Gizli həvəs (film, 2013)

"Gizli həvəs" (fr. Adore) — AvstraliyaFransa dram janrında film. Rejissor Enn Fontendir. Film, britaniyalı yazıçı Doris Lessinqin "Nənələr" adlı novellasının ekranizasiyasıdır[4].

Gizli həvəs
Adore
ing. Adore
Janr dram janrı
Rejissor Anne Fontaine
Prodüserlər
İcraçı prodüser Naomi Uotts
Ssenari müəllifləri
Baş rollarda Naomi Uotts
Robin Wright
Ben Mendelson
Xavyer Samuel
James Frecheville
Operator Kristof Bokarn
Bəstəkarlar Christopher Gordon
Antony Partos
Distribütor Netflix
İlk baxış tarixi 18 yanvar 2013[2], 28 noyabr 2013[3]
Filmin növü Bədii film
Müddət 100 dəq.
Büdcə $16,000,000
$1,247,653[1]
Ölkələr Avstraliya Avstraliya
Fransa Fransa
Dil İngiliscə
İl 2013
Rəng rəngli
Çəkiliş yeri Sidney
IMDb ID2103267

Yeni Cənubi Uels, Roz, onun əri Harold və oğlu Tom dəniz sahilində yaşayırlar. Dul olan Lil, oğlu İen ilə yaxınlıqda yaşayır. Roz və Lili ən yaxın dostlardır, buna görə də Tom ilə İen yaxın dostluq edirlər. Harold arvadından gizli olaraq ona Sidneydə təklif olunan işdə işləməyə razılıq verir. Amma sonra o ona bu iş barədə danışır və onun razılığını gözləyir, amma Roz tərəddüd içərisindədir. İen və Roz cinsi əlaqəyə başlayırlar. Tom bu əlaqələr haqda öyrənir və intiqam məqsədi ilə Lili cinsi əlaqəyə sövq edir. İndi Rozun Sidneyə köçməməyə daha bir səbəbi var, bir az sonra isə Roz və Harold boşanma gərarını verirlər.

Tom öz yaşında bir qadınla evlənir. Tomun Lili ilə əlaqəsi burada sona yetir. Roz da İenin təəssüfünə baxmayaraq, rəfiqəsilə həmrəylik üçün onun oğlu ilə cinsi əlaqələrini bitirməyə qərar verir. İen də dostu Tom kimi öz yaşında bir qızla əlaqə yaratmağa çalışır, ancaq onunla xoşbəxt ola bilmir. O, onunla ayrılmağı planlaşdırır, lakin onun hamilə olduğunu öyrənir. Sonradan o öyrənir ki, Tom və Lili öz cinsi əlaqələrini yenidən bərpa ediblər. O elə əsəbləşir ki, hər iki qadına onların bir-birinin oğlu ilə cinsi əlaqələri haqqında danışır. Qadınlar şok içərisindədirlər, onlar ərləri ilə boşanırlar və oğulları ilə qalırlar.

Film ümumilikdə cəmiyyət tərəfindən qınaq qorxusu ilə yaşayan qadınlar haqqında danışır. Qadınlar öz əlaqələrini gizli saxlayırlar, sonralar isə bu barədə cəmiyyət xəbər tutur. Bu xəbər nəinki qadınların həyatını korlaya bilər, bu həmçinin onların oğullarını çətin dilemma qarşısında qoyur: ya onlar artıq cəmiyyət tərəfindən qəbul olunan həyat tərzi ilə yaşamalıdırlar, ya da özlərinin istədiyi, arzusunda olduqları həyatı davam etməlidirlər.

"Rotten Tomatoes"un məlumatına əsasən, film tənqidçilərinin 83%-i filmə müsbət rəy vermişdilər[5].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2013-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-03.
  2. Freebase Data Dumps. Google.
  3. IMDb (ing.). 1990.
  4. "In bed with Naomi Watts: First stills from controversial film Two Mothers shows actress in sex scene with best friend's son". dailymail.co.uk. 2012-12-10. 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-14.
  5. "Adore – Rotten Tomatoes". Rotten Tomatoes. April 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2013.