Giorgi Marqvelaşvili

Georgi Marqvelaşvili (gürc. გიორგი მარგველაშვილი; 4 sentyabr 1969[1], Tbilisi) — Gürcüstan Respublikasının 4-cü Prezidenti (17 noyabr 2013-cü ildən). 2012-ci ildən Bidzina İvanişvili hökumətində təmsil olunub.

Georgi Marqvelaşvili
gürc. გიორგი მარგველაშვილი
17 noyabr 2013 – 16 dekabr 2018
Baş nazirBidzina İvanişvili
İrakli Qaribaşvili
Giorgi Kvirikaşvili
ƏvvəlkiMixael Saakaşvili
SonrakıSalome Zurabişvili
bayraq
Gürcüstan Respublikasının Təhsil və Elm Naziri
bayraq2
22 oktyabr 2012 – 18 iyul 2013
Baş nazirBidzina İvanişvili
ƏvvəlkiXatiya Dekanoidze
SonrakıTamar Sanikidze
Şəxsi məlumatlar
Doğum tarixi 4 sentyabr 1969(1969-09-04)[1] (55 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, filosof
Həyat yoldaşı
Dini şərqi ortodoks xristianlıq
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
president.gov.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgi Marqvelaşvili 4 sentyabr 1969-cu ildə Tbilisi şəhərində anadan olub. O, 1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib[2]. Fəlsəfə elmləri doktorudur. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. Marqvelaşvili 1995-2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan nümayəndəliyində işləyib.[3]

1992-1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzlə ixtisaslaşan turistik firmada bələdçi çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assisteni olub.[4] 1994-1995-ci ildə Biznes gündəliklər kompaniyasında marketinq üzrə departament müdiri çalışıb. 1996-1997-ci illərdə Georgi Marqvelaşvili Azad Tbilisi Universitetində fəlsəfə müəllimi kimi dərs deyib. 2000-2012-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunda işləyib ki, o cümlədən 2000-2006-cı illər və 2010-2012-ci illər arasında institutun rektoru olub.[4]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2013-cü il fevralın 7-də Georgi Marqvelaşvili Gürcüstan Baş nazirinin müavini vəzifəsinə təyin olunub. 2012-ci ilin oktyabrında Marqvelaşvili seçkilərdə qalib gələn Gürcü Arzusu koalisiyasının rəhbəri Bidzina İvanişvilinin yeni formalaşdırdığı hökumətdə təhsil naziri vəzifəsinə təyin olunur.[4] Marqvelaşvili heç bir siyasi partiyanın üzvü deyil. 2013-cü il mayın 11-də hakim Gürcü Arzusu Partiyası qarşıdan gələn prezident seçkilərində Marqvelaşvilini öz namizədi görüdüyünü açıqladı.[4] 16 iyul 2013-cü ildə o, könüllü olaraq təhsil naziri vəzifəsindən istefa verərək seçki kampaniyasına başladı. Bununla belə, baş nazirin müavini vəzifəsini icra etməkdə davam edir. 9 sentyabr 2013-cü ildə Marqvelaşvili rəsmən Gürcüstan prezidentliyinə namizəd kimi qeydə alındı. Georgi Marqvelaşvili 2013-cü ilin oktyabrın 27-də keçirilən seçkilərdə qalib gəlib.[4]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Rəsmən evli deyil, bir qız övladı var. İngilis və rus dillərini bilir.[4] Hobbisi hörgüdür.[5]

  1. 1 2 Giorgi Margwelaschwili // Brockhauz Ensiklopediyası (alm.).
  2. ""Marqvelaşvili verdiyi vədləri yerinə yetirəcək"". 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.
  3. "Gürcüstanın yeni prezidenti kimdir?". 2013-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.
  4. 1 2 3 4 5 6 "Gürcüstanın yeni prezidenti-TƏRCÜMEYİ-HAL". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-29.
  5. Metreveli, Irakli (25 October 2013). Georgia's presidential favourite a knitting academic. AFP.