Gilqameş dastanı

Gılgamış dastanında tufan lövhəsi Akad dilində

Gilqameş dastanıtarixdə ən qədim yazılı dastandır. 12 gil lövhəsi Akkad mixi yazısı ilə yazılmışdır. Gilqameş dastanı Qədim Babilin mədəniyyət abidəsi nümunəsidir. Hammurapi qanunları kimi bu sənət əsəri də Şumer və Babil qarışığından ibarətdir. Uruk kralı Gilqameşin ölümsüzlük axtarışından bəhs edən dastan eyni zamanda Nuh tufanının ən qədim versiyasını də saxlamaqdadır. Gilqameş, ən yaxın dostu Enkidunun ölümündən sonra ölümsüzlüyə çatma səyinin nafilə olduğunu anlamış və tanrı Enlilinin öyüdləriylə insanın ancaq özündən sonra ad qoymaqla ölümsüzlüyə çata biləcəyini qəbul etmişdir.

Dastan tarixə məlum ən qədim mədəniyyətlərdən olan şumerlərin yaşayışı haqqında məlumat verir və eyni zamanda ilk yazılı dastan xüsusiyyətini daşıyır. Təxminən e.ə. 2600-cü ildə Şumeri idarə edən dastanın qəhrəmanı Gilqameş həqiqi tarixi şəxsiyyət olmuşdur. Onun qəhrəmanlıqları öz həməsrlərini riqqətə gətirmişdir və onlar Gilqameş haqqında ibarəli rəvayətlər qoşmağa başlamışdılar. Şumer dilində əsrlərlə təkrarlandığına görə, həmin rəvayətlər daha da fantastikləşərək sırf əfsanəyə çevrilmişdir. Rəvayətlər əyləncəli olduğuna görə, 3-cu minilliyin sonlarında Şumerin bir çox sami mənşəli hökmdarı həmin rəvayətləri öz dillərinə tərcümə etdirməyə başlamışdır. Dastanının ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, bəhs etdiyi "Tufan" əhvalatının, kiçik dəyişikliklərlə üç böyük dinin müqəddəs kitabında eynilə verilməsidir. Gilqameş ölümsüzlük otunu tapan Ziusudranı (Utnapiştim) tapmaq üçün yola çıxır və Tilmun adasına çatır. Ziusudra burada TövratQuranda Nuhun yaşı mövzusunda təkrarlanan bir ifadəylə özünün 950 yaşında olduğunu söyləyir və təxminən yarım əsr əvvəl yaşadığı tufan hekayəsini Gilqameşə danışır.

Poetik xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

E.ə. 1900-cü ildə sami natiqi sərbəst şəkildə yaranmış Gilqameş dastanının 4 yaxud 5 boyunu nəql etmişdi və bu gün bizə məlum olan valehedici poema məhz bu sonuncu versiyadır. Gilqameş dastanının ən nəzərə çarpan xüsusiyyəti onun poetik gücü və heyrətamiz dünyəviliyidir. Dastan əbədi dünyada fani insanının təşəbbüs və macəralarından bəhs edir. Gilqameş sevgi uğrunda olan ağır döyüşlərdə iştirak etdikdən sonra, tanrı dünyanı daşqınla dağıtmaq istədikdə Nuhun gəmisinə sığınmaqla sağ qalan qoca kişiqadından əbədiliyin sirrini soruşur. Yaşlı cütlük onu əbədiliyin əlçatmaz olduğuna inandırırlar, lakin onlar Gilqameşə itirilmiş gəncliyini bərpa edəcək bitkinin yerini söyləyirlər. Bədbəxtlikdən dənizin dibindən qəhrəmanlıqla bitkini əldə edən Gilqameş onu yatarkən laqeydcəsinə açıq yerdə qoyur ve ilan bitkini yeyir. Poemaya görə elə bunun üçün də ilanlar hər il dərilərini dəyişərək yeni həyat qazanır. Beləliklə, qəhrəman zövqlə yaşanan hər günün qayğısız bir səhərə açılacağını və məhz bunun əbədiliyə gedən yol olduğunu anlayır.

Dastandan bir parça:

...Sənin axtardığın həyat süstdür.
Sən onu heç vaxt tapa bilməyəcəksən.
Tanrılar insanı yaradanda ona ölümü paylaşmaq hüququ verirlər.
Gilqameş, təmiz paltarlarını geyin, başını yu və vanna qəbul et,
Əlini tutan uşağa diqqət yetir və qoy arvadın sənin ağuşunda xoşbəxt olsun.
Bütün bunlar kişi qayğılarıdır...

Western Civilizations, Robert E. Lerner, Standish Meacham, Edward McNall Burns