkrar edir.[16]
Ghost in the Shell: Stand Alone Complex əsasında üç videooyun yaradılıb. Birincisinin adını Ghost in the Shell: Stand Alone Complex qoydular. O, Cavia tərəfindən PlayStation 2 üçün Yaponiyada 2004-cü ilin martın 4-də, Şimali Amerika üçün isə həmin ilin noyabırn 8-də buraxılıb.[17] G-Artist tərəfindən PSP üçün yaradılmış ikinci oyun Şimali Amerikada birinci oyunnan eyni adı daşıyır, Yaponiyada isə Ghost in the Shell: Stand Alone Complex -Domain of the Hunters- (攻殻機動隊 STAND ALONE COMPLEX -狩人の領域-, Kōkaku Kidōtai STAND ALONE COMPLEX -Karyūdo no Ryōiki-?) kimi bilinir. O, Yaponiyada 2005-ci ilin sentyabrın 15-də, Şimali Amerikada isə həmin ilin oktyarın 25-də üzə çıxıb.[18]
Cuniçi Fucisaku anime serialın əsasında üç cildli ranobe yazıb, Tokuma Shoten isə onu neşr etdi. Ghost in the Shell: Stand Alone Complex – Dream Circuit (攻殻機動隊 STAND ALONE COMPLEX 虚夢回路, Kōkaku Kidōtai STAND ALONE COMPLEX Kiyomu Kairo?) adlı birinci cild Yaponiyada 2004-cü ilin yanvarın 21-də üzə çıxıb.[19][20]
Kodansha nəşriyyatı Stand Alone Complex əsasında iki manqa serilı çap edib. Ghost in the Shell: S.A.C. - Tachikomatic Days (攻殻機動隊S.A.C. タチコマなヒビ, Kōkaku Kidōtai S.A.C. Tachikoma na Hibi?) adlı birinci manqa serialı anime serialın seriyaların sonunda göstərilən Tachikomatic Days qısa videoların əsasında yaradılıb. Onu çəkdiyi Mayasuki Yamamoto idi və o, Monthly Young Magazine jurnalında 2009-cu ilin dekabrın 9-dan çap olunurdu.[21]
Serialın ilk 19 seriyasını ehtiva edən Ghost in the Shell: Stand Alone Complex Official Log 1 adlı rəsmi DVD ilə soraq kitabçası Bandai və Manga Entertainment tərəfindən 2005-ci ilin oktyabrın 25-də buraxılıb. DVD ilə soraq kitabçasında layihənin üzrə işləyənlərin intervyuları, cizgi texnikalardan və serial konsepsiyalardan məlumat var. Ghost in the Shell: Stand Alone Complex Official Log 2 adlı ikinci DVD ilə soraq kitabçası 2006-cı ilin yanvarın 24-də üzə çıxıb. Orada qalan 7 seriya ilə onlarnan bağlı şərhlər var.[22]