Giraffa camelopardalis

Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi.

Zürafə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir.

Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir.

Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir. Zürafələrin səs telləri yoxdur.

Bu canlı yaşaya bilmək üçün ürəyindən iki metr yuxarıda yerləşən beyninə qan göndərməlidir. Buna görə də olduqca güclü ürəyə ehtiyacı vardır. Belə ki, zürafənin ürəyi 350 mm Hg-lik təzyiqlə qan vura biləcək gücə malikdir. İnsanı öldürə biləcək qədər güclü olan bu sistem xüsusi qapalı yerdə yerləşmişdir. Təzyiqin ölümcül təsirini aradan qaldırmaq üçün bura kiçik damarlarla əhatə olunmuşdur. Başdan ürəyə qədər olan hissədə yuxarı çıxan və aşağı enən damarların əmələ gətirdiyi U şəklində bir sistem mövcuddur. Qanın əks istiqamətdə axdığı damarlar təzyiqi sıfıra endirir, beləliklə, heyvan ani qanamalara səbəb olan daxili təzyiqdən xilas olur.

Ürəkdən aşağı hissədə isə çox yoğun olmadığı üçün qıç və ayaqların xüsusi qorunmaya ehtiyacı var. Zürafənin qıç və ayaqlarını örtən dərinin çox qalın olması onu qan təzyiqinin mənfi təsirlərindən qoruyur. Həmçinin damarların içində qanın sürətli hərəkətini dayandıraraq təzyiqə nəzarət edən qapaqcıqlar vardır.

Ən böyük təhlükə isə heyvan su içmək üçün başını yerə əydikdə ortaya çıxır. Bu zaman adi halda beyin qanaxmasına səbəb ola biləcək qədər güclü olan qan təzyiqi daha da artır. Lakin bu təhlükəyə qarşı mükəmməl bir tədbir görülmüşdür. Canlının bədənində "sefaloraşidien" adlı maye ifraz olunaraq ürəyin həcmini kiçildir və təzyiqlə vurulan qanı azaldır. Həmçinin heyvanın boynunda başını aşağı əydiyi zaman işə düşən xüsusi qapaqcıqların olması qanın hərəkət sürətini xeyli azaldır, beləliklə, zürafə təhlükəsiz şəkildə su içib, yenidən başını yuxarı qaldıra bilir. Zürafənin qat-qat olan damarlarının qalın olması da bu yüksək təzyiq təhlükəsinə qarşı bir tədbirdir.

Zürafə haqqında maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Yer üzündə ən böyük ürək və ən yüksək qan təzyiqi zürafələrdə olur.
  • Zürafənin heç bir səs çıxarmaması yanlış iddiadır. Onlar təhlükəli vəziyyətlərdə bağırır və böyürür.
  • Zürafənin yeganə yaxın qohumu Okapia johnstoni hesab olunur.
  • Zürafənin dili qara rəngdə olub, uzunluğu 45 sm-ə çatır.
  • Zürafənin addımının uzunluğu 6–8 m olur.
  • Zürafə susuzluğa dəvədən daha dözümlüdür.
  • Zürafələr bəzən uzanaraq yatmasına baxmayaraq, çox zaman ayaq üstə şaquli vəziyyətdə dayanıb yatırlar. Ayaq üstə yatanda bəzən də başlarını iki budağın arasında yerləşdirilər ki, yıxılmasınlar.
  • Uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşınır.
  1. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  2. Brisson A. D. Regnum animale in classes IX. distributum, sive, Synopsis methodica: Sistens generalem Animalium distributionem in Classes IX, & duarum primarum Classium, Quadrupedum scilicet & Cetaceorum, particularem divisionem in Ordines, Sectiones, Genera & Species. Cum brevi cujusque Speciei Descriptione, Citationibus Auctorum de iis tractantium, Nominibus eis ab ipsis & Nationibus impositis, Nominibusque vulgaribus. Editio altera auctior Lugduni Batavorum: Apud Theodorum Haak, 1762. S. 37. doi:10.5962/BHL.TITLE.40361